Nizami Kino Mərkəzinin binası

Rusiyanın tanınmış filmləri Bakıda göstəriləcək

34
(Yenilənib 18:46 19.09.2019)
Açılış mərasimində Rusiya kinematoqrafiyasının simaları və "Kinofest" Prodüser Mərkəzinin nümayəndələri iştirak edəcəklər

BAKI, 19 sentyabr — Sputnik. Nizami Kino Mərkəzində "Azərbaycanda Rusiya filmləri həftəsi"nin açılış mərasimi planlaşdırılır. Sputnik Azərbaycan xəbər verir ki, sentyabrın 23-də Nizami Kino Mərkəzində Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Rusiyanın "Kinofest" Prodüser Mərkəzi, Nizami Kino Mərkəzi və YARAT Müasir İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Rusiya filmləri həftəsinin açılış mərasimi baş tutacaq.

Açılış mərasimində Rusiya kinematoqrafiyasının simaları və "Kinofest" Prodüser Mərkəzinin nümayəndələri iştirak edəcəklər.

Açılış mərasiminin rəsmi hissəsindən sonra rejissor Anar Abbasov 2019-cu ildə çəkdiyi "Bitva" bədii filmini tamaşaçılara təqdim edəcək.

Qeyd edək ki, sentyabrın 23-dən 29-na qədər davam edən film həftəsi çərçivəsində Nizami Kino Mərkəzində sentyabrın 24-də saat 20:00-da rejissor Kim Drujininin "Tanki", sentyabrın 25-də saat 20:00-da Yevgeniy Bederevin "Domovoy", sentyabrın 26-da saat 20:00-da rejissor Mixail Rasxodnikovun "Doroqoy papa", sentyabrın 27-də saat 14:00-da rejissor Yelena Xazanovanın "Lyubovnitsı", sentyabrın 28-də saat 12:00-da Aleksey Kozlovun "Spasti Leninqrad" və sentyabrın 29-da saat 20:00-da rejissor Anna Parmasın "Davay razvedemsa" bədii filmləri şəhər sakinlərinə və şəhərimizin qonaqlarına təqdim olunacaq.

Filmlər Nizami Kino Mərkəzinin böyük zalında nümayiş olunacaq.

YARAT Müasir İncəsənət Mərəzində sentyabrın 24-də "Van Qoqi" filmi, sentyabrın 27-də "Voyna Annı", sentyabrın 28-də "Veçnaya jizn Aleksandra Xristoforova" filmləri nümayiş olunacaq. Seanslar saat 19:00-da başlayır. Filmlərə giriş sərbəstdir.

34
Sinan Akçil

Sinan Akçıldan daha bir dəstək - "Daim yaşa, Azərbaycan" adlı mahnı bəstələyib

42
Sinan Akçıl və Səidə Quliyevanın "Daim yaşa, Azərbaycan" klipi artıq "Youtube" şəbəkəsində ön sıralardadır.

BAKI, 24 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələri sentyabrın 27-də təxribata əl atdıqdan sonra Azərbaycanın dinc yaşayış məntəqələrini atəşə tutmağa davam edir. Sputnik Azərbaycan xəbər verir ki, son günlər davam edən müharibəyə qardaş Türkiyənin məşhur sənət adamları da dəstək veriblər.

Müğənni-bəstəkar Sinan Akçıl Qarbağda baş verən hadisələrdən təsirlənərək "Daim yaşa, Azərbaycan" adlı mahnı bəstələyib. Məşhur həmin mahnını azərbaycanlı müğənni Səidə Quliyeva ilə birlikdə oxuyub. Sinan Akçıl və Səidə Quliyevanın "Daim yaşa, Azərbaycan" klipi artıq "Youtube"da ön sıralardadır.

Qeyd edək ki, Sinan Akçıl Qarabağla və Gəncədə baş vermiş terror hadisəsi ilə bağlı dəfələrlə paylaşımlar edib.

42
İbrahim Tatlısəs, arxiv şəkli

İbrahim Tatlısəsdən kövrək addım: "Ölənədək yanındayıq, AZƏRBAYCAN!"

26
(Yenilənib 16:50 23.10.2020)
Müğənni özünün "Instagram" səhifəsində Azərbaycana dəstək ifadə edən "İki millət, bir dövlət! Türk milləti olaraq ölənədək yanındayıq, AZƏRBAYCAN!" adlı video paylaşıb.

BAKI, 23 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələri sentyabrın 27-də təxribata əl atdıqdan sonra Azərbaycanın dinc yaşayış məntəqələrini atəşə tutmağa davam edir. Sputnik Azərbaycan xəbər verir ki, son günlər davam edən müharibəyə qardaş Türkiyənin məşhur sənət adamları da dəstək veriblər.

Посмотреть эту публикацию в Instagram

İki Millet TEK Devlet TÜRK Milleti Olarak Ölümüne Yanındayız AZERBAYCAN !

Публикация от İBRAHİM TATLISES (@ibrahimtatlises)

Bu dəfə türk musiqisinin imperatoru İbrahim Tatlısəs Azərbaycana dəstəyini nümayiş etdirib. Belə ki, Türkiyənin məşhur müğənnisi özünün "Instagram" səhifəsində Azərbaycana dəstək ifadə edən "İki millət, bir dövlət! Türk milləti olaraq ölənədək yanındayıq, AZƏRBAYCAN!" adlı video paylaşıb.

26
Məktəb, arxiv şəkli

Uşaqlar hansı yaşdan etibarən maska taxmalıdırlar?

0
Rusiyanın Paster adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat İnstitutunun mütəxəssisləri belə hesab edirlər ki, 12 yaşdan başlayaraq uşaqlarda virusa qarşı həssaslıq yaranır.

BAKI, 24 oktyabr — Sputnik. Bütün dünyadan koronavirus epidemiyası yayıldığı gündən bu yana hansı yaşdan etibarən uşaqların maska taxmalı olduqları məsələsi də ən çox müzakirə olunan mövzulardan biridir. Rusiyalı ekspert bu suala dəqiq cavab verib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, mütəxəssislər 12 yaşdan etibarən bütün uşaq və yeniyetmələrin maska taxmasını tövsiyə edirlər. Rusiyanın Paster adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat İnstitutunun mütəxəssisi belə hesab edir ki, bu yaşdan başlayaraq uşaqlarda virusa qarşı həssaslıq yaranır. Mütəxəssisin sözlərinə görə, bununla belə, uşaqlar COVID-19 virusunun aktiv daşıyıcıları hesab olunmurlar. Müşahidələr göstərir ki, bu virus əksər hallarda uşaqlara böyüklərdən yoluxur.

0