Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı aktyor rusiyalı rejissorun filmində əsas rolu oynayacaq

© © Из личного архива Анара ХалиловаАзербайджанский актер Анар Халилов с коллегой Анастасией Новиковой во время съемок фильма «Маск-Е-рад»
Азербайджанский актер Анар Халилов с коллегой Анастасией Новиковой во время съемок фильма «Маск-Е-рад» - Sputnik Azərbaycan
Abunə olmaq
Filmin çəkilişi ilə "Mosfilm" kinostudiyası məşğuldur

BAKI, 24 avqust — Sputnik. Azərbaycanlı aktyor Anar Xəlilov məşhur rusiyalı rejissor Mixail Şevçukun "Mask-E-rad" tammetrajlı filmində çəkilir.

Sputnik Azərbaycan xəbər verir ki, film Mixail Lermontovun "Maskarad" pyesi əsasında ekranlaşdırılır.

Rejissor filmin çəkilişi haqqında xəbəri və Xəlilov da daxil olmaqla filmin aktyor heyətinin fotoşəkillərini öz "Facebook" səhifəsində paylaşıb.

Filmin çəkilişi ilə "Mosfilm" kinostudiyası məşğuldur. Anar Xəlilovla yanaşı, Anastasiya Novikova da əsas rolda oynayacaq.

Anar Xəlilov Boris Şukin adına Teatr İnstitutunun məzunudur. O, Rusiyanın xalq artisti Lyudmila Maksakovanın tələbəsi olub. Aktyor azərbaycanlı rejissor İlqar Safatın "İçərişəhər" filmində əsas rolu oynayıb.

Aktyor fəaliyyətindən başqa, Xəlilov həmçinin müxtəlif layihələrdə fotomodel kimi iştirak edir.

Mixail Şevçuk bir sıra film və serialın rejissoru olub. Onların sırasında "Satisfaksiya", "Əsas Kalibr", "Panter", "Nifrət", "Geymerlər", "Bretyör" serialları və "Xronika", "Ada", "Mənimlə rəqs et", "Qaçmaq. Çatmaq. Vurulmaq" və digər filmlər var.

Xəbər lenti
0