CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fərqanə Qasımova: "Nələr arzulamışdım, nələr qazandım"

Abunə olmaq
"Atdığım hər addımda özümü Alim Qasımovun qızı, övladlarımın anası, müsəlman xanımı kimi hesaba çəkmişəm"

BAKI, 6 avqust — Sputnik. Azərbaycanın Əməkdar artisti Fərqanə Qasımova bu gün 40 yaşını qeyd edir. Sputnik Azərbaycan xəbər verir ki, xanəndə doğum günü ilə bağlı öz "Instagram" səhifəsində paylaşım edib.

"40 yaş ömrün elə bir çağıdır ki, artıq cavan sayılmırsan, amma qoca da deyilsən. "Nələr arzulamışdım, nələr qazandım" - deyə düşünürsən... Həyatda 4 gözəl övladım, sənətim var. Özümü dərk edəndən zəhmətə alışmışam, çətinliklərdən qaçmamışam. Atdığım hər addımda özümü Alim Qasımovun qızı, övladlarımın anası, müsəlman xanımı kimi hesaba çəkmişəm. Və heç vaxt özümdən razı qalmamışam. Məncə, istedad böyük məsuliyyətdir. Sənətinlə insan qəlblərində hansı duyğuları oyadırsan? Yaradıcılığınla Yaradanamı xidmət edirsən? Bu sualları özümüzə hər gün versək, arzularımız durular, yolumuz aydınlanar. Allah təmiz vicdanla hüzur içində yaşamağı nəsib etsin. Yaşadığı bir gün o birinə bənzəyən kəs ziyan içindədir deyirlər. Yaşadığımız hər yeni il xeyirli, ömrümüz bərəkətli olsun."

Qeyd edək ki, Fərqanə Qasımova 6 avqust 1979-cu ildə anadan olub. 1996-2000-ci illərdə Milli Konservatoriyanın Opera və xanəndəlik fakültəsində təhsil alıb. Xalq artisti Alim Qasımovun qızıdır.

Xəbər lenti
0