Xalq artisti Afaq Bəşirqzı

Afaq Bəşirqızı: "Martdan bəri verilən sərəncamlardan sui-istifadə olunub"

108
(Yenilənib 11:50 02.10.2019)
Fuad Poladov haqsızlığı götürmədi, sözünü deməyi bacaran aktyor idi. Fuad Poladov tüpürdü çıxdı, gərək sözünü deyərdi. Bu, onun uduşu olmadı, ölümü oldu

 

BAKI, 1 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Xalq artisti Afaq Bəşirqzı İTV-də yayımlanan "3D" proqramının qonağı olub.

Sputnik Azərbaycan xəbər verir ki, aktrisa teatr sahəsindəki problemlərdən, Prezidentin verdiyi sərəncamlardan sui-istifadə edən məmurlardan söhbət açıb. O bildirib: "Martdan bəri verilən sərəncamlardan yenə sui-istifadə olunub. Maaşlarla bağlı faiz söhbətlərində həddindən-ziyadə böyük qeyri-qanuni işlər görülüb. Hələki biz məmurlara bunu tərgidə bilməyəcəyik".

İncəsənətdə hegemonluq edən insanları sərt şəkildə tənqid edən A.Bəşirqızı Prezidentlə görüşdəki çıxışını vətəndaşlıq borcu olduğunu vurğulayıb:

"Bu mənim ata malımdır, dağıda bilərəm" söhbəti olmamalıdır. Çox təəssüf ki, hələ də var. Biz isə buna susmaqla cavab veririk. Öhdəmə düşən vətəndaşlıq borcumu yerinə yetirirəm. Amma başqasına deyə bilmirəm ki, vətəndaş ol, adam ol. Buna mədəniyyətim imkan vermir. Onun şüuru var, özü başa düşməlidir ki, onun üçün danışdım, özüm üçün yox".

A.Bəşirqızı görüşdən sonra baş verənlərlə bağlı bir sıra məsələlərə aydınlıq gətirib:

"İTV Prezidentlə görüş zamanı dilə gətirdiyim aktyor və ailəsi ilə çəkiliş etmək üçün çox çaba göstərdi. Amma həmin insan dedi ki, istəmirəm gələcəkdə övladlarım faciəmi yaddaşlarına həkk etsin. İndi də çox acınacaqlı vəziyyətdədirlər. Onun həyat dramı ilə çox adamların taleyi həll olundu, ondan başqa...Teatrın problemləri çoxdur. Burada teatrı qanmayan, təsadüfi adamlar var. Prezidentdən xahiş edərdim ki, islahat keçirsin. Görüşdən sonra Prezident kino çəkilişinə 5 milyon manat pul ayırdı, incəsənət xadimlərinin maaşı artdı. Yenə də o pulların çoxu qara pullar kimi ciblərə töküldü. Əgər pul yeyilirsə, hansı kinodan, bədii zövqü oxşayacaq işdən danışmaq olar?"

Aktrisa bildirib ki, istedadlı gənclər qismən tükənib:

"İstedad Tanrının bəxşidir. Mənə elə gəlir ki, artıq onlar da tükənib. İstedadlı insanlar var, amma onlar teatr məktəbi keçmək istəmirlər, pul məktəbi keçirlər. Son zamanlar tanınmış şəxslərə maraq artıb, ona görə də teatra gəlirlər. Ətrafımda adları olmayan aktyorlar var, amma mən onlardan razıyam".

Sənətçi mərhum Xalq artisti Fuad Poladovun Akademik Milli Dram Teatrını tərk etməsi ilə bağlı danışıb:

"Fuad Poladov haqsızlığı götürmədi, sözünü deməyi bacaran aktyor idi. Fuad Poladov tüpürdü çıxdı, gərək sözünü deyərdi. Bu, onun uduşu olmadı, ölümü oldu. Fuad Poladova təsir edən hadisə onu qısa zamanda pis xəstəliyə yoluxdurdu və o, vəfat etdi".

A.Bəşirqızı TV-lərdəki bayağı verilişlərdən gileylənib:

"Həyatdakı artistlərimiz səhnələrdəkindən daha çoxdur. Tamaşaçılarımıza mədəniyyətdən çox, mədəniyyətsizlik təbliğ olunur. Onları qınamamalıyıq.

Kanallar, sosial şəbəkələr mədəniyyətsizliyi təbliğ edir. Hamı bilir ki, hansı kanallarda biabırçılıqlar gedir. Onların adını çəkməkdən qorxmuram. Sadəcə ajiotaj yaratmaq istəmirəm. Nə qədər teatrda olsam da, aktyorlar orada çörək xətrinə çalışırlar. Onlara hörmət əlaməti olaraq susuram. Özünüz də bilirsiniz ki, kanallarda hansı bayağı mövzular, "əttökən" hallar yaşanır. Belə bir mentalitet heç yerdə yoxdur.

Müğənnilərimiz, aktrisalarımız soyunmağı, məşuqlarının adını, hətta onların titullarını saymağı namusdan, ardan yüksək tuturlar. Günah bunu efirə çıxarandadır. Sabah deyər ki, mən layiqsizəm, niyə çağırırsan?"

108
Aida Mahmudovanın PASTPRESENTFUTURE sərgisi

Azərbaycanlı rəssamın ABŞ-da ikinci fərdi sərgisi açılıb

7
(Yenilənib 21:11 15.01.2021)
Fevralın 16-dək davam edəcək "Aida Mahmudova: PASTPRESENTFUTURE" sərgisi "Sapar Contemporary" inkubatorunun təşkilatçılığı ilə reallaşır.

BAKI, 15 yanvar — Sputnik. Tanınmış azərbaycanlı rəssam Aida Mahmudovanın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisi açılıb.

Sputnik Azərbaycan xəbər verir ki, fevralın 16-dək davam edəcək "Aida Mahmudova: PASTPRESENTFUTURE" sərgisi "Sapar Contemporary" inkubatorunun təşkilatçılığı ilə reallaşır.

"Sapar Contemporary" inkubatoru varlığın fraqmentar təbiətini zamanla və landşaftda təhrif olunmuş xatirələr vasitəsilə tədqiq edən yeni "Aida Mahmudova: PASTPRESENTFUTURE" seriyasını təqdim edib. Qalereyanın Mərkəzi Asiya və Qafqazda fəaliyyət göstərən nüfuzlu qadın rəssamlara dəstək istiqamətində fasiləsiz səyləri çərçivəsində təşkil edilən "PASTPRESENTFUTURE" rəssamın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisidir.

Rəssam yeni əsərində yaradıcılıq prosesinin sırf emosional və instinktiv tərəfini önə çəkmək üçün xarici məhdudiyyətlərdən (ideoloji, siyasi və ya dini) kənarda mövcud olan əsərlər yaratmaq məqsədilə keçmişi, bu günü və gələcəyi vəhdət halında birləşdirir. Nəticədə birbaşa olaraq rəssamla rəsm texnikası arasındakı əlaqədən ilhamlanan və məfhumları çılpaq şəkildə göstərən güclü əsərlər yaradılır.

Ot və quru bitkilərdən istifadə edilərək və rəssamın impressionist toxunuşları nəticəsində ərsəyə gələn "Roots" (2020) kimi əsərlər rəssamın vətəni Azərbaycanda rast gəlinən landşaftın canlandırıcı detallarını üzə çıxarır. Yer kürəsinin səthi ilə bağlı reallıqlara baş vuran Aida Mahmudovanın təsvir etdiyi bu proses təbiəti xatirələri oyadan nostalji hissi ilə doldurur. Təbəqələrin yaradılması və ya onların bir-birindən ayrılması, habelə quru bitkilər, keramika, mis də daxil olmaqla müxtəlif materialların qarışdırılması prosesi rəssam üçün fiziki olaraq böyümə və emosional şəfa tapma məqsədilə edilən məşğələyə çevrilir.

Azərbaycanın paytaxtı Bakıda yaşayıb fəaliyyət göstərən Aida Mahmudovanın rəsm əsərləri onun seçdiyi materialların fiziki təbiəti və üstünlük verdiyi dünyəvi palitrası ilə ahəngdar şəkildə uzlaşır. Onun olduqca intuitiv xarakter daşıyan axtarışları xarici sədlərdən yan keçən sevgi, itki, yaddaş və istək kimi universal insan hisslərinin bütün spektri üzrə inkişaf etməyə davam edir. Rəssamın sözlərinə görə, "cəmiyyətin bir hissəsi olaraq, biz varlığın təbiətini, başqaları ilə qarşılıqlı münasibətlərimizi müəyyən dərəcədə məhdudlaşdırırıq və bununla da ibtidai ünsiyyət kanallarını itiririk. Mənim üçün incəsənətin heç bir sərhədi yoxdur - o, ünsiyyətin istənilən forması üçün açıqdır, yaradıcılıq prosesi isə insan tərəfindən yaradılmış və buna görə də olduqca kövrək olan fundamental prinsipləri bu və ya digər dərəcədə məhv edir".

7
Leyla Məcnun serialı

"Netflix" ilk dəfə Azərbaycanda film çəkdi - VİDEO

31
(Yenilənib 14:17 15.01.2021)
"Netflix Indonesia" tərəfindən lentə alınan layihədə Leyla və Samirin sevgi həyatından bəhs edilir. Çəkilişlər İndoneziya və Bakıda baş tutub. Filmin baş qəhrəmanlarını aktrisa Aça Septriasa və aktyor Reza Rahadian canlandırıblar.

BAKI, 15 yanvar — Sputnik. Dünyaca məşhur "Netflix" platforması ilk dəfə Azərbaycanla bağlı film çəkib.

Sputnik Azərbaycan xəbər verir ki, ekran işi məşhur yazıçımız Nizami Gəncəvinin "Leyli və Məcnun" poeması əsasında ərsəyə gətirilib.

"Netflix Indonesia" tərəfindən lentə alınan layihədə Leyla və Samirin sevgi həyatından bəhs edilir. Çəkilişlər İndoneziya və Bakıda baş tutub. Filmin baş qəhrəmanlarını aktrisa Aça Septriasa və aktyor Reza Rahadian canlandırıblar.

"Layla və Majnun"un premyerası fevralın 11-də baş tutacaq.

 

31
Teqlər:
Netflix şirkəti
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusdan peyvənd vurdurur

Ərdoğan koronavirus peyvəndindən sonra: "Sapsağlamam"

0
(Yenilənib 00:05 16.01.2021)
Türkiyə Prezidentinə yanvarın 14-də Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

BAKI, 16 yanvar — Sputnik. Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sputnik Azərbaycan "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

"Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sapsağlamam. 28 gün sonra ikinci iynəmizi vurduracağıq", - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edilib.

Türkiyə Prezidentinə Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

0