Fehruz Şəmiyev

Əcnəbilərlə bir addımlamaq üçün şans: "Niyə onların əziyyəti yerdə qalsın ki?"

155
(Yenilənib 16:27 08.09.2019)
Bizdə neçə illərdir fərqli festivallar yoxdur. Yalnız bizim tədbirimizdir ki, o da ölkədə ən uzun ömürlüdür

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 8 sentyabr — Sputnik. Bu il keçiriləcək "Bakı qısa filmlər" beynəlxalq festivalı sayca onuncudur. İndiyə qədər o, "Start" adı ilə tanınıb. 2004-cü ildə bu festival "Cinema" gənc kinematoqrafçılar birliyi tərəfindən yaradılıb.

Festivalın təşkilatçısı Fehruz Şəmiyev bildirir ki, "İlk olaraq azərbaycanlı tələbələr arasında lokal şəkildə həyata keçirirdiksə, hal-hazırda bizim festival beynəlxalq səviyyədədir. Ötən il iştirak üçün 600-ə yaxın müraciət olub. Onlardan 80-i beynəlxalq müsabiqəyə, 20-si yerli müsabiqəyə vəsiqə qazanıb. Həmin filmlər Rusiya, İran, Fransa, Almaniya, Qazaxıstan, Ukrayna, Yunanıstan, İspaniya və s. ölkələri təmsil edirdi. Beynəlxalq filmlər və yerli filmlər üçün ayrı-ayrı kino xadimlərindən ibarət münsiflər heyəti formalaşdırdıq. Bu illər ərzində bir çox tanınmış imzalar var ki, ilk addımlarını məhz bizim festivaldan başlayıblar. Elvin Adıgözəl Kannda senari proqramına qəbul olunub. Buna qədər isə onun bir filmi "A" kateqoriyalı festivalda iştirak edirdi. Ona görə də indi qətiyyətlə deyə bilərik ki, əziyyətimizin bəhrəsini görürük".

Fehruz Şəmiyev
© Sputnik / Murad Orujov
Fehruz Şəmiyev

- Söhbət öncəsi ötən il festivalın 9 illiyi ilə bağlı nəşr etdirdiyiniz jurnal ilə tanış oldum. Yetəri qədər tanınmış xarici mütəxəssislər, eləcə də filmlər dəvət etmisiniz. Bu şəxslər və filmlər festivala necə cəlb olunurlar?

- Sözün düzü, Azərbaycan üçün çətindir. Qonşu Gürcüstanda müxtəlif tipli 12 film festivalı var. Bizdə neçə illərdir fərqli festivallar yoxdur. Yalnız bizim tədbirimizdir ki, o da ölkədə ən uzun ömürlüdür. Amma əvvəllər "Şərq-Qərb", "Audiovizual" adında festivallar olsa da, 5-6 il fəaliyyətdən sonra dayanıb. O ki qaldı cəlb etməyə, mən özüm müxtəlif forumlarda iştirak edirəm. Eyni zamanda bizim komandamız 6 ay öncədən müxtəlif kino şirkətləri ilə danışıqlar aparır. Məlumat üçün deyim ki, sonuncu festivalda 25 nəfərlik komandamız var idi. Ötən il və bu il müraciət edənlərin statistikasına görə deyə bilərəm ki, festivalımıza maraq həddən artıq çoxdur. Təbii ki, bu da bizim komandanın əməyidir.

Fehruz Şəmiyev
© Sputnik / Murad Orujov
Fehruz Şəmiyev

- Yəqin ki, marağın artmasında Azərbaycanın həm də son illər adının daha çox hallanması, tanıtımın daha səviyyəli şəkildə aparılması, turizm sahəsinə olan diqqət də rol oynayır.

- Sizə adi bir nüans deyim. Bizim festivalın mükafatı nar formasındadır. Bilirik ki, nar həm də Azərbaycanın bir simvolu kimi qəbul olunub. Festival beynəlxalq səviyyədə olduğu üçün biz də fikirləşdik ki, bu simvoldan istifadə edək. Ölkəni həm də belə tanıdaq. Bu cür nümunələr çoxdur. Türkiyədə "Altın portakal", Kannda "Palma budağı" və sairi misal gətirmək olar.

- Festivalda hansı nominasiyalar var və pul mükafatı nəzərdə tutulubmu?

- Əvvəllər pul mükafatı olub. Beynəlxalq təcrübəyə görə, iştirak haqqı olarsa, pul mükafatı təyin edilir. Biz də bunu tətbiq etmək istəyirdik. Amma gördük ki, yerli filmlərimiz buna hazır deyil. Biz çalışırıq, bu problemi aradan qaldıraq. Bu, gənclər arasında da bir stimul yaradar. Baxmayaraq ki, pul mükafatı yoxdur, amma maraq çox böyükdür. Təkcə Almaniyadan 60 film təqdim edilib. Ən yaxşı bədii film, ən yaxşı sənədli film və ən yaxşı animasiya filmi nominasiyaları üzrə qaliblər təyin olunacaq. Bu il bir yenilik də etmişik: yerli proqram çərçivəsində bunlarla yanaşı, ən yaxşı sosial çarx nominasiyası da olacaq. Düşünürəm ki, son illər ölkədə sosial çarx yetəri qədər çəkilir. Xüsusilə də gənclər tərəfindən. Niyə onların əziyyəti yerdə qalsın ki? Məncə, bu nominasiya festivala marağı daha da artıracaq.

Fehruz Şəmiyev
© Sputnik / Murad Orujov
Fehruz Şəmiyev

- Yerli rejissorlar beynəlxalq proqrama müraciət edə bilərlərmi?

- Qaydalara görə, rejissor iki film ilə müraciət edə bilər. Amma bir film bir yerə təqdim olunmalıdır.

- Filmin yerli və ya beynəlxalq proqrama uyğunluğu sizin seçiminizlə təyin olunur, ya rejissor özü istədiyi yerə müraciət edə bilər?

- Bu, rejissorun istəyinə bağlıdır. Amma bizdə adətən rejissorlar yerli proqrama müraciət edirlər. Çünki beynəlxalqda rəqabət güclüdür və xarici filmlərin yanında qalib olmaq şansı çox azdır.

- Xarici filmlər burada hansı səviyyədə təmsil olunur, kimlər təmsil edirlər?

- Hər filmdən bir nümayəndə gəlir. Təbii ki, bu, festivalın büdcəsindən asılıdır. Hər il çalışırıq ki, heç olmasa, 20 nəfər dəvət edək. Ciddi festivallar gələn qonaqların xərclərini mütləq qarşılamalıdır. Hər il olduğu kimi, bu il də festivalın əsas dəstəkçisi Mədəniyyət Nazirliyi ilə yanaşı, Gənclər və İdman Nazirliyidir. Bu nazirliklərin gənclərin iştirak etdiyi festivala yardımçı olmaları çox yaxşı haldır.

Fehruz Şəmiyev
© Sputnik / Murad Orujov
Fehruz Şəmiyev

- Fehruz bəy, vaxtilə "Kino+" qəzeti var idi. Siz, Aygün Aslanlı, Sevinc Elsevər, Şərif Ağayar, Aliyə Dadaşova maraqlı bir iş qoymuşdunuz ortaya. Xatırlayıram, hər sayını alırdım. Yenidən bu qəzeti bərpa etmək fikriniz varmı?

- Maraqlı məqama toxundunuz. Əslində, bu ideya hər dəfə ağlıma gəlib, gedir. Amma siz də çox gözəl bilirsiniz ki, qəzet saxlamaq üçün daimi maliyyə lazımdır. Hələ ki, bunu etmək gücündə deyilik.

Müsahibəyə görə təşəkkür edirəm. Sonda bir məqamı da vurğulamaq istəyirəm. Builki festivalda sürprizlərimiz çox olacaq. Ona görə də ölkədə fəaliyyət göstərən bütün gənc rejissorlarımızı festivala qatılmağa dəvət edirik. Qeyd edim ki, festivala film təqdimatı sentyabr ayının 20-nə qədər davam edəcək.

155
Teqlər:
gənc rejissor, rejissor, Bakı, videoçarx, festival, kino, film
Əlaqədar
Müşfiq Hətəmov milli kinomuzda "çevriliş" haqda: "Onlar növbəti ilə qalacaq"
Kinorejissor: “Çalışırıq keçmişdən gələn kino ənənələrimizi davam etdirək”
Yüz ilin dostları, güllə, pul... "Sonuncu pərdə"nin ilk tizeri yayımlandı
Kinoteatrlara yeni film gəldi: "Əlvida, Şmidt!"
Yeni film çəkilir - "Mirzə Cəlilin Azərbaycanı"
Kalaşnikov filmindən kadr. Olqa Lerman Mixail Kalaşnikovun ikinci həyat yoldaşı Yekaterina Moiseyeva rolunda.

Məşhur azərbaycanlı qadın Rusiya filminin qəhrəmanı olub

13
(Yenilənib 00:26 05.06.2020)
Azərbaycanın Əməkdar artisti Fuad Osmanovun qızı Rusiya filmində Mixail Kalaşnikovun ikinci həyat yoldaşı rolunu oynayıb.

BAKI, 4 iyun - Sputnik, Kəmalə Əliyeva. Yevgeni Vaxtanqov adına Dövlət Akademik Teatrının aparıcı aktrisalarından olan Olqa Lerman Rusiyanın "Kalaşnikov" filminin qəhrəmanı olub. Sputnik Azərbaycan Rusiya KİV-lərinə istinadla xəbər verir ki, filmin rejissoru Konstantin Buslovdur. Lerman filmdə Mixail Kalaşnikovun ikinci həyat yoldaşı Yekaterina Moiseyevanı canlandırır.

"Mixail Kalaşnikovun həyatı haqqında kitab və internetdən çox şey oxumuşam, müxtəlif video və məqalələri nəzərdən keçirmişəm. Öz qəhrəmanım haqqında bütün məlumatları tapmağa cəhd etmişəm. Bu, kifayət qədər effektiv yanaşmadır, çünki insana kənardan baxış, məsələn, şəxsi memuarları, onun daha obyektiv portretini təsəvvür etməyə imkan verir. Həm də hazırlıq zamanı onun peşəsindən xəbərdar olmaq üçün bəzi hiylələri öyrəndim. Düşünürəm ki, bunlar onun xarakterində öz izini qoyub", - deyə Lerman qeyd edib.

Film 28 ilə əfsanəvi AK-47 silahını yaradan Mixail Kalaşnikovun həyatından bəhs edir.

Olqa Lerman Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında çalışan şöbə müdiri Viktoriya Lerman və Azərbaycanın Əməkdar artisti Fuad Osmanovun ailəsində dünyaya göz açıb. Aktyor peşəsində ilk addımlarını Azərbaycan Dövlət Rus Dram Teatrının və Heydər Əliyev Sarayının səhnəsində atıb. On altı yaşında Bakı Xoreoqrafiya məktəbindən Krasnodar Xoreoqrafiya məktəbinə köçürülüb. O vaxtdan Lerman Rusiyada yaşayır.

Boris Şukin adına Teatr Məktəbini bitirib. Moskva Akademik Satira Teatrında çalışıb, indi isə Yevgeni Vaxtanqov adına Dövlət Akademik Teatrının aktrisasıdır.

13
Əlaqədar
Azərbaycanlı aktrisa acı keçmişindən danışdı - Uşaq vaxtı çörək satırmış
Məşhur aparıcımız dəlləklik öyrəndi – Öz başında
Rusiyanın ulduz aktyoru azərbaycanlı həkimin hekayəsini anladıb
Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi
Azərbaycanın məşhur aktrisasının şərəfinə marka hazırlandı
Çəkiliş, arxiv şəkli

Azərbaycanda yeni film çəkilir: baş rolda qəhrəmanın qızıdır

6
(Yenilənib 19:26 04.06.2020)
Filmin ssenari müəllifi və rejissoru Babək Abbaszadə, operatoru Rafiq Əliyev, direktoru Qənirə Qurbanlı, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 4 iyun — Sputnik. “Aranfilm” Yaradıcılıq Mərkəzi növbəti sənədli filmin çəkilişlərinə start verib.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycanın ilk təyyarə bələdçisi Zemfira Əliyevaya həsr olunan film onun  maraqlı həyat və fəaliyyəti haqqında geniş məlumatlar əsasında çəkiləcək.

Yeri gəlmişkən, Zemfira Əliyeva 1970-ci illərdən iş fəaliyyətinə başlayan, bir çox siyasi xadimlərin səfərlərində onları müşayiət edən stüardessalardan biri olub. O, ilk azərbaycanlı təyyarə bələdçisi olmaqla yanaşı, eyni zamanda Azərbaycan dilində elan mətni tərcümə edib səsləndirən şəxs kimi də tarixə düşüb. Ömrünün gənc illərini bələdçi kimi çalışan Zemfira xanım sonralar hava limanında müxtəlif vəzifələrdə çalışıb.

  • Azərbaycanın ilk təyyarə bələdçisi Zemfira Əliyeva
    © Photo : The Union of Cinematographers of the Republic of Azerbaijan
  • Azərbaycanın ilk təyyarə bələdçisi Zemfira Əliyeva
    © Photo : The Union of Cinematographers of the Republic of Azerbaijan
  • Azərbaycanın ilk təyyarə bələdçisi Zemfira Əliyeva
    © Photo : The Union of Cinematographers of the Republic of Azerbaijan
1 / 3
© Photo : The Union of Cinematographers of the Republic of Azerbaijan
Azərbaycanın ilk təyyarə bələdçisi Zemfira Əliyeva

“Aranfilm” Yaradıcılıq Mərkəzinin məlumatına görə, sənədli filmdə stüardessanın keçdiyi ömür yoluna nəzər salınacaq və tamaşaçı auditoriyasına daha ətraflı məlumat veriləcək. Bundan başqa, filmin çəkilişlərində qəhrəmanın qızı, Musiqili Teatrın aktrisası Ülviyyə Əliyeva da iştirak edir. Aktrisanın anası haqqında fikirləri də tamaşaçı üçün maraqlı olacaq. Artıq filmin çəkilişləri tamamlanmaq üzrədir.

Filmin ssenari müəllifi və rejissoru Babək Abbaszadə, operatoru Rafiq Əliyev, direktoru Qənirə Qurbanlı, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir.

6
Əlaqədar
Sovet dövrünün əfsanəvi cizgi filmini yaponlar yenidən yaradıb
“Çölçü” dünyanı fəth edir - Filmimiz növbəti beynəlxalq mükafatını aldı
Öpüşmək olmaz: Virus filmlərdəki səhnələri vurdu
Emin onun həyatına təsir edən qeyri-adi oğlana sənədli film həsr edib
Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi
Anna Popova, arxiv şəkli

Rospotrebnadzor-un rəhbəri: "Yeni pandemiya qaçılmazdır"

3
(Yenilənib 23:49 04.06.2020)
Popova əlavə edib ki, hələlik pandemiyanın kimə toxunacağı bəlli deyil, lakin ona reaksiya planı hazır olmalıdır.

BAKI, 4 iyun — Sputnik. Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətinin rəhbəri (Rospotrebnadzor) Anna Popova yeni pandemiya qaçılmaz hesab edir. Bu barədə Sputnik Azərbaycan RBK-ya istinadən xəbər verir.

Popovanın sözlərinə görə, koronavirusla mübarizə təcrübəsi gələcək addımların alqoritmini araşdırmağa imkan verir.

O bildirib ki, yeni növ pandemiyanın meydana çıxması "bu və ya digər formada tamamilə aydındır". Popova əlavə edib ki, hələlik pandemiyanın kimə toxunacağı bəlli deyil, lakin ona reaksiya planı hazır olmalıdır.

Bir sutka ərzində Rusiyanın 84 regionunda 8536 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 178 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 432277-yə çatıb. Rusiyada pandemiya yayılandan 5215 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 8972 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 195957-yə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda dünyada virusa yoluxanların sayı 6,3 milyonu keçib, 380 mindən çox adam isə virus səbəbilə ölüb.

3
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Koronavirusa qarşı "milli" mübarizə: kişi arvadını yaba ilə "sağaltmaq" istədi
Koronavirus əleyhinə daha bir mübarizə metodu - deyin, "pendir..."
Bu rəqəmlər heyrət doğurur: koronavirusa görə də uşağa bu qədər pul verərlər?
Azərbaycanda koronavirus: sərt karantinə səbəb olan rəqəmlər açıqlandı
Hava və koronavirus arasında əlaqə varmı? Akademik izah edir