Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Əməkdar artist mötəbər mükafata layiq görüldü

Abunə olmaq
Bu günə qədər 272 layihə həyata keçirən Fond, mədəniyyət, idman, elm, təhsil, gənclər, ekologiya və s. sahələri əhatə edir. Fondun əsas məqsədi yaradıcı və peşəkar mühitin genişləndirilməsi və inkşafıdır

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 28 oktyabr — Sputnik. MDB-yə üzv olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təsis etdiyi "Debütlər birliyi" beynəlxalq mükafatının sahibləri bəlli olub. Mükafatçılar arasında Azərbaycanın Əməkdar artisti Afaq Abbasova da yer alıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlama verən müğənni bildirib ki, ölkəmizə bu beynəlxalq mükafatı gətirdiyinə görə çox sevinclidir: "Dünyanın istənilən yerində, opera teatrlarında, mədəniyyət mərkəzlərində öz sözümüzü ifamızla deyə bilirik və alqışlarla qarşılanırıq. Mənə dəstək olduqları üçün Azərbaycan Akademik Opera və Balet Teatrına və Mədəniyyət Nazirliyinə dərin təşəkkürümü bildirirəm."

A.Abbasova bu mötəbər tədbirin bu il 9 dekabr tarixində Belarusun paytaxtı Minskdə keçiriləcəyini və mükafatlandırma mərasimində iştirak edəcəyini vurğuladı.

Xatırladaq ki, MDB-yə üzv olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu 2006-cı ildən fəaliyyət göstərir. Azərbaycan sözügedən Fonda 2008-ci ildən qoşulub. Bu günə qədər 272 layihə həyata keçirən Fond, mədəniyyət, idman, elm, təhsil, gənclər, ekologiya və s. sahələri əhatə edir. Mükafata layiq görülən şəxslər 100 min rubl dəyərində məbləğ qazanır. Fondun əsas məqsədi yaradıcı və peşəkar mühitin genişləndirilməsi və inkişafıdır.

Qeyd edək ki, Afaq Abbasova 2002-2006-cı illərdə Asəf Zeynallı adına Musiqi Kollecində təhsil alıb. Daha sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsilini davam etdirib. Xalq artisti, professor Fidan Qasımovanın tələbəsidir.

2010-cu ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir. Teatrın repertuarındakı "Sevil", "Arşın mal alan", "Traviata", "Boqema", "Çio-Çio-San", "Trubadur" opera tamaşalarında Sevil, Gülçöhrə, Gülnaz, Nigar, Violetta, Mimi, Çio-Çio-San, Leonora kimi aparıcı partiyaları ifa edib. Türkiyə, Avstriya, Şimali Kipr və Moldovada keçirilmiş beynəlxalq festivallarda çıxış edib.

Belarusun "Bolşoy teatr"ının, Belqrad Milli Opera Teatrının, Əlişir Nəvai adına Özbəkistan Akademik Opera Teatrının dəvətli solistidir. 2014-cü ildə Azərbaycanın Əməkdar artisti adına layiq görülüb.

Xəbər lenti
0