Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bakı Uşaq Teatrı beynəlxalq festivalda

Abunə olmaq
Festivalda nümayiş olunmuş "Göyçək Fatma" tamaşası Diplomla təltif olunub və Bakı Uşaq Teatrına Kalmıkiya hökuməti tərəfindən təşəkkür məktubu ünvanlanıb.

BAKI, 1 oktyabr — Sputnik. Bakı Uşaq Teatrı Rusiya Federasiyasının Kalmıkiya Respublikasında keçirilən II Beynəlxalq "Keeda" Uşaq və Yeniyetmələr üçün tamaşalar festivalında iştirak edib. Sputnik Azərbaycan xəbər verir ki, Əməkdar artist İntiqam Soltanın quruluşunda Azərbaycan xalq nağılı əsasında hazırlanan "Göyçək Fatma" tamaşasında rolları aktyorlar İlhamə Əhmədova, Niyaz İlyasoğlu, Sovqat Səmədova, Könül Şahbazova, Nərminə Məhərrəmova, Niyaz Novruzov, Qurban Əhmədov, Nicat Əhmədov ifa ediblər.

Festivalda nümayiş olunmuş "Göyçək Fatma" tamaşası diplomla təltif olunub və Bakı Uşaq Teatrına Kalmıkiya hökuməti tərəfindən təşəkkür məktubu ünvanlanıb.

Uğurlu çıxışın nəticəsi olaraq teatr festival iştirakçısı olan bir neçə ölkə tərəfindən dəvət alıb.

Xəbər lenti
0