Azərbaycanın Xalq artisti Ofelya Sənani

"Bir az onunla danışmaq, bir az bununla danışmaq məni yorur" - Ofeliya Sənani

34
(Yenilənib 19:16 08.10.2019)
“Yeriyə bilməməyim zəiflik, çox uzanmaqla əlaqədar ola bilər. Mənim üçün əsas problem yaradan qan təzyiqimin yüksək olmasıdır. Hazırda təzyiqim normaya düşüb”

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 8 oktyabr — Sputnik. “Bir az onunla danışmaq, bir az bununla danışmaq məni yorur. Xəstəxanada mənə yaxşı qulluq olsa da, yoruluram, ev üçün darıxıram. Yəqin ki, bu gün evə buraxılacağam. Müalicəmi isə evdə davam etdirəcəyəm”. Bir neçə gün öncə ürəyin ön və arxa divarının infarktı diaqnozu ilə xəstəxanaya yerləşdirilən Xalq artisti Ofeliya Sənani Sputnik Azərbaycan-a açıqlamasında belə deyib.

Hazırda özünü yaxşı hiss etdiyini deyən Xalq artisti yeriyə bilmədiyini deyir: “Yeriyə bilməməyim zəiflik, çox uzanmaqla əlaqədar ola bilər. Mənim üçün əsas problem yaradan qan təzyiqimin yüksək olmasıdır. Hazırda təzyiqim normaya düşüb”.

Onun səhhəti ilə bağlı ilk açıqlanan məlumatda infarkt keçirtdiyi deyilsə də, sonradan bu məlumat təkzib olundu. Xalq artisti yayılan bu məlumata isə belə münasibət bildirir: “Yəqin ki, yüngül infarkt keçirtmişəm, artıq yaxşıyam”.

Qeyd edək ki, Xalq artisti Ofeliya Sənani 05.10.2019-cu il tarixində kəskin miokard infarktı diaqnozu ilə Respublika Diaqnostika Mərkəzinə daxil olub.

34
Əlaqədar
Azərbaycanın Xalq artisti xəstəxanaya yerləşdirildi
Ofeliya Sənani əməliyyat olundu
Təcili xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
Uşaq televizora baxır, arxiv şəkli

"Tıq-tıq dostları möcüzələr axtarışında" filminin 2-ci hissəsi çəkilir

7
(Yenilənib 13:18 27.11.2020)
Bu sirli hadisələrin ən yaxşı tərəfi Tıq-tıqa yeni bir dost qazandırması olacaqdır. Filmin istehsalının 2021-ci ilin mart ayında tamamlanacağı və tamaşaçılara təqdim olunacağı gözlənilir.

BAKI, 27 noyabr — Sputnik. "Azanfilm" studiyası "Tıq-tıq və dostları möcüzələr axtarışında" maarifləndirici, çoxhissəli animasiya filminin 2-ci hissəsinin istehsalını davam etdirir.

Sputnik Azərbaycan xəbər verir ki, animasiya filminin 2-ci hissəsində Tıq-tıq öz dostları ilə qədim yaşayış məskənlərimizdən olan Qobustana səyahət edir. Qobustan barədə maraqlı məlumatları balacalara çatdıracaq filmdə qəhrəmanlarımızın başlarına qeyri-adi və sirli hadisələr də gələcək. Bu sirli hadisələrin ən yaxşı tərəfi Tıq-tıqa yeni bir dost qazandırması olacaq.

Filmin istehsalının 2021-ci ilin mart ayında tamamlanacağı və tamaşaçılara təqdim olunacağı gözlənilir.

Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal olunan animasiya filminin ssenari müəllifi və quruluşçu rejissoru Sultan Abbasbəyli, bəstəkarı Azər Hacıəsgərli, rəssamı Kübra Binnətova, redaktoru Yusif Şeyxov, səs rejissoru Mehman Nadirov, prodüseri Mansur Şəfiyevdir.

7
Teqlər:
Mədəniyyət Nazirliyi, film, studiya
Sazlar, arxiv şəkli

Aşıq sənəti ilə bağlı mühüm layihə davam edir

10
(Yenilənib 12:42 27.11.2020)
Layihədə Azərbaycan aşıq sənətinin tarixi, müasir günümüzdə inkişafı, bu sənətin görkəmli nümayəndələri haqqında məlumatlar və aşıqların həm videoarxiv, həm də yeni lentə alınan ifaları yer alacaq.

BAKI, 27 noyabr — Sputnik. Beynəlxalq Muğam Mərkəzi (BMM) aşıq sənətimizi təbliğ edən yeni onlayn "Aşıq musiqimizin inciləri" adlı layihəyə start verib.

Sputnik Azərbaycan xəbər verir ki, layihədə Azərbaycan aşıq sənətinin tarixi, müasir günümüzdə inkişafı, bu sənətin görkəmli nümayəndələri haqqında məlumatlar və aşıqların həm videoarxiv, həm də yeni lentə alınan ifaları yer alacaq. Layihənin ilk buraxılışları Kəlbəcər aşıqlarına həsr olunub.

Aşıq sənəti şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biridir. Ta qədim zamanlardan aşıqlar elin ən hörmətli ağsaqqalı, məsləhətçisi, dostu sayılmışlar. Onlar həmişə el içində yaşamış, öz dövrlərinin, mühitlərinin bilikli, məlumatlı adamları, müdrik sənətkarları olmuşlar. Aşıq yaradıcılığında xalqımızın çoxəsrlik tarixi, xarici düşmənlərə qarşı mübarizəsi, əmək şəraiti, toy-düyünləri rəngarəng bədii boyalarla öz ifadəsini tapmışdır.

Azərbaycan dövlətinin, xüsusilə UNESCO və ICESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın aşıq sənətinin qorunması, inkişafı və təbliği istiqamətində fəaliyyəti nəticəsində Azərbaycanın aşıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.

Bu gün Azərbaycan hökumətinin həyata keçirdiyi məqsədyönlü siyasət və bu istiqamətdə müvafiq tədbirlər nəticəsində Azərbaycan aşıq sənətini dünya qeyri-maddi irsinin inciləri sırasında görürük. Bu hadisə beynəlxalq səviyyədə aşıq sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu bir daha təsdiqləyir.

BMM öz fəaliyyətində aşıq sənətini təbliğ edən çoxsaylı layihələr həyata keçirir. Bu layihələr sırasında "Aşıq musiqisi axşamları" adlı silsilə konsertləri, aşıq sənətinə həsr olunan dəyirmi masa və müzakirələri qeyd etmək olar.

10
Teqlər:
layihə, UNESCO, Bakı Beynəlxalq Muğam Mərkəzi, sənət, aşıq
Avtomobil tıxacı, arxiv şəkli

Bakıda bir neçə istiqamətdə sıxlıq var: birinə qəza səbəb olub - FOTO

0
Mais Ağayevin sözlərinə görə, küçə və prospektlərdə sıxlıq səbəbindən bütün istiqamətlərdə avtobuslar gecikmə ilə hərəkət edir

BAKI, 27 noyabr — Sputnik. Paytaxtın bir neçə küçə və prospektlərində sıxlıq müşahidə olunur.  Sputnik Azərbaycan bildirir ki, Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevin verdiyi məlumata görə, sıxlıq səbəbindən bütün istiqamətlərdə avtobuslar gecikmə ilə hərəkət edir.

Sıxlıq müşahidə olunan ərazilər:

Ziya Bünyadov prospekti – Çermet körpüsündən 20 yanvar dairəsi istiqamətində və Ayna Sultanova parkından Koroğlu metrosu istiqamətində;
Tbilisi prospekti – şəhər istiqamətində və 20 yanvar dairəsi istiqamətində;
Koroğlu Rəhimov küçəsi -Heydər Əliyev prospekti istiqamətində;
Yusif Səfərov küçəsi –Heydər Əliyev prospekti istiqamətində;
Üzeyir Hacıbəyov küçəsi – Cavanşir körpüsünün üstü;
Abbasqulu ağa Bakıxanov küçəsi – Türkiyə səfirliyi istiqamətində nisbətən sıxlıq;
Şah İsmayıl Xətai prospekti –Təhsil Nazirliyinin yanı Heydər Əliyev prospekti istiqamətində sıxlıq;
Mikayıl Əliyev küçəsi –Heydər Əliyev prospekti istiqamətində;
Mikayıl Useynov prospekti –Azneft dairəsi istiqamətində;
Neftçilər prospekti –Azneft dairəsi istiqamətində sıxlıq;
Mustafa Kamal Atatürk prospekti –Ziya Bünyadov prospekti istiqamətində;
Heydər Əliyev prospekti –şəhər istiqamətində kənar yol.

Həmçinin, Z.Bünyadov prospektində (Poladəritmə zavodunun qarşısında) tunelə girişdə yol-nəqliyyat hadisəsi səbəbindən yolda sıxlıq müşahidə olunub.

3-cü Mikrorayon dairəsində hərəkətdə çətinlik yaranıb, dairə ətrafında tıxac var.

0
Teqlər:
sıxlıq, qəza, tıxac, Bakı