Azərbaycanın Xalq artisti, Mədəniyyət və İncəsənət Universitetinin professoru Məmməd Səfa Qasımov

"Filmlərdə teatrdan qazandığımızı xərcləyirik" - Məmməd Səfa

1695
(Yenilənib 16:30 02.10.2019)
"Elə aktyorlarımız var ki, dünyada olan istənilən aktyor məktəbi ilə üz-üzə qoysanız, onları üstələyərlər"

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 2 oktyabr — Sputnik. Şabran rayonunun fəxri, Azərbaycanın Xalq artisti, Mədəniyyət və İncəsənət Universitetinin professoru Məmməd Səfa Qasımov 1960-cı il iyulun 25-də indiki Şabran rayonunda (keçmiş Dəvəçi) dünyaya göz açıb. 1977-1980-ci illərdə Bakı Mədəni-Maarif texnikumunda, daha sonra M.A.Əliyev adına Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində təhsil alıb. Təhsilini bitirdikdən sonra Şabrana qayıdan aktyor burada Mədəniyyət evində işləməyə başlayır. 1985-ci ildən isə fəaliyyətini görkəmli teatr xadimi Vaqif İbrahimoğlunun yanında, Tədris Teatrında davam etdirib. Dəyərli sənətkarımız hazırda Yuğ Teatrının aktyorudur. 2018-ci ildə Xalq artisti adına layiq görülüb.

Şabran rayonuna qonaq gələn aktyorumuzdan vaxt ayırıb bizə müsahibə verməsini xahiş etdik. Sözümüzü yerə salmadı. Sənətin maraqlı məqamlarını Sputnik Azərbaycan-la bölüşdü:

- Sizi tamaşaçılara daha çox tanıtdıran və sevdirən "Dolu" filmi haqda fikirləriniz?

- Haradasa sizinlə razıyam. "Dolu"dan da mürəkkəb filmlərimiz olub. Sadəcə, müharibə xalqımızın yaralı yeri olduğu üçün filmə maraq kifayət qədər böyük oldu. Orada hər kəs üzərinə düşəni artıqlaması ilə yerinə yetirdi. Buna görə də film kiçikdən-böyüyə hər kəs tərəfindən sevildi.

Azərbaycanın Xalq artisti, Mədəniyyət və İncəsənət Universitetinin professoru Məmməd Səfa Qasımov
© Sputnik / Leyla Abdullayeva
Azərbaycanın Xalq artisti, Mədəniyyət və İncəsənət Universitetinin professoru Məmməd Səfa Qasımov

Yeni böyüyən nəslə, dünyaya film vasitəsilə çatdırılmalıdır ki, bizim torpaqlarımızı işğal ediblər. Torpaqlarımızın geri qaytarılması üçün müharibəyə hər birimiz hazır olmalıyıq. Necə deyərlər - qana qan! Bu səbəbdən düşünürəm ki, müharibə şəraitində olan dövlətimizdə çəkilən filmlərin əksəriyyətində bu mövzuya toxunulmalıdır. Bir sözlə, “Dolu” bu günümüzdə zəruri olan, çəkilməli olan film idi ki, çəkildi və sevildi.

- Teatr aktyoru, yoxsa kino aktyoru?

- Teatrla kino ayrı-ayrı peşələrdir. Hər aktyorun həm kinoda, həm də teatrda eyni dərəcədə bəxti gətirmir. Elə aktyorlarımız var ki, teatrda qazana bilmədikləri uğuru filmdə qazanıblar. Eləsi də var ki, tam əksinə. Fikrimcə, hər bir aktyor həyatı boyu teatrda olmalıdır, canlı tərəf-müqabili ilə, tamaşaçılarla təmasda olmalıdır. Aktyor teatrda inkişaf edə bilər. Öz təcrübəmdən deyə bilərəm ki, aktyor filmdə teatrdan qazandıqlarını xərcləyir. Hər bir aktyorun da istəyi var ki, filmdə işləsin.

 Çünki filmin auditoriyası böyük olur və tez bir zamanda aktyoru milyonlara tanıda bilər. Amma teatrda bu imkanlar yoxdur.

- Müsahibələrinizin birində “özümü aktyor hesab etmirəm” ifadəsi işlədirsiniz. Səbəb?

- Bunu ona görə deyirəm ki, bir ömür aktyor olmağa bəs etmir. Aktyor sənəti sonsuzluğa gedən bir yoldur. Bu sənətdə olanlar isə sadəcə ona toxunaraq ömürlərini başa vururlar. Ona görə mən "onu etdim, bunu etdim" deyə bilmərəm. "Bu dünya bir pəncərədir, hər gələn baxıb gedər" ifadəsində olduğu kimi, hər bir aktyor da bu sənətdə nəyəsə toxunub gedir. Aktyor sənəti çox amansızdır. Həm də bu sənət bəxt, tale ilə bağlıdır. Ola bilər ki, Allah sənə aktyor üçün lazım olan hər bir şeyi versin, amma peşə bəxti verməsin. Bu peşə bəxti olmadısa, sən heç nə edə bilməzsən. Bu sənətdə uduzmaq şansı 99 faizdir. Ona görə mən də Allahın verdiyi ömürdə, bu sonsuzluğa gedən sənətdə nəyəsə toxunmaq istəyirəm.

- "Yeni nəsil aktyorlar köhnələrin yerini vermir" fikri ilə çox rastlaşırıq. Buna münasibətiniz?

- Bu deyimləri özüm də çox eşidirəm. Amma qətiyyən razı deyiləm. Bu gün bizdə kifayət qədər öz işini dərindən bilən aktyorlar yetişir. Hətta elə aktyorlarımız var ki, inandırım sizi, dünyada olan istənilən aktyor məktəbi ilə üz-üzə qoysanız, onları üstələyərlər. İstənilən teatrımızda ən azı 3-5 nəfər belə aktyorumuz var. Bizim nəyimiz də olmasa, hər zaman istənilən qədər istedadlı aktyorlarımız var.

- Yerli serialları izləyirsiniz?

- İzləməyə vaxtım olmur. İş prosesi ilə əlaqədar vaxt edə bilmirəm. Seriallar haqqında onu deyə bilərəm ki, çox çətin janrdır. Orada işləmək üçün aktyor hazırlıqlı olmalıdır.

- Seriallara dəvət almısınız?

- Olub. Amma qəbul etməmişəm. Çünki serialda işləmək çətindir. Bir neçə seriyadan sonra qəhrəmanın başına nələr gələcək, bilmirsən. Buna görə razılıq vermirəm. Amma qismətdə varsa, nə vaxtsa ola bilər.

- Vaqif İbrahimoğlunun yaratdığı Yuğ Teatrı bu gün onun ənənəsinə sadiq qalıbmı?

- Nə vaxta qədər ki, müəllimin tələbələri var, onun ənənəsi davam edəcək.

- Özünüzü Vaqif İbrahimoğlunun davamçısı hesab edirsiniz?

- Çox çətin sual oldu. Etiraf edim ki, ilk dəfədir, belə çətin sual qarşısında qalıram. O şəxsin davamçısı olmaq üçün gərək onun gördüyü işlərin ən azı yarısını edəsən. Gəncliyim Vaqif müəllimin yanında keçib. Amma buna baxmayaraq, deyə bilmərəm ki, onun davamçısıyam.

- Yaradacağınız obraz, yoxsa qonorar?

- Sənətini sevən hər bir aktyor, fikrimcə, canlandıracağı obrazı fikirləşməlidir. Çünki hər bir yeni personaj aktyorun özünün növbəti obrazının yaranmasına səbəb olur. Əgər zəif obrazı canlandırıb, yüksək qonorara razılaşsan, növbəti təkliflər gəlməyə bilər. Həm buna görə, həm də sənətdə iz qoymaq adına heç vaxt bununla razılaşmaq düzgün olmaz.

- Bir neçə ay öncə Prezidentimiz sizi ev ilə mükafatlandırıb. Nə hisslər keçirdiniz xəbəri eşidəndə?

- Həmin axşam evdə oturmuşdum. Tanımadığım nömrədən zəng gəldi. Telefonu açanda özünü icra nümayəndəsi kimi təqdim edən şəxs: "Məmməd Səfa müəllimləmi danışıram" - dedi. Sonra mənə Prezidentimiz tərəfindən ev verildiyini bildirdi. Həyəcanımdan iki dəqiqə donub qaldım yerimdə. Sonra icra nümayəndəsi: "Müəllim, oradasınızmı?" - dedikdə sanki yuxudan ayıldım. O mənə səhər İcra Hakimiyyətinə yaxınlaşmağımı tapşırdı, evin açarlarını mənə təqdim edəcəyini bildirdi. İnandırım sizi, nə qədər etsəm də, səhərə qədər gözümə yuxu getmədi. Cənab Prezidentimiz İlham Əliyevə dərin təşəkkürümü bildirirəm.

1695
Teqlər:
xalq artisti, Yuğ Teatrı, teatr, film, aktyor
Əlaqədar
Nəsrin Cavadzadə: "Çirkin kişiləri sevirəm, yaraşıqlılar məni hürküdürlər"
Xalq artisti tarixi serialda rol aldı - FOTO
İnanmaq çətindir: Azərbaycan serialı mükafat aldı - FOTO
Məşhur bakılı Moskvada özünə 5 milyon manatlıq mənzil alıb
Film posterlərinə "geniş qapanmış gözlərlə" baxmaq: uşaqları "siyahı"dan silin
Məktub, arxiv şəkli

UNESCO-ya müraciət etmiş rusiyalı mədəniyyət xadimlərinə məktub göndərilib

17
(Yenilənib 20:24 02.12.2020)
UNESCO-ya göndərilən müraciət bir sıra tanınmış şəxslər və mədəniyyət xadimləri tərəfindən də birmənalı qarşılanmayıb və çoxsaylı tənqidə məruz qalıb

BAKI, 2 dekabr — Sputnik. Məlum olduğu kimi, Rusiya Federasiyasının bir qrup mədəniyyət xadimi Qarabağda yerləşən xristian irsinin qorunmasına və bu irsin UNESCO-nun Dünya irsi siyahısına salınmasına köməklik göstərilməsi ilə bağlı UNESCO-ya müraciət edib.

Dağlıq Qarabağda və ətraf rayonlarda erməni işğalı zamanı çoxsaylı müsəlman irsi abidələrinin dağıdılmasına baxmayaraq, müraciətdə yalnız xristian irsi haqqında bəhs edilməsi, eləcə də Azərbaycan ərazisindəki bütün tarixi, mədəni, dini irsin heç bir ayrı-seçkilik qoyulmadan dövlət tərəfindən qorunması və hökumətin bu məsələyə çox ciddi yanaşması nəzərə alınmayaraq, müraciətin birbaşa UNESCO-ya ünvanlanması onun qərəzli və məqsədli şəkildə hazırlandığını və ölkəmizə qarşı qarayaxma kampaniyasının bir hissəsi olduğunu göstərir.

Sputnik Azərbaycan xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov tərəfindən müraciəti imzalayan mədəniyyət xadimlərinə məktub göndərilib.

Məktubda öncə Ermənistan tərəfindən uzun müddət işğal altında saxlanılmış Azərbaycan ərazilərində mədəni irsimizin dağıdılması, əksər hallarda həm müsəlman, həm də xristian irsinin məhv edilməsi haqqında məlumatlar əks olunub. Eyni zamanda Azərbaycanın müxtəlif şəhərlərində yerləşən həm dini (müsəlman, xristian, yəhudi), həm də mədəni irsin dövlət tərəfindən qorunması ilə bağlı faktlar diqqətə çatdırılıb.

Bundan əlavə, rusiyalı mədəniyyət xadimlərinə qeyd etdikləri narahatçılıqla bağlı Azərbaycan Hökumətinə deyil, birbaşa UNESCO-ya müraciət ünvanlamalarına görə irad bildirilib və onlara erməni təbliğatının qurbanı olmamaq tövsiyə edilib.

Məktubun sonunda müraciəti imzalamış mədəniyyət xadimləri işğaldan azad olunmuş ərazilərdə 30 ilə yaxın davam etmiş dağıdıcılıq və talançılığın nəticələrini, həmçinin ölkəmizdə mədəni irsə necə qayğı göstərildiyini görmək üçün Azərbaycana dəvət olunublar.

Qeyd etmək lazımdır ki, UNESCO-ya göndərilən müraciət bir sıra tanınmış şəxslər və mədəniyyət xadimləri tərəfindən də birmənalı qarşılanmayıb və çoxsaylı tənqidə məruz qalıb.

17
Teqlər:
irs, mədəniyyət xadimləri, Rusiya, Dağlıq Qarabağ, UNESCO
Qərənfil

İranın məşhur aktyoru vəfat edib

15
(Yenilənib 12:54 02.12.2020)
İranlı aktyor 98 yaşında dünyasını dəyişib. Yaxınlarının verdiyi məlumata görə, Əli Əsgər ürək tutmasından həyatını itirib.

BAKI, 2 dekabr — Sputnik. İranlı aktyor Əli Əsgər Şahbazi vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, Əli Şahbazi İranın "Oskar" qazanan "Ayrılıq" filmindəki Nadir obrazı ilə tamaşaçıların böyük rəğbətini qazanmışdı.

Ə.Əsgər Şahbazi 1922-ci ildə Tehranda anadan olub. Karyerası boyunca bir çox ekran işində rol alıb. Məşhurlaşdığı "Ayrılıq" filmi orta sinif cütlüyünün ayrılmasından bəhs edir, 2011-ci ildə lentə alınıb. Əsgər Ferhadinin rejissorluğu ilə çəkilən film bütün dünyada səs-küy yaratdı və film festivallarında onlarla mükafat qazandı. Şahbazi 61-ci Berlin Beynəlxalq Film Festivalında "ən yaxşı aktyor" nominantlarına verilən "Gümüş Ayı" mükafatını qazanıb.

15
Teqlər:
Oskar, İran, vəfat, aktyor
Haluk Levent

Müğənni koronavirusa görə işsiz qalanlar üçün xeyriyyə aksiyası keçirəcək

0
(Yenilənib 00:07 03.12.2020)
Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

BAKI, 3 dekabr — Sputnik. Türkiyəli müğənni Haluk Levent növbəti xeyriyyə işi ilə gündəmə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

O, 20 min ailəyə qida paketləri paylayacağını söz verib. Qeyd edək ki, Haluk Levent AHBAP adlı (Anadolu Halk ve Barış Platformu) xeyriyyə təşkilatının lideridir.

Müğənni olmaqla yanaşı, yardıma ehtiyacı olan insanlara kömək kampaniyaları ilə də məşhurdur. O, hətta ötən il Azərbaycanda xərçəng xəstəliyindən əziyyət çəkən Surə Nadirovanın müalicəsi üçün xeyriyyə konserti təşkil etmişdi.

Sənətçi bundan başqa, ötən ay İzmirdə baş verən zəlzələ nəticəsində sahibsiz qalan və yaralanan heyvanlara da yardım edib.

0