Orxan Fikrətoğlu

Orxan Fikrətoğlu şou proqram aparacaq

64
(Yenilənib 14:44 11.09.2019)
Sözügedən layihə Türkiyədə "Bak hele bak", Rusiyada isə "Слава богу, ты пришел" adı ilə məşhur olub

BAKI, 11 sentyabr — Sputnik. İctimai Televiziyanın efirində yeni layihəyə start verilir. Sputnik Azərbaycan xəbər verir ki, yeni efirə çıxacaq lisenziyalı improvizasiya şousu "Haradasan bu vaxtacan" adlanır. Televiziyanın mətbuat xidmətindən verilən məlumata görə, veriliş dünyanın məşhur "Thank God You're Here" layihəsinin adaptasiya olunmuş versiyasıdır və Azərbaycanda ilk dəfə İTV-nin efirində yayımlanacaq.

Şou Haradasan bu vaxtacan
© İctimai Televiziyanın mətbuat xidməti
Şou "Haradasan bu vaxtacan"

Müxtəlif səhnələrlə zəngin verilişdə ölkənin tanınmış simaları iştirak edirlər. Belə ki, hər buraxılışda üç məşhur qonaq olur. Qonaq özünün də xəbəri olmadan hansısa hadisənin mərkəzinə düşür və ona verilən rolda vəziyyətdən çıxmağa çalışır. Bu həm də onun indiyə qədər məlum olmayan istedadlarının ölçüsünü göstərməsinə şərait yaradır.

Qeyd edək ki, bir çox populyar layihələrin müəllifi olaraq tanınan "Fremantle" şirkətinə məxsus sözügedən layihə Türkiyədə "Bak hele bak", Rusiyada isə "Слава богу, ты пришел" adı ilə məşhur olub.

Həftədə bir dəfə axşam saatlarında yayımlanacaq verilişin aparıcıları Orxan Fikrətoğlu və Turanə Hüseynlidir.

64
Teqlər:
şou proqram, şou, veriliş, televiziya
Əlaqədar
Tanınmış aparıcımız indi də boksa keçdi
Azərbaycanın gözəl aparıcısı illər sonra yenidən efirdə
Tanınmış müğənni yerlilərindən incidi: “Bir daha Qax barədə danışmayacağam”
"Mətbəx" serialının ulduzu Bakıda: Azərbaycan şirniyyatını bişirməyi öyrəndi
"Çevir bizim kanala" - Gör nə xariqələr var
Birinci vitse-prezident Mehriban Əliyeva, arxiv şəkli

Mehriban Əliyeva Bəhram Bağırzadə ilə telefonla danışıb

17
Koronavirusa yoluxan və xüsusi rejimli xəstəxanaya yerləşdirilən Bəhram Bağırzadənin vəziyyəti bir müddət ağırlaşmışdı

BAKI, 12 iyul — Sputnik. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva COVID-19 xəstəliyindən müalicəsi davam edən Əməkdar artist Bəhram Bağırzadə ilə telefonla danışıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Əməkdar artistə tezliklə sağalmağı arzulayan Mehriban Əliyeva ölkəmizdə COVID-19-la mübarizədə, xəstələrin müalicəsində Azərbaycan həkimlərinin, tibb işçilərinin fədakar əməyini xüsusilə qeyd edib.

Bəhram Bağırzadə onun müalicəsi üçün göstərilən dəstək və səylərə görə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib. Tezliklə sağalacağına inandığını deyən Bəhram Bağırzadə hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyini hiss etdiyini qeyd edib.

Xatırladaq ki, koronavirusa yoluxan və xüsusi rejimli xəstəxanaya yerləşdirilən Bəhram Bağırzadənin vəziyyəti bir müddət ağırlaşmışdı. Aparılan intensiv müalicə nəticəsində Əməkdar artistin səhhətində artıq müsbət dinamika və stabilləşmə qeydə alınıb.

17
Əlaqədar
Bəhram Bağırzadə komadan ayıldı
Bəhram Bağırzadədən xəbər var - bugünkü rentgen müayinəsi ümidvericidir
Bəhram Bağırzadə barədə xoş xəbər: Artıq aktiv hərəkətlər edir
Rusiyalı baş infeksionist: "Azərbaycan azacıq bizim səhvimizi təkrarladı" - MÜSAHİBƏ
Xalq artisti Nəzakət Teymurova, arxiv şəkli

Səhnəmizin Leylisi koronavirusa yoluxub, vəziyyəti ağırdır

324
(Yenilənib 14:59 12.07.2020)
"Nəzakət Teymurovanın vəziyyəti çox ağırdır. Hazırda xəstəxanaya yerləşdirilib. Amma necə olursa-olsun, onun virusa qalib gələcəyinə əminəm"

BAKI, 12 iyul — Sputnik. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Respublikasının Xalq artisti, Prezident mükafatçısı Nəzakət Teymurova koronavirusa yoluxub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Hacı Nuran sosial şəbəkədə yazıb.

"Onun koronavirusa yoluxduğunu eşidəndə qulaqlarıma inanmadım. Axı Nəzakət Teymurova çox ehtiyatlı idi. Amma nə edəsən ki, reallıq öz sözünü deyir və bizim medianın da gözündən heç nə yayınmır. Nəzakət Teymurovanın vəziyyəti çox ağırdır. Hazırda xəstəxanaya yerləşdirilib. Amma necə olursa-olsun, onun virusa qalib gələcəyinə əminəm. Çünki bir qarabağlı qızı koronaya elə-belə təslim ola bilməz. Azərbaycan muğam sənətinin bənzərsiz səsi olan, səhnəmizin Leylisinin bu gün tamaşaçılarının, doğmalarının, dostlarının dualarına ehtiyacı var. Allah səni sevdiklərin üçün qorusun, gözəl insan", - deyə Hacı Nuran qeyd edib.

324

Vətən uğrunda şəhid olmuş baş əsgər son mənzilə yola salınıb video

0
(Yenilənib 17:20 13.07.2020)
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində vəziyyət gərgin olaraq qalır. Ordumuz dörd şəhid verib və onlar Azərbaycan bayrağı altında doğulduğu rayonlarda dəfn ediliblər.

Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu, baş əsgər 1996-cı il təvəllüdlü Elşad Dönməz oğlu Məmmədov dəfn olunub. Şəhidin cənazəsi doğulduğu Tovuzun Ağdam kəndində torpağa tapşırılıb. Milli Ordumuzun şəhidi ailəli olub, 6 aylıq oğlu var.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olublar, əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu və baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olublar.

Azərbaycan Ordusu düşmənin dayaq məntəqəsinə zərbə endirib – döyüş xəttindən video>>

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

0