Elşən Cavadlı

"Çukur"la "SÖZ"ün lənkəranlı "qonağı": "Qrip olduğum üçün məni "öldürdülər" - VİDEO - FOTO

630
(Yenilənib 01:04 25.09.2019)
"Həmin mənfi rollara çəkilsəm, cəmi 3-4 seriya məni göstərəcəklər, özü də kamera birbaşa məni çəkəcək. Üstəlik, məni orada öldürsələr, daha həmin seriala qayıda bilməyəcəyəm"

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 24 sentyabr — Sputnik. Elşən Asif oğlu Cavadlı 1980-ci ildə Lənkəran şəhərində doğulub. Buradakı 1 saylı orta məktəbi bitirəndən sonra Lənkəran Dövlət Humanitar Kollecinin xanəndəlik fakültəsinə daxil olub. Ancaq indi Elşən başqa sevdadadır: aktyorluq karyerasını, özü də Türkiyədə, qurur.

Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə həmsöhbət olan Elşən musiqiyə marağının çox olduğunu bildirdi: “Mən musiqi təhsili almadan iyirmiyə yaxın mahnı yazmışdım, amma notlarsız. 2005-ci ildə Humanitar Kolleci bitirdim. Oxuduğum müddətdə toylara gedirdim. Yəni bilirsiniz də, Azərbaycanda müğənnilərin hamısının qazancı toylardan çıxır. 2009-cu ilə kimi müğənnilik sənətimi davam etdirdim. Sonra isə xarici ölkələrdə pul qazanmaq üçün şans yarandı. Planda Rusiya Federasiyasına getmək var idi, sonra isə bir tanış gəldi, mənə İstanbulda işləməyi təklif etdi. Mən də razılaşdım. Fikirləşdim ki, gedim görüm orada şərait necədir? Yoxsa Türkiyədə yaşamaq, iş qurmaq mənim ağlımdan belə keçmirdi. Çünki azərbaycanlıların çoxu xaricdə pul qazanmaq üçün əsasən Rusiyaya gedir. Mən də istəyirdim Rusiyada işləyim, bir az pul qazanım və kliplər çəkdirim, aranjimanlar edim. Amma iş elə gətirdi ki, Türkiyəyə gedəsi oldum. Həm də düşündüm ki, dəyişiklik olsun, hamı şimala gedir, mən isə bu tərəfə gedim. Uzun sözün qısası, getdim Türkiyəyə. Kim nə deyir-desin, Türkiyədə azərbaycanlıları sevirlər. Dəfələrlə küçədə polis yoxlamaq istəyərkən azərbaycanlı olduğumu bildirəndə: “Bura da sənin vətənin!” - deyib yola salıblar”.

- Türkiyədə öncə hansı işə başladınız?

- Orada vəziyyəti öyrəndikdən sonra bir şeyi dəqiq bildim ki, hansısa sənət sahibi olsan, ruzin var. Çünki türklər sənətə qiymət verirlər və səni buraxmayacaqlar. Mən ayaqqabı istehsalı işini seçdim. Həmin vaxt ustalar bir cüt ayaqqabıdan 3 TL qazanırdılar. Günə 60, bəzən də 100 cüt ayaqqabı istehsal etdiklərini gördüm. Qazanclı olduğu üçün özümü bu sahədə yoxlamağa başladım. Bir müddət sonra ayaqqabı istehsalı sahəsində peşəkar oldum. Özümə kiçik bir sex açdım və İsmayıl adlı usta ilə şərik oldum. Qazancım pis deyildi. Bir gün Azərbaycana qayıtdım, amma burada işlərim tərs gətirdiyindən yenidən İstanbula getməli oldum, ayaqqabı istehsalı işimi davam etdirdim. Bir dəfə film çəkilişinə dəvət elanı ilə rastlaşdım. Əlbəttə, baş rol deyil, epizodik rol üçün adam axtarırdılar. Bir anlıq aktyorluq təhsilimin olmadığını düşündüm, amma bu sahədə də özümü yoxlamağı qərara aldım.

 - Filmə seçilməyiniz necə keçdi? Çəkiliş meydanında məşhur aktyorları görəndə hansı hissləri keçirirdiniz?

 - Özümü sınamaq istəyirdim, görüm, məndə bu alınarmı, kamera qarşısında özümü necə hiss edəcəyəm? Azərbaycanda toylarda kamera qarşısında özünü istədiyin kimi apara bilirsən. Lakin orada isə belə deyil. Bir baş rejissor var və bir də rejissor assistenti ki, onlar ona “reji” deyirlər. O "reji" sənin aldığın nəfəsi, atdığın addımları, paltarının üzərində necə durmasını səndən xəbərsiz, addım-addım izləyir. Hərəkətlərini, davranışını izləyən assistent sənin hansı epizodik rola uyğun olduğunu təyin edir.

Elşən Cavadlı “Adını Feriha koydum”, “Fatmagülün suçu ne?”, “Çukur”, “Gülperi”, “Söz”, “Arka Sokaklar” və “Vuslat” seriallarında epizodik rollar oynayıb
© Elşən Cavadlının şəxsi arxivindən
Elşən Cavadlı “Adını Feriha koydum”, “Fatmagülün suçu ne?”, “Çukur”, “Gülperi”, “Söz”, “Arka Sokaklar” və “Vuslat” seriallarında epizodik rollar oynayıb

Az qazanc olsa da, “Allah bərəkət versin!” deyib oynamağa razılıq verdim - yetər ki, o məşhurların arasında olum. İlk dəfə məşhur “Arka sokaklar” serialında həkim köməkçisi epizodik rolunu oynadım.  Artıq “Rza Baba", "Mesut Komiser", "Hüsnü Çoban" rollarını canlandıran məşhur aktyorların arasında idim. Əvvəl onların adlarını bilmirdim, həm də sevindiyimdən aktyorları canlandırdıqları personajların adları ilə çağırırdım.

Başqa bir serialda - “Söz”də çəkilişlər zamanı polis formasında avtomobildə oturmuşdum, telefonumda oyun oynayırdım. Rejissor assistenti yaxınlaşıb dedi: “Sənə qandal verirəm, bir az ciddi sima al. Prokuror Dəryanı baş prokurorun əmri ilə həbs edəcəksən. Bacara bilərsənmi?” Mən həvəslə bacaracağımı dedim. Həqiqətən də, o səhnə gözəl alındı. Bəzən elə olur ki, bir yerdə bir hərəkət edirsən, səni bir fraqmentdə göstərirlər, vəssalam, belə səhnəciklərdə həyəcan olmur. Amma dialoq səhnələrində, xüsusən də ulduz aktyorlarla, həyəcan birə-beş artır. Təsəvvür edin, illərlə ekranda izlədiyin aktyorun indi qarşısında qalmısan və dialoqdasan.

- Bəzən film və ya tamaşalarda rejissorlar aktyorlara improvizasiya etməyə imkan yaradırlar. Serialda necə, rolun dərəcəsindən asılı olmayaraq improvizasiya etməyə izn verirdilərmi?

 - Bəli! “Çukur” serialında idman zalında bir dava səhnəsi var idi. Orada rejissorun köməkçisi olan bir xanım gəlib bizə dedi ki, “Burada bir dava düşəcək və siz idman zalına necə daxil olacaqsınız, necə rəftar edəcəksiniz - hamısını öz ixtiyarınıza buraxıram”. Beləcə, polisin qaçaraq idman zalına daxil olması səhnəsini oynadıq.

 - Bu günə kimi hansı seriallarda çəkilmisiniz?

 - “Adını Feriha koydum”, “Fatmagülün suçu ne?”, “Çukur”, “Gülperi”, “Söz”, “Arka Sokaklar” və “Vuslat” seriallarında epizodik rollar oynamışam. Hal-hazırda “Arka sokaklar”da çəkilişlərim davam edir. Müqayisə etsək, “Çukur” serialı da çox sevilən və reytinqlidir. Sadəcə, bu serialda çəkilişlər 10-12 saat davam edir. “Arka sokaklar”da isə bu, 30 dəqiqə, maksimum 2 saat olur. Ona görə də bu seriala davamlı çəkilməyi seçdim.

Elşən Cavadlı Lənkəran Dövlət Humanitar Kollecini bitirib
© Elşən Cavadlının şəxsi arxivindən
Elşən Cavadlı Lənkəran Dövlət Humanitar Kollecini bitirib

 - Hazırda çəkildiyiniz serialda ikinci dərəcəli və ya baş rola çəkilməyiniz üçün şans varmı? 

- Orada bizə rol seçimi şansı verirlər. Mən istəsəm, mafiya başçısının sağ əli rolunda, istəsəm, lap elə mafiya başçısı rolunda çəkilə bilərəm. Amma həmin mənfi rollara çəkilsəm, cəmi 3-4 seriya məni göstərəcəklər, özü də kamera birbaşa məni çəkəcək. Üstəlik, məni orada öldürsələr, daha həmin seriala qayıda bilməyəcəyəm. Bəlkə də, çəkilərəm, lakin 200 bölümdən, yəni rol ifaçısının siması izləyicinin yaddaşından silinəndən sonra.

Yeri gəlmişkən, onu da deyim ki, orada səni seriala seçdilərsə, obraz ölənə qədər davam etməlisən. “Çukur” serialında bir dəfə çəkilişlər gedən vaxt bərk soyuqladım. Ertəsi gün rejissor köməkçisi mənə zəng edib seriala gəlməyimi dedi. Mən də qrip olduğumdan çəkilə bilməyəcəyimi bildirdim. Rejissor köməkçisi isə: “Tamam, gəlmə, mən də səni məhkəməyə verərəm", - dedi. Mən də məcbur olub getdim, elə həmin seriyada da məni "öldürdülər".

 - Lənkəranda xanəndəlik fakültəsini bitirən, Türkiyədə seriallara çəkilən Elşən Cavadlının aktyorluq təhsili almaq fikri varmı?

 - Əvvəllər belə bir fikrim yox idi. Bəzi işlərim var, inşallah, onları yoluna qoyduqdan sonra Türkiyədə 6 aylıq aktyorluq kursları var, orada oxumaq niyyətindəyəm. Cəmi 1 ildir davamlı olaraq seriallarda epizodik rollara çəkilirəm. Amma 2010-cu ildə “Adını Feriha koydum” və “Fatmagülün suçu ne?” seriallarından sonra çəkilməyi davam etdirsəydim, indiyə qədər çox irəliləmiş olardım.

Elşən Cavadlı “Adını Feriha koydum”, “Fatmagülün suçu ne?”, “Çukur”, “Gülperi”, “Söz”, “Arka Sokaklar” və “Vuslat” seriallarında epizodik rollar oynayıb
© Elşən Cavadlının şəxsi arxivindən
Elşən Cavadlı “Adını Feriha koydum”, “Fatmagülün suçu ne?”, “Çukur”, “Gülperi”, “Söz”, “Arka Sokaklar” və “Vuslat” seriallarında epizodik rollar oynayıb

 - Rolunuz bir neçə seriya davam edəndə epizodik rollar oynayanlar üçün çəkiliş meydanına yaxın yerdə qalmağa şərait yaradırlar, yoxsa kirayə ev tutursunuz? 

- Bizim üçün çəkiliş meydanında qalmağa xüsusi şərait yaradılır ki, biz xəstələnməyək və ya soyuqdan donmayaq. Məsələn, “Söz” serialında "mehmetcik" roluna çəkildiyim vaxt bizim üçün bir hərbi hissədə yer ayırdılar, orada bizə yaxşı diqqət edirdilər. Hətta çəkiliş meydanında hər-hansı bir aktyorun səhhətində problem yarandığı zaman ona vaxtında kömək etmək üçün həkim də ayrılır.

630
Teqlər:
Türkiyə, azərbaycanlı, serial, aktyor
Əlaqədar
Xalq artisti tarixi serialda rol aldı - FOTO
Azərbaycanlı aktrisa deportasiyadan qaçmaq üçün türkə ərə gedib
Televiziyaların bəzəyi olan seriallar - Kim? Harada? Necə?
İnanmaq çətindir: Azərbaycan serialı mükafat aldı - FOTO
Çimnaz Sultanova: "Zövqümü korlamamaq üçün seriallara baxmıram"
Sami Yusuf, arxiv çəkli

Azərbaycan əsilli müğənnidən növbəti dəstək

40
(Yenilənib 22:40 27.10.2020)
Müğənni özünün "Instagram" səhifəsində video paylaşaraq "Azərbaycan I love you. Yaşasın Azərbaycan!" deyib

BAKI, 27 oktyabr — Sputnik. Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf cəbhə xəttində həyata keçirilən əks-hücumlarla əlaqədar Azərbaycan Ordusuna növbəti dəfə dəstəyini ifadə edib. Sputnik Azərbaycan xəbər verir ki, müğənni özünün "Instagram" səhifəsində video paylaşaraq "Azərbaycan I love you. Yaşasın Azərbaycan!" deyib.

Qeyd edək ki, Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf cəbhə xəttində həyata keçirilən əks-hücumlarla əlaqədar dəfələrlə Azərbaycan Ordusuna dəstəyini ifadə edib: "Davamlı uğurlarınız, firavanlığınız və torpağınızın və suverenliyinizin qorunması üçün dua edirəm".

40
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Türkiyəli sənətçilər Qarabağda müharibəyə görə toylarını təxirə saldılar
Biz Qarabağda oyanmaq istəyirik - VİDEO
Sinan Akçıldan daha bir dəstək - "Daim yaşa, Azərbaycan" adlı mahnı bəstələyib
Rəzalət davam edir - Türk sənətkarları Qarabağda "öldürürlər"
İbrahim Tatlısəsdən kövrək addım: "Ölənədək yanındayıq, AZƏRBAYCAN!"
Eldar Qasımov, arxiv şəkli

Biz Qarabağda oyanmaq istəyirik - VİDEO

27
(Yenilənib 22:02 27.10.2020)
"Mən Qarabağda oyanmaq istəyirəm" adlı mahnının bəstəkarı Vaqif Yaqubov, söz müəllifi Leyla Nəsibli, aranjmançısı isə Osman Həmidovdur

BAKI, 27 oktyabr — Sputnik. Eldar Qasımov Şuşaya həsr olunmuş mahnısını təqdim edib.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycana Avroviziya qalibiyyəti bəxş edən müğənni Eldar Qasımov Şuşaya həsr olunmuş yeni mahnısını təqdim edib. Rus dilində olan mahnı "Mən Qarabağda oyanmaq istəyirəm" adlanır və vətənpərvərlik mövzusundadır.

Mahnının bəstəkarı Vaqif Yaqubov, söz müəllifi Leyla Nəsibli, aranjmançısı isə Osman Həmidovdur. Mahnı qısa zamanda sosial şəbəkələrdə paylaşılıb.

 

27
Teqlər:
mahnı, Eldar Qasımov, Şuşa şəhəri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Türkiyəli sənətçilər Qarabağda müharibəyə görə toylarını təxirə saldılar
Daha bir rəzalət - Sərdar Ortacı şəhid Azərbaycan əsgəri kimi təqdim etdilər
Sinan Akçıldan daha bir dəstək - "Daim yaşa, Azərbaycan" adlı mahnı bəstələyib
Rəzalət davam edir - Türk sənətkarları Qarabağda "öldürürlər"
İbrahim Tatlısəsdən kövrək addım: "Ölənədək yanındayıq, AZƏRBAYCAN!"
Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva, arxiv şəkli

Mehriban Əliyeva Ermənistanın müharibə cinayətlərinə üsyan etdi

48
(Yenilənib 23:55 27.10.2020)
"Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?"

BAKI, 27 oktyabr - Sputnik. "Bu gün Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozublar. “Smerç” qurğusundan buraxılmış kasetli raketlərlə atəş nəticəsində dörd mülki şəxs, o cümlədən yeddi yaşlı qız həlak olub. Dördü uşaq olmaqla on dörd nəfər ciddi xəsarət alıb".

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkədəki heabında yazıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)

"Silahlı münaqişələr zamanı mülki şəxslərin qətlə yetirilməsi 1949-cu il Cenevrə Konvensiyalarının və bütövlükdə beynəlxalq humanitar hüquq normalarının ən kobud şəkildə pozulması deməkdir.
Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?
Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm, yaralananların tezliklə sağalmalarını arzulayıram.
Biz öz torpağımızı təcavüzkarlardan azad edəcəyik və bu cinayətlərə son qoyacağıq.
Uca Tanrı Vətənimizi qorusun!" - paylaşımda deyilir.

48
Teqlər:
Atəşkəsin pozulması, ölənlər və yaralılar, dinc sakinlər, raket zərbələri, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Beynəlxalq təşkilatların ciddi ölçü götürməməsi Ermənistanı azğınlaşdırır - Ombudsman
Bərdədə erməni təxribatından ölənlərdən biri 7 yaşlı uşaqdır - FOTO
XİN: Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil
Hikmət Hacıyev: "Bərdəyə "Smerç"dən kasetli bomba atılıb"
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı