Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Günel Zeynalova Brilliant Dadaşovanı təkrarladı – VİDEO

© Instagram / gunelzeynalovaofficalTanınmış müğənni Günel Zeynalova, arxiv şəkli
Tanınmış müğənni Günel Zeynalova, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azəri qızı Günel kimi tanınan 33 yaşlı Günel Zeynalova uzun illərdir Türkiyədə müğənni kimi fəaliyyət göstərir

BAKI, 10 sentyabr — Sputnik. Türkiyədə fəaliyyət göstərən həmyerlimiz, tanınmış müğənni Günel Zeynalova sosial şəbəkədə maraqlı paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, Brilliant Dadaşovanın repertuarına yenidən müraciət edən müğənni bu dəfə "Maç-maç, quc-quc" mahnısını ifa edib. O, yeni ifası ilə bağlı yazıb: "İllər öncə oxunmuşdu. Arxivimi axtardım. Brilliant xanım var olun, öpürəm sizi. Uğur hamımızın uğurudur, məni sevənləri sevindirir, istəməyənləri məhv edir. Səsimizlə, sənətimizlə adımızı, məsləyimizi qısqananları məhv etməyə davam edək. Sizi qucaqlayıram. Sizlər üçün çox darıxmışam”.

Публикация от 𝐆Ü𝐍𝐄𝐋 𝐙𝐄𝐘𝐍𝐀𝐋𝐎𝐕𝐀 (@gunelzeynalovaoffical)

Qeyd edək ki, Azəri qızı Günel kimi tanınan 33 yaşlı Günel Zeynalova uzun illərdir Türkiyədə müğənni kimi fəaliyyət göstərir.

Xəbər lenti
0