Azərbaycanın Xalq artisti Ofelya Sənani

Təcili xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı

37
(Yenilənib 10:56 07.10.2019)
Təkrar müayinələr nəticəsində Xalq artistinin infarkt olması təsdiqlənməyib, hazırda hipertonik kriz diaqnozu ilə stasionar müalicəsi davam etdirilir

BAKI, 7 oktyabr — Sputnik. Ürəyin ön və arxa divarının infarktı diaqnozu ilə xəstəxanaya yerləşdirilən Xalq artisti Ofeliya Sənaninin durumu ilə bağlı yeni məlumat açıqlanıb.

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Xalq artistinin invaziv kardioloq, tibb üzrə fəlsəfə doktoru Şahin Xəlilov tərəfindən koronar angioqrafiya müayinəsi aparılıb. Müayinələr nəticəsində infarkt təsdiqlənməyib. Hazırda hipertonik kriz diaqnozu (arterial təzyiqin kəskin şəkildə yüksək səviyyəyə qalxması) ilə stasionar müalicəsi davam etdirilir. Onun vəziyyətinin qənaətbəxş olduğu, yaxın günlərdə evə yazılmasının planlaşdırıldığı bildirilir.

Qeyd edək ki, Xalq artisti Ofeliya Sənani 05.10.2019-cu il tarixində kəskin miokard infarktı diaqnozu ilə Respublika Diaqnostika Mərkəzinə daxil olub.

37
Əlaqədar
Ofeliya Sənani əməliyyat olundu
Azərbaycanın Xalq artisti xəstəxanaya yerləşdirildi
Leonardo Di Kaprio, arxiv şəkli

"Apple" Di Kaprio: Hollivudda birgə filmlər çəkiləcək

39
(Yenilənib 23:28 05.08.2020)
Di Kaprio və "Apple"-in ilk layihəsi Martin Skorsezenin rejissoru olduğu "Çiçəkli ayın qatilləri" (Killers of the Flower Moon) filmi olacaq.

BAKI, 5 avqust — Sputnik. Amerikalı aktyor Leonardo Di Kaprio və onun "Appian Way" kino şirkəti "Apple" şirkəti ilə film və serialların çəkilişinə dair müqavilə imzalayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "Hollywood Reporter" yayıb.

Di Kaprio və "Apple"-in ilk layihəsi Martin Skorsezenin rejissoru olduğu "Çiçəkli ayın qatilləri" (Killers of the Flower Moon) filmi olacaq. Film Devid Qrannanın eyni adlı romanı əsasında çəkiləcək. Filmə 200 milyon dollar maliyyə ayrılıb. Baş rolları Di Kaprio və Robert De Niro oynayacaq. Korporasiya Elizabet Mossun baş rolu oynadığı və "Appian Way Productions"ın prodüserlik etdiyi "Parlayan qızlar" (The Shining Girls) serialını da birlikdə ərsəyə gətirəcək", - deyə məlumatda bildirilir.

Di Kaprio, "Appian Way" və "Apple"-in əməkdaşlığı bununla yekunlaşmayacaq.

"Appian Way Productions" üçün bu müqavilə serial çəkilişi sahəsində ilk addım olacaq. Şirkət daha əvvəl "Paramount Pictures" və "Warner Bros" kinostudiyaları ilə filmlərin istehsalına dair sazişlər imzalamışdı.

Xatırladaq ki, bundan əvvəl Di Kaprionun şirkəti Oldos Haqslinin "Ada" adlı sonuncu romanının serial ekranlaşdırılmasına prodüserlik etməyi nəzərdə tutub.

39
Kinolent, arxiv şəkli

Məşhur film festivalının keçirilmə tarixi bəlli oldu

16
(Yenilənib 17:00 05.08.2020)
Sentyabrın 14-20 tarixlərində keçiriləcək festivalda Beynəlxalq Tammetrajlı və Beynəlxalq Tələbə Filmləri yarışlarının da keçiriləcəyi açıqlanıb.

BAKI, 5 avqust — Sputnik. Türkiyənin nüfuzlu festivallarından olan 27-ci Beynəlxalq Adana "Altun Koza" film festivalının keçirilmə tarixi bəlli oldu.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, Böyükşəhər Bələdiyyə Sədri Zeydan Karalar verdiyi yazılı açıqlamada bildirib ki, festival COVID-19 epidemiyasının şərtlərinə əməl edilərək həyata keçiriləcək.

Sentyabrın 14-20 tarixlərində keçiriləcək festivalda Beynəlxalq Tammetrajlı və Beynəlxalq Tələbə Filmləri yarışlarının da keçiriləcəyi açıqlanıb.

16