Sonuncu pərdə adlanan filminin çəklişindən görüntü

Yüz ilin dostları, güllə, pul... "Sonuncu pərdə"nin ilk tizeri yayımlandı

720
(Yenilənib 18:28 01.09.2019)
Çəkiliş heyəti heç bir sponsor olmadan filmi çəkməyə qərar verib. Bir çoxları incəsənət naminə pulsuz işləməyə razılaşıblar

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 1 sentyabr — Sputnik. Rejissor Emil Quliyev "Pərdə" və "İkinci pərdə" filmlərinin sonuncu bölümünü tamamlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Sonuncu pərdə" adlanan filmin artıq ilk tizeri də yayımlanıb.

Ekran əsərində Vidadi Həsənov, Oqtay Mehdiyev, Əlibəy Məmmədli, Cövdət Şükürov, Nofəl Şahlaroğlu, Anar Əliyev və başqaları çəkiliblər.

Mart ayının əvvəlində rejissor Emil Quliyev "Pərdə" filminin üçüncü hissəsinin maliyyə problemlərindən dolayı çəkilməyəcəyini desə də, bir müddət sonra çəkilişlər bərpa olunub. Artıq film tam hazırdır. "Sonuncu Pərdə" 18 oktyabr tarixindən geniş tamaşaçı kütləsinə təqdim olunacaq.

Sonuncu pərdə adlanan filminin afişası
"Sonuncu pərdə" filminin afişası. Çəkilişin ilk günü adətə uyğun olaraq filmin adı yazılmış boşqab sındırılmalı, onun hissələrini isə film üzərində işləyənlər xatirə olaraq saxlamalıdırlar.

Emil Quliyev "Sonuncu Pərdə" filminin yalnız rejissoru deyil, eyni zamanda senaristi və prodüseridir. Sabunçu qəsəbəsində baş tutan çəkilişlərin operatoru Orxan Abbasov, layihənin həmtəsisçisi isə Emin İbrahimovdur.

Filmin sinopsisində deyilir: "Bəzən maddiyyat dostluqdan, vicdandan, insanlıqdan və hətta məhəbbətdən belə üstün olur. Hətta “yüz ilin” dostları belə, bir anın içində hər şeyini tamahına qurban verib səhv yola addım atırlar. Bəlkə də, bu kimlər üçünsə düzgün seçimdir. Yoxsa insani dəyərlər artıq dəyişib?"

Sonuncu pərdə adlanan filminin çəklişindən görüntü
© ArtFilmBaku / Cinex / "Sonuncu pərdə" / 2019
"Sonuncu pərdə" adlanan filminin çəklişindən görüntü

Məlumat üçün onu da bildirək ki, sözügedən ekran əsərinin çəkilişlərinin başlanmasına 10 gün qalmış maliyyələşdirilməsi kəskin şəkildə dayandırılıb. Bundan sonra çəkiliş heyəti heç bir sponsor olmadan filmi çəkməyə qərar verib.

Rejissor bildirib ki, bir çoxları incəsənət naminə pulsuz işləməyə razılaşıblar. İctimai kanalın direktoru Balaş Qasımov filmi tam olaraq pulsuz çəkmək üçün onları avadanlıqla təmin edib.

720
İbrahim Tatlısəs, arxiv şəkli

İbrahim Tatlısəsdən kövrək addım: "Ölənədək yanındayıq, AZƏRBAYCAN!"

24
(Yenilənib 16:50 23.10.2020)
Müğənni özünün "Instagram" səhifəsində Azərbaycana dəstək ifadə edən "İki millət, bir dövlət! Türk milləti olaraq ölənədək yanındayıq, AZƏRBAYCAN!" adlı video paylaşıb.

BAKI, 23 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələri sentyabrın 27-də təxribata əl atdıqdan sonra Azərbaycanın dinc yaşayış məntəqələrini atəşə tutmağa davam edir. Sputnik Azərbaycan xəbər verir ki, son günlər davam edən müharibəyə qardaş Türkiyənin məşhur sənət adamları da dəstək veriblər.

Посмотреть эту публикацию в Instagram

İki Millet TEK Devlet TÜRK Milleti Olarak Ölümüne Yanındayız AZERBAYCAN !

Публикация от İBRAHİM TATLISES (@ibrahimtatlises)

Bu dəfə türk musiqisinin imperatoru İbrahim Tatlısəs Azərbaycana dəstəyini nümayiş etdirib. Belə ki, Türkiyənin məşhur müğənnisi özünün "Instagram" səhifəsində Azərbaycana dəstək ifadə edən "İki millət, bir dövlət! Türk milləti olaraq ölənədək yanındayıq, AZƏRBAYCAN!" adlı video paylaşıb.

24
Rassel Krou, arxiv şəkli

Hollivud ulduzundan Azərbaycana dəstək

66
(Yenilənib 14:24 23.10.2020)
Krou "Instagram" hesabının hekayə bölümündə Türkiyənin məşhur aktyoru Cem Yılmaz və Yılmaz Erdoğan ilə fotosunu paylaşaraq Ermənistana mesaj verib

BAKI, 23 oktyabr — Sputnik. Son günlər Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyatları nəticəsində Cəbrayıl, Füzuli və Zəngilan şəhərləri də daxil olmaqla bir sıra kəndlərimizin işğaldan azad olunması xəbəri bütün dünyanın diqqətini Azərbaycanın üzərinə yönəldib. Bu dəfə Hollivud ulduzu Rassel Krou Azərbaycana dəstək gəlib.

Rassel Krounun paylaşımının skrinşotu

Sputnik Azərbaycan xəbər verir ki, Rassel Krou "Instagram" hesabının hekayə bölümündə Türkiyənin məşhur aktyoru Cem Yılmaz və Yılmaz Erdoğan ilə fotosunu paylaşaraq Ermənistana mesaj verib.

"Mən müharibənin əleyhinəyəm, 30 il bundan öncə olduğu kimi... Və BMT nizamnamələri adi kağız parçasından ibarət deyil", - deyə o qeyd edib.

66
Teqlər:
dəstək, Rassel Krou, BMT-nin qətnamələri, dinc əhali, erməni təcavüzü, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Məşhur türk müğənni konsertindən gələn gəliri gəncəlilərə bağışlayacaq
Türkiyədə yaşayan Manafzadə ailəsindən rəşadətli Ordumuz üçün "Əsgər marşı"
Məşhur serialdan Azərbaycana dəstək
Məşhur türk sənətkarının ifasında "Qarabağ türküsü" səsləndirildi
Türk ulduzları Gəncə terroruna səssiz qalmayıblar
Айгул Исаева, политолог, фото из архива

Ekspert: “Gürcüstan azərbaycanlıları parlament seçkilərində aktiv iştirak edəcəklər”

0
Beynəlxalq Qafqaz Universitetinin Assosativ Professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva deyir ki, bu il parlamentə namizədliyini verən azərbaycanlıların sayı əvvəlki illərlə müqayisədə çoxdur
Aygül İsayeva: “İnsanlar səslərinin ölkədə baş verənlərə ciddi təsir edəcəyini anlayırlar”

Oktyabrın 31-də Gürcüstanda parlament seçkiləri keçiriləcək.

Beynəlxalq Qafqaz Universitetinin Assosativ Professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva Sputnik Azərbaycan-a deyir ki, bu gün siyasi fəal olmayan insanlar belə səslərinin ölkədə baş verənlərə ciddi təsir edəcəyini anlayırlar:

“Düşünürəm ki, Gürcüstan azərbaycanlıları parlament seçkilərində aktiv iştirak edəcəklər. Bəzi təşkilatların keçirdiyi sorğuya əsasən 70 faizə yaxın insanın səsvermədə iştirak etməsi gözlənilir. Ümumiyyətlə əvvəlki illərlə müqayisədə həm seçicilər, həm də namizədlər arasında aktivlik hiss olunur. Bu il parlamentə namizədliyini verən azərbaycanlıların sayı əvvəlki illərlə müqayisədə çoxdur, bu, çox yaxşı haldır. Ancaq təəssüf ki, eyni dairədən namizədliyini verən azərbaycanlılar, həm də bir-birinə rəqibdirlər”

Aygül İsayevanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0