CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xalq artisti tarixi serialda rol aldı - FOTO

© Sputnik / Tarana KhudabakhshiyevaXalq artisti Pərviz Məmmədrzayev
Xalq artisti Pərviz Məmmədrzayev - Sputnik Azərbaycan
Abunə olmaq
Filmin quruluşçu rejissoru "Kolovrat haqqında əfsanə" filmindən tanıdığımız İvan Şurxovetski, baş rolun ifaçısı İlya Malaxovdur

BAKI, 12 sentyabr — Sputnik. "Mars Media" kinoşirkəti Rusiyanın "Birinci kanal"ı üçün tarixi serial çəkir. Sputnik Azərbaycan xəbər verir ki, yeni ekran əsərinin adı "Russkiy rab" (Rus qul) adlanır.

Artıq filmin çəkilişlərinə start verilib. Hadisələr Boris Qodunov dövrünü əhatə edir. Filmin quruluşçu rejissoru "Kolovrat haqqında əfsanə" filmindən tanıdığımız İvan Şurxovetski, baş rolun ifaçısı İlya Malaxovdur. Müxtəlif ölkələrdən olan aktyorların təmsil olunduğu filmdə azərbaycanlı aktyorlar Kamran Ağabalayev və Azərbaycanın Xalq artisti Pərviz Məmmədrzayev də rol alıblar. P.Məmmədrzayev tarixi serialda qubernator rolunu ifa edəcək.

Публикация от kamranagabalaev (@kamranagabalaev)

Qeyd edək ki, tarixi janrda olan serial 16-17-ci əsrləri əhatə edir. Ekran əsərinin yayımlanacağı vaxt dəqiq deyil.

 

Xəbər lenti
0