Araz FM-in aparıcısı Aygün Akif

Aygün Akif: "Pultun üstündəki düymələri az qalırdı ki, çıxardım yeyim"

2975
(Yenilənib 18:13 28.08.2019)
"Ağa deyir sür dərəyə, biz də sürürük. Bu, mənim şəxsi radiom deyil. Ona görə də nə deyilir, onu da edirik"

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 28 avqust — Sputnik. Tanınmış radio aparıcısı Aygün Akif Sumqayıt şəhərində doğulub. İqtisad Universitetinin məzunudur. 14 ildir ki, radioda fəaliyyət göstərir. İlk iş yeri nə qədər qəribə səslənsə də, 2 saylı Vergilər Departamentində olub. Daha sonralar "Dünya" TV-nin aparıcısı olub, radioya maraq yarananda isə həmkarı Rəhman Rəsulun köməkliyi ilə "Antenn 101 FM"-də fəaliyyətə başlayıb. Son 6 ildir, "Araz" FM-in səhər aparıcısıdır.

- Televiziyada və "Antenn 101 FM"də xəbər aparıcısı olsanız da, indi fərqli profildəsiniz.

- Xəbəri çox sevirdim. Hələ uşaq vaxtlarımdan qəzetləri, jurnalları aparıcı kimi oxuyurdum. Səlis nitqim olduğuna görə məktəbdə də tədbirlərdə məni önə çəkirdilər. Əlaqəm olmasa da, xəbər aparıcılarımıza arada müdaxilə edirəm. İndi bir çoxları vurğulaya bilərlər ki, ən yaxşı radio və ən yaxşı səhər efirində çalışıram.

- Xəbərdən şou verilişlərə keçmisiniz. Bu cür dəyişkənlik sizdə necə alınır?

Araz FM-in aparıcısı Aygün Akif
© Sputnik / Murad Orujov
Araz FM-in aparıcısı Aygün Akif

- Məndə bu proses çox rahat olur. Hətta bizim efiri dinləyənlər bilirlər ki, biz müxtəlif ləhcələrdə danışırıq. Çox yaxşı da alınır.

- Sözün hər bir mənasında radionun görünməyən tərəfləri çoxdur.

- Əslində, bu işin elə marağı da bundadır. Dünya praktikasında da belədir. İnsanlara çox maraqlı gəlməlidir ki, bu insanın görünüşü necədir. Çox heyf ki, indi belə deyil. Sosial şəbəkələr bütün bu stereotipləri qırıb. Artıq hər kəs bizi tanıyır. Mən bunu dəstəkləmirəm. Əgər görünmək istəyirsənsə, bunun üçün televiziya var. Bununla yanaşı, bizim görünməyən aparıcılarımız var. Məsələn, 101 FM-də Yaqutu dinləyicilər görməyiblər.

- Sizcə, müasir dövrümüzdə bizim radiolarda nə çatmır?

- Çox şey. Dünya praktikasına baxanda biz çox səhv verilişlər aparırıq. Radioda o qədər xırdalıqlar var. Səhvlər cinqllarda, aparıcıların danışığında, mahnılarda, düzülüş qaydasındadır. Radio yarananda onun formatı öncədən hazır olmalıdır. Bəzən görürsən ki, xarici mahnılar verilir, sonra çevirirlər Azərbaycan mahnılarına. Ellə bir gedirik. Ağa deyir sür dərəyə, biz də sürürük. Bu, mənim şəxsi radiom deyil. Ona görə də nə deyilir, onu da edirik.

- Səhər efirindən sonra radiolarımızda sanki durğunluq yaranır.

- Çünki səhər efiri qızğın vaxtdır. Hamı maşında olur. Dinləyici kütləsi pik həddə çatır. Bir də axşam bu halla rastlaşırıq. Məhz buna görə də reklam verən tərəflər "prime-time" seçirlər.

- Amma mən çox yaxşı xatırlayıram, 10-15 il öncə gecə efirləri daha çox dinlənilirdi.

Araz FM-in aparıcısı Aygün Akif
© Sputnik / Murad Orujov
Araz FM-in aparıcısı Aygün Akif

- O vaxtlar gecə radioya qulaq asmaq dəb idi. Ola bilər, bunun səbəbi sosial şəbəkələrə olan maraqdır. İnsanlar indi gecələr "Instagram"da olurlar. Hətta radioda gedən xəbərləri də biz internetdən alırıq. Bir sözlə, internet bizdən bir baş üstündür.

- İstirahətdən yenicə dönmüsünüz. Bu dəfə, deyəsən, ölkə xaricini seçmişdiniz.

- İlk dəfə idi ki, iki gün yol gedirdim. Bu dəfə göylə yox, yerlə getməyə üstünlük verdim. Yerlə getmək göylə getməkdən daha yaxşıdır. Göylə gedəndə bilirəm ki, nə vaxtsa düşəcəyəm yerə. Türkiyənin Rize şəhərində oldum. Çox gözəl idi. Ölmədən öncə oranı mütləq görmək lazımdır. Möhtəşəm bir yerdir.

- Sizin radiodan əlavə serial həyatınız da var.

- Heç vaxt, heç vaxt demə. Mən həmişə öz-özümə deyirdim ki, bəlkə, bir filmə çəkilərəm, amma seriala - əsla! Həyat elə bir bucağa saldı məni, səmimi deyim, pula ehtiyacımız oldu. Bu təklif gələndə etiraz etdim. Amma bizim "Xalxın evi" serialının rejissoru Ramil Hacıyevi çox sevirəm. Çox tərbiyəli bir şəxsdir. Onu qıra bilmədim. Serial mənim həyatımda dönüş oldu, həmçinin maddi durumuma müsbət təsir etdi. Biz iki illik müqavilə bağlamışdıq. Reytinq olduğuna görə 3-cü il üçün də razılaşma əldə etdik.

- Bu il sizin üçün heç də yaxşı başlamadı. Eviniz qarət olundu.

Araz FM-in aparıcısı Aygün Akif
© Sputnik / Murad Orujov
Araz FM-in aparıcısı Aygün Akif

- Ümumiyyətlə, elə şeyi sınamıram. Bu, hər kəsin başına gələ bilərdi. Evdə də deyirəm ki, ilk evi oğurlanan biz olsaydıq, dizimizə döyərdik.

- Oğrular tapıldılarmı?

- Cinayət elə də qaldı. Oğurlanmış nəyimiz var idisə, geri qaytarılmadı. Düzdür, cinayətkarlar tutuldular. Amma mən o şəxslərin törətdiklərinə inanmıram. Çünki mənim verdiyim suallara düzgün cavab vermədilər.

- Aygün xanım, yeni layihələr varmı?

- Heç kim təsəvvür edə bilməz ki, mən radionu necə sevirəm. Məzuniyyətdən qayıdan kimi mikrofonumu öpürdüm, pultun üstündəki düymələri az qalırdı ki, çıxardım yeyim. Sentyabr ayı üçün yeni mövsümə hazırlaşırıq. Serial da öz yerində. Qulağıma bir səs dəyib. Ola bilsin, yeni bir filmə dəvət etsinlər.

- Şəxsi həyatda yenilik yoxdur?

- Hələ ki evdə qalmışam. Yiyə duran yoxdur.

2975
Teqlər:
müsahibə, serial, aparıcı, radio
Əlaqədar
Vidadi Həsənov: "Tbilisidə teatrların sayı Azərbaycan teatrlarının sayından xeyli çoxdur"
Rəfiqə Əziz: "Mənim alt paltarında meydana qaçmaq fikrim yoxdur"
Tanınmış klipmeyker: "Azərbaycan müğənniləri təfəkkür etibarı ilə kasaddırlar"
Gözü özgə "qazan"da qalan rejissor: "Afaq Bəşirqızını dəyişəcəm"
Sentyabrda nəyə baxaq? - Yeni teatr mövsümünə "ekskursiya"
Televizora baxan adam, arxiv şəkli

Tərcüməçilər üçün şad xəbər - Pul olacaq

11
(Yenilənib 13:40 13.08.2020)
Yayımçıları yerli serial istehsalına təşviq etmək məqsədilə həftə ərzində həmin vaxt aralığında (07.00-22.00) yayımlanan hər 5 (beş) saat yerli serialdan əlavə 1 (bir) saat əcnəbi serial yayımlanması mümkün olacaq.

BAKI, 13 avqust — Sputnik. Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. MTRŞ-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün yerüstü yayımçıların televiziya proqramlarında əcnəbi teleserialların yayımının bərpa olunması məsələsi də müzakirə olunub.

Yerli serial bazarında rəqabət mühitinin formalaşdırılması və daha keyfiyyətli milli telefilmlərin və serialların istehsalının stimullaşdırılması məqsədilə 1 sentyabr 2020-ci il tarixdən etibarən təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində yerüstü yayımla yayımlanan bütün televiziya proqramlarında əcnəbi teleserialların yayımının bəzi şərtlərlə bərpa olunması haqqında qərar qəbul olunub.

Qərara əsasən, əcnəbi seriallar yalnız 23.00–07.00 vaxt aralığında tam dublyaj olunmuş formada nümayiş oluna biləcək. Bundan əlavə, həftə ərzində hər bir yayımçı 07.00–22.00 arası vaxt aralığında 2 (iki) saat əcnəbi serial yayımlaya biləcək. Yayımçıları yerli serial istehsalına təşviq etmək məqsədilə həftə ərzində həmin vaxt aralığında (07.00-22.00) yayımlanan hər 5 (beş) saat yerli serialdan əlavə 1 (bir) saat əcnəbi serial yayımlanması mümkün olacaq.

11
Dueyn Conson, arxiv şəkli

Bu il ən çox qazanan aktyorlar kimlərdir?

851
(Yenilənib 23:38 12.08.2020)
"Forbes" jurnalının versiyasına görə, Amerika aktyoru və prodüseri Dueyn Conson bu il də ən çox qazanan aktyorların reytinqinə başçılıq edib

BAKI, 13 avqust — Sputnik. "Forbes" jurnalının versiyasına görə, Amerika aktyoru və prodüseri Dueyn Conson bu il də ən çox qazanan aktyorların reytinqinə başçılıq edib. 12 ay ərzində Conson 87.5 milyon dollar qazanıb.

O, təkcə bu il "Netflix"də nümayiş olunacaq "Red Notice" serialından 23.5 milyon dollar əldə edib. Siyahıda ikinci yerdə kanadalı aktyor Rayan Reynolds dayanır. O, 71.5 milyon dollar qazanıb. Üçlüyü amerikalı Mark Uolberq tamamlayır.

"Forbes"un reytinqində daha sonra Ben Afflek (55 milyon dollar), Vin Dizel (54 milyon dollar), Bollivud ulduzu Akşay Kumar (48.5 milyon dollar) və Brodvey müzikllarının yaradıcısı Lin-Manuel Miranda (45.5 milyon dollar) dayanır. Siyahının onluğunu Uill Smit (44.5 milyon dollar), Adam Sendler (41 milyon dollar) və Ceki Çan (40 milyon dollar) tamamlayırlar.

Qeyd edək ki, sözügedən jurnal iki həftədə bir nəşr olunan bir biznes jurnalıdır.

Jurnal 1917-ci ildə Şotlandiyadan ABŞ-a köç edən Berti Çarlz Forbs tərəfindən hazırlanıb. Onun ölümündən sonra oğlu Bryus şirkətin başçısı olub. Jurnalın bugünkü redaktoru isə Vilyam Baldvindir. Dünyanın 70 ölkəsinə yayılan jurnal 26 dildə nəşr olunur.

851
Əlaqədar
Hollivud ulduzu Kemeron Diaz kinodan niyə getdiyini açıqlayıb
"Apple" və Di Kaprio: Hollivudda birgə filmlər çəkiləcək
“Karib dənizinin quldurları”nda qəribə dəyişiklik olacaq
Azərbaycanlı rejissorun filmi növbəti uğurunu Hollivudda qazandı - VİDEO
Qaz sayğaclarının yoxlanılması

Rəsmi qurum sayğaclarla bağlı dolaşıq fikirlərə aydınlıq gətirdi

0
(Yenilənib 14:43 13.08.2020)
Qeyd olunur ki, ilin əvvəlində tərtib edilmiş siyahıya görə ölkə üzrə 2020-ci ildə bir milyona yaxın qaz sayğacının dövri yoxlama müddəti çatır

BAKI, 13 avqust — Sputnik. Son vaxtlar sosial şəbəkələrdə müzakirə olunan məsələlər sırasında qaz sayğaclarının dəyişdirilməsi ilə bağlı fikirlər dolaşmaqdadır. Bəzən də məsələnin mahiyyətini tam dərk etmədən dolaşıq fikirlər yaranır və bu da, sosial şəbəkələrdə yanlış istiqamətdə müzakirələrə yol açır. Ən çox smart-kart tipli sayğacların mexaniki sayğaclarla əvəzlənməsi ətrafında danışılır. "Azəriqaz" İstehsala Birliyi bu məsələyə aydınlıq gətirib. Quurmun mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, bu ildən etibarən Azərbaycanda bütün fərdi yaşayış evlərində (yeni inşa olunan çoxmərtəbəli binalar istisna olmaqla) dövri yoxlama müddəti bitmiş smart kart tipli sayğaclar da mexaniki sayğaclarla əvəzlənir: "Bu barədə dəfələrlə açıqlamamız olub, maliyyə məsələlərindən irəli gələrək belə addım atılır. Yəni smart kart tipli sayğacla mexaniki sayğac arasında qiymət fərqi çoxdur. “Azəriqaz” İB isə hazırda dünyada enerji bazarında baş verən prosesləri, geriləmələri nəzərə alaraq, optimal variantı seçir. Dövri yoxlamaya gəldikdə isə, bu, müvafiq dövlət qurumlarının təsdiq etdiyi qaydaların tələbidir".

© Photo : AzeriGas Production Union
Qaz sayğaclarının yoxlanılması

"Yəni, istər sənaye, istər məişət qaz ölçü qurğularının əvəzlənməsi “Qazdan istifadə qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 4.3 bəndinə əsasən icra edilir. Qaydalara görə yoxlama Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq həyata keçirilir. 2015-ci ildə təsdiq edilmiş “Yoxlamaya təqdim olunacaq ölçmə və sınaq vasitələrinin nomenklatur siyahısı və onların yoxlama dövriliyi” sənədində göstərilir ki, qaz sayğacları əhali abonent qrupunda 5 il, qeyri-əhali abonent qrupunda isə 3 ildən bir dövlət yoxlanışına təqdim olunur. Yəni bu prosesin tam qanuni əsası var",  -deyə "Azeriqaz" İB-dən verilən məlumatda bildirilib.

© Photo : AzeriGas Production Union
Qaz sayğaclarının yoxlanılması

Qeyd olunur ki, ilin əvvəlində tərtib edilmiş siyahıya görə ölkə üzrə 2020-ci ildə bir milyona yaxın qaz sayğacının dövri yoxlama müddəti çatır: "Bunun 470 minə yaxını Bakı şəhərinin payına düşür. Ümumilikdə, bu il üçün 480 min sayğacın dövlət yoxlanışı icra edilməlidir. Bunun təxminən 200 mindən bir qədər artığı demək olar ki, artıq əvəzlənib. Sayğac əvəzlənməsi işlərini Bakı şəhəri üzrə bir neçə strukturun cəlb olunması ilə 400-ə yaxın işçi həyata keçirir. Bu prosesə Bakı Regional qazın satışı Departamenti nəzarət edir. Hər bir sayğacın dəyişdirilməsi, bundan sonra yoxlanılması, aktın tərtibi və s. təqribən 25-30 dəqiqə vaxt aparır. Əlbəttə, bu işdə daha peşəkar işçi daha cəld olacaq, qarşıya qoyulan tapşırığı tez yerinə yetirəcək. İndi təsəvvür edin ki, gün ərzində elə vaxt olur ki, təkcə Bakıda 1200 qaz sayğacı əvəzlənir. Bəzən təhlükəsizlik baxımından evdə olmayan abonent sayğac yanındakı ventilin bağlanmasından narazılıq edir. Halbuki bu, təhlükəsizlik üçün vacib bir addımdır. Bəzən abonentlər mexaniki sayğacları “dədə-baba sayğacı” adlandıraraq onların köhnə olduğunu ifadə edirlər. Lakin bu sayğaclar bu gün də məşhur alman şirkəti tərəfindən istehsal olunur. Başqa bir abonent dəyişilən sayğacdakı vəsaitin tez bir zamanda yenisinin bazasına yerləşdirilməsini istəyir. Amma 2 fərqli baza arasındakı məlumat mübadiləsi azı 10, maksimum 30 gün tələb edir".

© Photo : AzeriGas Production Union
Qaz sayğaclarının yoxlanılması

"Bir sözlə, bunlar hamısı qəbul olunandır, çünki istənilən halda abonent haqlıdır. Lakin texniki prosesin özünün də müəyyən icra müddəti var. Etiraf etmək lazımdır ki, bu prosesə bəzən səhlənkar yanaşan işçilərimiz də olur. Lakin belə hallarda abonentlərimizin köməyinə ehiyacımız var. Sizdən 104/185 saylı Çağrı Mərkəzinə zəng etməyinizi, 077 3 104 104 saylı “Whatsap” nömrəsinə mesaj göndərməyinizi xahiş edirik. İnanırıq ki, bizi anlayışla qarşılayıb, 2 milyon 285 min abonenti olan “Azəriqaz” İB kimi böyük bir kommunal təşkilata bu işdə dəstək göstərəcəksiniz. Çünki biz Sizin məmnuniyyətiniz üçün çalışırıq", - deyə bildirilib.

0