CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı müğənni Moskvada sevgilisini səhnəyə çıxardı: "Səninlə qalıram"

© Instagram / emil_kadirovАзербайджанский исполнитель Эмиль Кадыров с солисткой Воронежского государственного театра оперы и балета Анастасией Черноволос
Азербайджанский исполнитель Эмиль Кадыров с солисткой Воронежского государственного театра оперы и балета Анастасией Черноволос - Sputnik Azərbaycan
Abunə olmaq
Emil Qədirov Moskvadakı konsertində İtaliya musiqisinin ən sevilən parçalarını ifa edib və sevgilisi ilə duet oxuyub

BAKI, 5 noyabr — Sputnik. Azərbaycanlı müğənni Emil Qədirov Moskvada Aleksandr Qradski teatrında solo-konsertlə çıxış edib. Sputnik Azərbaycan bildirir ki, o, konsertdə sevgilisi, Voronej Dövlət Opera və Balet Teatrının solisti Anastasiya Çernovolosla duet oxuyub.

Onlar birlikdə məşhur "Con te partiro" ("Səninlə qalıram") mahnısını ifa ediblər.

Qədirov tamaşaçılara yeni, "İtaliya" adlı proqram təqdim edib. Buraya İtaliya musiqisinin şah əsərləri daxildir.

Посмотреть эту публикацию в Instagram

Сольный концерт «ITALY» 🇮🇹 Спасибо Всем!!!Было здорово✌️ @aborgradsky Повторим 21 Марта в @vegascityhall

Публикация от Эмиль Кадыров (@emil_kadirov)

Emil Qədirov "Romansiada-2012" gənc rus romans ifaçılarının XVI Moskva Beynəlxalq Müsabiqəsinin seçmə mərhələsinin, Klavdiya Şuljenko (Xarkov) adına Beynəlxalq Müsabiqənin laureatıdır.

O, həmçinin klassik gitara ifaçıları və gitara ansambllarının səkkizinci Belqorod beynəlxalq müsabiqəsinin birinci dərəcəsinin, "Zakarpatye Edelveysi" və "Qara dəniz" Qran-prilərinin qalibidir.

Xəbər lenti
0