Çəkiliş, arxiv şəkli

Filmlərdə səs effektləri görün hansı üsullarla alınır

150
(Yenilənib 17:11 02.11.2019)
Filmlərdə silah, öpüş, gəzmə, yağış, atəş, ata minmə, ox atma və bu kimi digər səslərin necə əldə edilməsi tamaşaçılar üçün sirr olaraq qalsa da, bu effektlər çox sadə üsullarla alınır.

BAKI, 2 noyabr — Sputnik. Filmlərdə silah, öpüş, gəzmə, yağış, atəş, ata minmə, ox atma və bu kimi digər səslərin necə əldə edilməsi bir çox tamaşaçı üçün sirr olaraq qalır. Sputnik Azərbaycan-ın Tükiyə mediasına istinadən verdiyi xəbərə görə, filmlərdə müxtəlif səs effektlərini əldə etmək üçün müxtəlif üsullardan istifadə edilir.

Məsələn, canavar səsinin yamsılanması üçün şar şişirdilir, atın ayaq səslərinin çıxarılması üçün kokos qabıqları bir-birinə sürtülür. Ox atışının səsinin yaradılmasında isə bambuk ağacından istifadə edilir. Qarda gəzərkən çıxan səsi yamsılamaq üçün çəkisi çox olan qarğıdalı unu yerə atılır və onun üzərində gəzməklə bu səs əldə olunur. Göy gurultusu səsinin əldə olunması üçün alüminium hissəciklərdən istifadə edilir. Yumruq səsi isə çiy ətə yumruq vurmaqla əldə olunur.

Ürək döyüntüsü effektini almaq üçün plastik qaba yüngülcə toxunmaq kifayətdir. "Adamın yerə yıxılması"nın səs effektini almaq üçünsə böyük ölçülü kitablardan istifadə edilir.

Öpüş səhnəsinin səslərini almaq üçün adamın öz qollarını öpməsi kifayətdir. Ocağın yanma səsini çıxarmaq üçün qabarcıqlı sellofanlar partladılır. 

Ayaq səslərinin çıxarılması üçün bəzən taxta, bəzən də qum üzərində müxtəlif ayaqqabılarda gəzmək yetərlidir.

150
Ceyla Seyidova, arxiv şəkli

"Sarı gəlin"dən xəbər var

120
(Yenilənib 11:49 19.10.2020)
Musiqini gənc skripka ifaçısı Ceyla Seyidova səsləndirir, rəqsi isə Nigar Əliyeva ifa edir. "Sarı Gəlin" musiqisinin ilk balet versiyasının klipi "ALOV Club"un "Instagram" səhifəsində yayımlanıb.

BAKI, 19 oktyabr — Sputnik. Ermənilərin uzun illər özününkiləşdirmək istədiyi Azərbaycanın xalq mahnısı "Sarı gəlin" yeni balet versiyasında təqdim olunub.

Посмотреть эту публикацию в Instagram

Публикация от ALOV Club (@alovclub)

Musiqini gənc skripka ifaçısı Ceyla Seyidova səsləndirir, rəqsi isə Nigar Əliyeva ifa edir. "Sarı Gəlin" musiqisinin ilk balet versiyasının klipi "ALOV Club"un "Instagram" səhifəsində yayımlanıb: "Müstəqillik günü münasibətilə xalqımızı təbrik edirik! Ölkə üçün çətin bir zamanda ruhdan düşməməyinizi diləyirik".

https://www.instagram.com/p/CGejOZhjSyT/?utm_source=ig_web_copy_link

120
Əlaqədar
Azərbaycanlı aşıq "Sarı gəlin"i niyə ermənilərlə birlikdə oxuduğuna aydınlıq gətirdi
Bakıda “Sarı gəlin” oxuyan italiyalı əfsanəvi müğənni
Eyfel qülləsində "Sarı gəlin" səsləndirildi
Moldovanın Xalq artistinin ifasında “Sarı Gəlin”
Misirlilər azərbaycanlı qızın ifasında "Sarı gəlin"ə valeh oldu
Kinorejissor Elxan Cəfərov

Vətənpərvərlik mövzusunda seriallarımız niyə yoxdu kinorejissorun şərhi

24
(Yenilənib 08:19 19.10.2020)
Kinorejissor Elxan Cəfərov deyir ki, serialların bədii dəyərini saxlaması üçün onun maliyyə imkanları geniş olmaldır
Elxan Cəfərov: “Maddiyatın yüksəlməsi serialın da yüksəlməsinə imkan yaradır”

Azərbaycan televiziyalarında nümayiş etdirilən serialların əksəriyyəti məişət mövzuları əsasında çəkilir. Bəs ölkəmizdə vətənpərvərlik mövzusunda serialların çəkilməsinə nə mane olur?

Bununla bağlı Sputnik Azərbaycan-a danışan kinorejissor Elxan Cəfərov deyir ki, seriallar üçün qeyri-dövlət maliyyə mənbələri tapılmadıqca onlar yüksək səviyyəyə gəlib çatmayacaq:

“Seriallar hazırda inkişaf dövrünü yaşayır. Serialların bədii dəyərini saxlaması üçün onun maliyyə imkanları geniş olmaldır. Bu gün vətənpərlik mövzusunda da işlər görülür. Maddiyatın yüksəlməsi serialın da yüksəlməsinə imkan yaradır. Hazırda serialların özünü  təsdiqetmə dövrüdür. Bu mərhələ başa çatdıqdan sonra bu və ya digər mövzuları tələb etmək olar”.

Elxan Cəfərovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

24
Tüfəng, arxiv şəkli

Ağcabədi sakini qardaşı oğlunu güllələdi

0
Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib

BAKI, 20 oktyabr — Sputnik. Oktyabrın 19-da saat 20 radələrində Ağcabədi rayonu, Şənlik kəndi ərazisində kənd sakini Məmmədov Rəfail Həsən oğlunun odlu silahdan açılan atəş nəticəsində çoxsaylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Sputnik Azərbaycan-a Ağcabədi Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əmisi Mamedov Ərəstun Mütəllim oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Rəfail Məmmədovu öldürmək məqsədilə kustar üsulla hazırlanan tüfəngdən atəş açaraq qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Ərəstun Mamedov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

0