CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mövsümü nazirin sifarişi ilə açdılar: "Solğun çiçəklər" fərqli yozumda - FOTO

© © Sumqayıt Dövlət Dram Teatrının mətbuat xidmətiSumqayıt Dövlət Dram Teatrı “Solğun çiçəklər” tamaşası
Sumqayıt Dövlət Dram Teatrı   “Solğun çiçəklər” tamaşası - Sputnik Azərbaycan
Abunə olmaq
Premyerada Mədəniyyət Nazirliyinin nümayəndələri, Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, şəhər ziyalıları, Bakı teatrlarının aktyor və rejissorları, Sumqayıtın teatrsevərləri iştirak ediblər

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 23 sentyabr — Sputnik. Sumqayıt Dövlət Dram Teatrında 51-ci mövsümün açılışı reallaşdı. Teatrın yaradıcı heyəti yeni mövsümdə tamaşaçıların görüşünə Cəfər Cabbarlının "Solğun çiçəklər" əsəri ilə gəldi.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə C.Cabbarlının 120 illiyi bu il ölkədə xüsusi qeyd olunur. Məhz buna görə də teatr Mədəniyyət naziri Əbülfəs Qarayevin sifarişi ilə ölməz dramaturqa müraciət edib. Televiziya və kino sahəsində uğurlu filmlərin rejissoru olmuş Elşən Zeynallı "Solğun çiçəklər"ə müasir yozumda təhlil verib. Nəticədə uzun illər müxtəlif teatrların repertuarında yer almış məşhur pyes Sumqayıt teatrında özünün tam fərqli, yeni səhnə taleyini yaşadı.

© © Sumqayıt Dövlət Dram Teatrının mətbuat xidmətiSumqayıt Dövlət Dram Teatrı “Solğun çiçəklər” tamaşası
Mövsümü nazirin sifarişi ilə açdılar: Solğun çiçəklər fərqli yozumda - FOTO - Sputnik Azərbaycan
Sumqayıt Dövlət Dram Teatrı “Solğun çiçəklər” tamaşası

Sputnik Azərbaycan bildirir ki, rollarda əməkdar artistlər İzaməddin Bağırov, Cəlal Məmmədov, Sədaqət Nuriyeva, aktyorlar Şəhla Məmmədova, İlahə Səfərova, İlqar İbrahimov və Dağlar Rüstəmov çıxış etdilər. Tamaşanın quruluşçu rəssamları Elşən Sərxanoğlu və Şahin Hüseynlidir, musiqi tərtibatı isə İradə Muradovaya aiddir.

Açılış mərasimində teatrın direktoru, Əməkdar incəsənət xadimi Mübariz Həmidov hər kəsi salamlayaraq teatra olan dövlət qayğısından, eyni zamanda şəhər rəhbərliyinin həssas münasibətindən danışıb. Təntənəli qeyd olunan yubiley ilindən sonra hər mövsümün daha da uğurla başa çatması üçün zəruri olan düzgün repertuar seçimi, yüksək bədii səviyyəli tamaşaların hazırlanması, tanıtım layihələrinin işlənməsi və bu istiqamətdə dövlətin teatrlara əlahiddə qayğısından söz açan teatr rəhbəri tamaşaçıları yeni tamaşaya baxmağa dəvət edib.

© © Sumqayıt Dövlət Dram Teatrının mətbuat xidmətiSumqayıt Dövlət Dram Teatrı “Solğun çiçəklər” tamaşası
Mövsümü nazirin sifarişi ilə açdılar: Solğun çiçəklər fərqli yozumda - FOTO - Sputnik Azərbaycan
Sumqayıt Dövlət Dram Teatrı “Solğun çiçəklər” tamaşası

Premyerada Mədəniyyət Nazirliyinin nümayəndələri, Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, şəhər ziyalıları, Bakı teatrlarının aktyor və rejissorları,  Sumqayıtın teatrsevərləri iştirak ediblər.

Qeyd edək ki, 1968-ci ildən fəaliyyət göstərən Sumqayıt Dövlət Dram Teatrı bu il 51-ci mövsümünə start verib. Teatrın Baş rejissoru Respublikanın Xalq artisti Firudin Məhərrəmovdur.

Xəbər lenti
0