YUĞ Dövlət Teatrı yeni mövsümü sentyabrın 28-də V.Şekspirin III Riçard əsərinin motivləri əsasında hazırlanmış Lənət tamaşasının premyerası

Bakıda ingilis kralını "Lənət"lədilər - FOTO

28
(Yenilənib 20:11 30.09.2019)
Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış tamaşanın quruluşçu rejissoru Xristo Stoyçev, rejissoru Günay Səttarovadır

BAKI, 30 sentyabr — Sputnik. YUĞ Dövlət Teatrı yeni mövsümü sentyabrın 28-də V.Şekspirin "III Riçard" əsərinin motivləri əsasında hazırlanmış "Lənət" tamaşasının premyerası ilə açıb.

Sputnik Azərbaycan xəbər verir ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış tamaşanın quruluşçu rejissoru Xristo Stoyçev, rejissoru Günay Səttarova, bəstəkarı Xalq Artisti Sərdar Fərəcov, quruluşçu rəssamı Olqa Boseva, geyim üzrə rəssamı Səadətxan Ramin, rejissor assistenti Günel Səfərovadır. Pyesi Azərbaycan dilinə YUĞ Teatrının aktyoru Xalq artisti Vidadi Həsənov tərcümə edib.

  • YUĞ Dövlət Teatrı yeni mövsümü sentyabrın 28-də V.Şekspirin III Riçard əsərinin motivləri əsasında hazırlanmış Lənət tamaşasının premyerası
    YUĞ Dövlət Teatrı yeni mövsümü sentyabrın 28-də V.Şekspirin "III Riçard" əsərinin motivləri əsasında hazırlanmış "Lənət" tamaşasının premyerası
    © AR Ministry of Culture
  • YUĞ Dövlət Teatrı yeni mövsümü sentyabrın 28-də V.Şekspirin III Riçard əsərinin motivləri əsasında hazırlanmış Lənət tamaşasının premyerası
    YUĞ Dövlət Teatrı yeni mövsümü sentyabrın 28-də V.Şekspirin "III Riçard" əsərinin motivləri əsasında hazırlanmış "Lənət" tamaşasının premyerası
    © AR Ministry of Culture
  • YUĞ Dövlət Teatrı yeni mövsümü sentyabrın 28-də V.Şekspirin III Riçard əsərinin motivləri əsasında hazırlanmış Lənət tamaşasının premyerası
    YUĞ Dövlət Teatrı yeni mövsümü sentyabrın 28-də V.Şekspirin "III Riçard" əsərinin motivləri əsasında hazırlanmış "Lənət" tamaşasının premyerası
    © AR Ministry of Culture
1 / 3
© AR Ministry of Culture
YUĞ Dövlət Teatrı yeni mövsümü sentyabrın 28-də V.Şekspirin "III Riçard" əsərinin motivləri əsasında hazırlanmış "Lənət" tamaşasının premyerası

Kollektiv V.Şekspirin "III Riçard" əsərini yeni səhnə quruluşunda təqdim edib. "Lənət" adı ilə təqdim olunan səhnə əsərində Əməkdar artist Sonaxanım Mikayılova (Marqarita), aktyorlar Vüqar Hacıyev (Riçard), Zümrüd Qasımova (Kraliça Yelizaveta), Elgün Həmidov (Bekingem) və Natəvan Qeybani (Hersoqinya York, Riçardın anası, Kölgə) çıxış ediblər.

Tamaşadan sonra Mədəniyyət naziri Əbülfəs Qarayev kollektivi təbrik edib və uğurlar arzulayıb.

28
Teqlər:
Bakı, Uilyam Şekspir, tamaşa, Yuğ Teatrı
Əlaqədar
Həsənağa Turabovun yadigarı evsiz qalıb
Füzuli Hüseynov: "İçki içən, siqaret çəkən bizə ayda 10 milyon xeyir verə bilər"
Belaruslu "Gülçöhrə" Bakıya gəldi - FOTO
Vidadi Həsənov: "Tbilisidə teatrların sayı Azərbaycan teatrlarının sayından xeyli çoxdur"
Yuğ Teatrına yubiley öncəsi şad xəbər - yeni bina veriləcək
Qərənfil

Türkiyənin məşhur aktyoru dünyasını dəyişib

34
(Yenilənib 23:48 08.03.2021)
Türkiyənini Səhiyyə naziri Rasim Öztəkinin vəfat etdiyini açıqlayıb: " O, televiziyanın olduğu hər bir evdə ailədən biri idi".

BAKI, 8 mart - Sputnik. Türkiyənin məşhur aktyoru, Azərbaycanda da öz rolları ilə çox sevilən Rasim Öztəkin infarkdan müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 

Sputnik Türkiyə xəbər verir ki, Öztəkin, infakt keçirdikdən sonra Doktor Siyami Ersek Sinə, Ürək və Damar Cərrahiyyəsi Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Öztəkinin vəziyyəti ilə bağlı bir qədər əvvəl mətbuata açıqlama verən həkimi, professor Cevdet Uğur "xəstənin həyati təhlükəsi var və vəziyyəti ağır olaraq qalır" demişdi. 

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca isə Öztəkinin vəfat etdiyini bildirib. O, sosial media hesabında "edilən bütün müdaxilələrə baxmayaraq, Rasim Öztəkin həyatdan köçüb", - yazıb. 

"Serial, teatr və kino aktyoru Rasim Öztəkin, keçirdiyi infarktdan sonra Doktor Siyami Ersek Sinə, Ürək və Damar Cərrahiyyəsi Təhsil və Araşdırma Xəstəxanasında edilən bütün müdaxilələrə baxmayaraq, dünyasını dəyişib. O, televiziyanın olduğu hər bir evdə ailədən biri idi. Başımız sağ olsun",  - nazir yazıb. 

Qeyd edək ki, Rasim Öztəkin Azərbaycan izləyicisinə "Səksənlər", "Geniş ailə" teleseriallarından, "Kabadayı", "Mandıra filosofu" və digər filmlərindən tanış idi. 

O, 14 yanvar 1959-cu ildə İstanbulda anadan olmuşdu. 

34
Müğənni Rəsul Əfəndiyev

"Ay anası olanlar..." Azərbaycanlı müğənnidən təsirli mahnı - VİDEO

17
(Yenilənib 16:48 08.03.2021)
Rəsul Əfəndiyevin analara həsr etdiyi yeni layihəsində əsas rolu teleaparıcı, Azərbaycanın Əməkdar artisti Nailə İslamzadə canlandırıb

BAKI, 8 mart - Sputnik. Müğənni Rəsul Əfəndiyev bütün analara həsr etdiyi mahnısını təqdim edib. 

Müğənni Sputnik Azərbaycan-a bildirib ki, "Ana" mahnısının sözlərini Rafael Qədirov, musiqisini isə Fərid Kərimli yazıb. Mahnının lentə alınmasında kamançaçı Elnur Kərimov, Kənan Tərlanoğlu (ud) və balabançı Nurlan Bəkirov da iştirak ediblər. 

Klipin ssenarisi Kənan Bayramova məxsusdur. Klipdə əsas, ana obrazını Azərbaycanın Əməkdar artisti Nailə İslamzadə yaradıb. Qəhrəmanların obrazı üzərində dizayner Afaq İsmayılzadə işləyib. 

"Ana hər birimizin həyatında vacıb insandır. Həmişə yanımızdadır, nə etsək, dəstək olur. Onların simasında bütün Azərbaycan qadınlarını təbrik edirəm", - Əfəndiyev deyib. 

Rəsul Əfəndiytev gənc ifaçılar arasında özünəməxsus yer tutur. O, Xalq artisti Aygün Kazımova ilə duetindən sonra məşhurlaşdı, hazırda da Kazımova ilə işbirliyini davam etdirir.

17
Teqlər:
8 Mart Beynəlxalq Qadınlar Günü, müğənni, ana, mahnı, video, klip

cür qənaət edirsiniz?

0
0