Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Mehriban Əliyeva Sami Yusufa Azərbaycan Prezidentinin fəxri diplomunu təqdim edib

Abunə olmaq
Birinci vitse-prezident Mehriban Əliyeva Sami Yusufun II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalındakı iştirakını yüksək dəyərləndirib

BAKI, 1 oktyabr - Sputnik. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusufla görüşüb.

Sputnik Azərbaycan xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva müğənniyə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu təqdim edib.

Birinci vitse-prezident Mehriban Əliyeva Sami Yusufun II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalındakı iştirakını yüksək dəyərləndirib. Mehriban Əliyeva müğənninin bu ilin iyununda Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən konsertdəki çıxışını da xatırlayıb, bu konsertin ən yüksək səviyyədə təşkil edildiyini və Azərbaycan ilə UNESKO arasındakı əlaqələrə töhfə olduğunu vurğulayıb. Birinci vitse-prezident bildirib ki, Azərbaycan Prezidentinin Sərəncamına əsasən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkili və keçirilməsində fəal iştirak etmiş şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər. Bu şəxslərin sırasında Sami Yusuf da var.

Birinci vitse-prezident fəxri diplomu müğənniyə təqdim edib.

Görüşdə Mehriban Əliyeva Sami Yusufa gələcək yaradıcılığında uğurlar arzulayıb.

Müğənni və bəstəkar Sami Yusuf yüksək mükafata görə minnətdarlığını bildirib.

Xəbər lenti
0