Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Nəsimi Əlyazmaları dünya kitabxanalarında” adlı sərginin açılışında iştirak edib

Milli Kitabxanada Nəsimi ilə bağlı sərgi açılıb - FOTO

37
(Yenilənib 20:52 27.09.2019)
Milli Kitabxanada beynəlxalq əməkdaşlıq zalının da açılışı olub. Açılışda 13 ölkənin Azərbaycandakı diplomatik nümayəndələrinin və kitabxanaların rəhbərləri iştirak ediblər

BAKI, 27 sentyabr — Sputnik. Sentyabrın 27-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Nəsimi Əlyazmaları dünya kitabxanalarında” adlı kitab sərgisinin açılış mərasimi olub.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, “Mədəni sərvətlərimizin vətənə qayıdışı” layihəsi çərçivəsində təşkil olunan sərgi Bakı VI Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində reallaşıb.

Sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Nəsimi Əlyazmaları dünya kitabxanalarında” adlı sərginin açılışında iştirak edib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Nəsimi Əlyazmaları dünya kitabxanalarında” adlı sərginin açılışında iştirak edib

Mədəniyyət naziri Əbülfəs Qarayev tədbirdə çıxış edərək sərgi haqqında ətraflı məlumat verib. Bildirib ki, sərgidə Şərqin böyük mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş əlyazmaların surətləri yer alır. Bu kitablar dünyanın müxtəlif aparıcı kitabxanalarından əldə olunaraq Milli Kitabxananın arsenalına daxil edilib. Sərgi ölkəmizdə VI dəfə təşkil edilən kitab sərgi-yarmarkası çərçivəsində açılıb. Bu gün kitab və kitabxana işinə ölkəmizdə lazımi səviyyədə dövlət tərəfindən diqqət göstərilir. Azərbaycanda belə sərgi-yarmarkaların keçirilməsi artıq ənənə halını alıb.

Nazir vurğulayıb ki, İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə müxtəlif tədbirlərlə qeyd olunur. Həmçinin dövlət başçısının daha bir Sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib. Prezidentin İmadəddin Nəsiminin yubileyinin keçirilməsi haqqında Sərəncamının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinin əmri ilə tədbirlər planı hazırlanıb. Görkəmli şairin 650 illik yubileyi öncəsi, ötən il ədəbi-mədəni mühitdə geniş rezonans doğuran əhəmiyyətli bir layihə - Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq Nəsimi – şeir, sənət və mənəviyyat festivalı keçirilib. Bir gün sonra təşkil ediləcək növbəti eyniadlı festival yubiley ilinin ən yaddaqalan tədbirlərindən olacaq. Buna görə də “Nəsimi Əlyazmaları dünya kitabxanalarında” sərgisi Mədəniyyət Nazirliyinin ikinci dəfə keçiriləcək “Nəsimi - şeir, incəsənət və mənəviyyat” beynəlxalq festivalına hədiyyəsidir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Nəsimi Əlyazmaları dünya kitabxanalarında” adlı sərginin açılışında iştirak edib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Nəsimi Əlyazmaları dünya kitabxanalarında” adlı sərginin açılışında iştirak edib

Nazir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ölkənin ən böyük kitabxanasına gəlişini Fond tərəfindən kitaba, mütaliəyə və oxu mədəniyyətinə göstərilən diqqətin göstəricisi kimi qiymətləndirib.

Milli Kitabxananın direktoru Kərim Tahirov kitabxana barədə məlumatların, üç dildə çap olunmuş, ana haqqında şeirlərin yer aldığı kitabları Leyla Əliyevaya təqdim edib.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Həmçinin Leyla Əliyevanın iştirakı ilə Milli Kitabxanada beynəlxalq əməkdaşlıq zalının da açılışı olub. Açılışda 13 ölkənin Azərbaycandakı diplomatik nümayəndələrinin və kitabxanaların rəhbərləri də iştirak ediblər. Məlumat verilib ki, bu zalda həmin ölkələrin ədəbiyyat guşələri və kitabxanaları ilə birbaşa internet əlaqəsi yaradaraq faydalanmaq mümkündür.

Qonaqlar Milli Kitabxananın oxu zalları ilə tanış olublar.

37
Əlaqədar
Yazıçı: "Oxuculara mənimlə tanışlığa ilk kitablarımdan başlamağı məsləhət görməzdim"
Rəşad Məcid beynəlxalq kitab yarmarkası barədə: hər dəfə böyük maraq doğurur
“LiFFt” festivalı Azərbaycan üçün niyə əhəmiyyətlidir - Varis Yolçuyev danışır
Bakı Beynəlxalq Kitab Sərgisində Türkiyənin də stendi olacaq
Eldar Quliyev, arxiv şəkli

Bu gün ad gününü qeyd edən sənətkar xəstəxanalıq olub

17
(Yenilənib 16:57 18.01.2021)
Eldar Quliyev 1942-ci ildə Bakıda anadan olub. Ümumilikdə əllidən artıq filmin rejissoru, ssenari müəllifi və bədii rəhbəri olan rejissor "Babək", "Bir cənub şəhərində", "Gümüşgöl əfsanəsi", "Təxribat", "Girov" kimi filmlərin rejissoru olub.

 

BAKI, 18 yanvar — Sputnik. Azərbaycanın tanınmış kinorejissoru, Xalq artisti Eldar Quliyev infarkt keçirib.

Sputnik Azərbaycan xəbər verir ki, sənətkar Respublika Müalicəvi Diaqnostika Mərkəzinin kardiologiya şöbəsinə yerləşdirilib. Bildirilib ki, hazırda vəziyyəti çox ağırdır, heç kimi tanımır. Müalicəsi davam etdirilir.

Qeyd edək ki, Eldar Quliyev 1942-ci ildə Bakıda anadan olub. Ümumilikdə əllidən artıq filmin rejissoru, ssenari müəllifi və bədii rəhbəri olan rejissor "Babək", "Bir cənub şəhərində", "Gümüşgöl əfsanəsi", "Təxribat", "Girov" kimi filmlərin rejissoru olub.

Xatırladaq ki, bu gün Eldar Quliyevin 80 yaşı tamam olur.

17
Ermitaj muzeyinə mənzərə, arxiv şəkli

Dünyaca məşhur muzey saxtakarlıqda ittiham olunur

31
(Yenilənib 00:26 17.01.2021)
Kolleksiyaçı Rujnikov Ermitaj muzeyindəki bir çox eksponatın orijinal olmadığını bildirib. Üstəlik, onun fikrincə, ötən ilin noyabrından davam edən sərgidə də məşhur əsərlərin kobud, saxta versiyaları nümayiş olunur.

BAKI, 17 yanvar — Sputnik. Dünyanın ən məşhur və böyük muzeyi olan Ermitaj muzeyi "Faberge - İmperator Məhkəməsinin zərgərləri" sərgisində saxtakarlığa yol verməkdə günahlandırılır.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, muzeyin direktoru Mixail Piotrovskiyə ünvanlanan saxtakarlıqla bağlı iddialar kolleksiyaçı Andrey Rujnikovun açıq məktubunda bildirilib. O qeyd edib ki, Ermitaj, Pavlovsk və Peterhof kolleksiyalarına aid olan həqiqi eksponatlarla yanaşı nümayiş etdirilən əsgərin siqaret yandırdığı heykəlcik Savitskinin Fersman Muzeyindəki heykəlinin kobud bənzəridir.

Bundan başqa, kolleksiyaçı muzeydəki bir çox eksponatın orijinal olmadığını bildirib. Onun sözlərinə görə, sadalanan əsərlər XX əsrə yox, XXI əsrə aiddir. O, eyni zamanda, ekspozisiyada iştirak edən saxtakarların siyahısını xeyli uzada biləcəyini qeyd edib.

İddialar əsasında hazırda Ermitajda araşdırmalara başlanılıb. Sərgi ötən il noyabrın 25-də başlayıb və bu il martın 14-dək davam edəcək.

31
Teqlər:
saxtakarlıq, Ermitaj, muzey
Bakı məktəblərin birində, arxiv şəkli

Orta məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün imkan

0
(Yenilənib 17:57 18.01.2021)
İstedadlı şagirdlər üçün təşkil olunan eksternat imtahanı Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları" əsasında keçirilir.

BAKI, 18 yanvar — Sputnik. Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən, eksternat imtahanı yanvarın 19-da təşkil olunacaq.

Qeydiyyatdan keçmiş məktəblilərin biliyi test imtahanı vasitəsilə yoxlanılacaq. İmtahan hər fəndən 10 sual olmaqla, fənn proqramlarına uyğun hazırlanacaq və nəticələr müvafiq komissiya tərəfindən 100 ballıq şkala üzrə qiymətləndiriləcək. Test imtahanından uğurla keçən istedadlı şagirdlər müsahibəyə cəlb olunacaqlar.

Qeyd edək ki, istedadlı şagirdlər üçün təşkil olunan eksternat imtahanı Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları" əsasında keçirilir.

0