Aktyor Allahverdi Yolçuyev

Xəstəlikdən əziyyət çəkən aktyor: "Evimi sataram"

1112
(Yenilənib 13:41 05.08.2019)
"Biz həmişə bu cür taleləri səhnədə oynamışıq. İndi həyatda öz başımıza gəlir"

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 5 avqust — Sputnik. Aktyor Allahverdi Yolçuyevin səhhəti ağırlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran öz "Instagram" hesabında paylaşım edib. O bildirib ki, tanınmış aktyor Parkinson xəstəliyindən əziyyət çəkir. Yolçuyev müalicə üçün maddi imkanının olmadığını vurğulayıb. Səhhətində yaranmış problemlə bağlı məlumat əldə etmək üçün aktyorun özü ilə əlaqə saxladıq.

- Allahverdi müəllim, hal-hazırda vəziyyətiniz necədir? Müalicəniz evdə, yoxsa xəstəxana şəraitində davam edir?

- Evdəyəm. Özümü elə də yaxşı hiss etmirəm. Parkinson xəstəliyinin başlanğıcıdır. Artıq 2 ilə yaxındır ki, bu xəstəlik var məndə. Həkimlərə getmişəm, bu müddət ərzində nə qədər dərman qəbul etmişəm.

- Həkimlər nə deyirlər?

- Həkimlər söyləyirlər ki, qarşısını almaq lazımdır, yoxsa o biri əl və ayaqlara keçə bilər. Bunun dünyada müalicəsi yoxdur. İrana da getmişəm. Orada da eyni fikri söylədilər. Məndə vaxtı ilə depressiv nevroz var idi. Güclü stres keçirmişəm. Həkimlər deyirlər ki, bu, ya şəkərə çevrilir ya da Parkinson xəstəliyinə.

- Hacı Nuran sizə köməklik edilməsi ilə bağlı müraciət edib.

- Əvvəllər vəziyyətim yaxşı idi. Mən demirəm, kimsə mənə pul versin. Heç olmasa, təqaüd ayrılsın. Hansısa şirkət dərmanlarıma köməklik etsin. Çünki mən teatrda da işləmirəm. Əlim əsir. Dublyaj hərdənbir olur. Serial da payızda nəzərdə tutulub. Evdə övladlarım da işləmirlər. Evimi sata bilərəm. Demirəm, acından ölürəm. Amma maddi dəstəyə ehtiyacım var.

Посмотреть эту публикацию в Instagram

Публикация от Haci Nuran official 🔵 (@hacinuran)

- Mədəniyyət Nazirliyinin bu haqda məlumatı varmı və ya müraciət etmisinizmi?

- Mən heç yerə müraciət etməmişəm. Bir Hacı Nurana dedim. Görürəm, heç kəs mənim haqqımda maraqlanmır. 40 ildir, sənətdəyəm, nə fəxri ad verilib, nə də qiymətləndirən olub. Unudulmaq çox pis şeydir. 

Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Səlimov
© Sumqayıt Dövlət Dram Teatrının mətbuat xidməti
Biz həmişə bu cür taleləri səhnədə oynamışıq. İndi həyatda öz başımıza gəlir.

- Əvvəl Gənc Tamaşaçılar Teatrında idiniz.

- Axırıncı tamaşanı orada oynamışam. 60 illik yubileyim münasibəti ilə Nicat Kazımov Əziz Nesinin "Öldür məni, canikom" əsərini səhnələşdirib. Sonuncu tamaşam o olub.

- Aktyor dostlarınızdan maraqlanan olubmu?

- İlk maraqlanan şəxs Xalq artistimiz Valeh Kərimov oldu. Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Sevinc Əliyeva, tanınmış musiqiçilər, müğənnilər də zəng ediblər. 

- Son zamanlar çəkildiyiniz "Niyə?" serialında fəaliyyətinizi davam etdirə biləcəksiniz?

- Mən elə o vəziyyətdə serialda çəkilirdim. Əlimin əsməsi efirdə də görünürdü. Görək başımıza nə iş gəlir.

Qeyd edək ki, Allahverdi Yolçuyev bir çox film və tamaşalarda rol alıb. Xüsusi ilə dublyaj sahəsində tanınıb. Onun ən yaddaqalan rol səsləndirməsi məşhur fransız aktyoru Lui de Fünesin yaratdığı obrazlar olub.

1112
Teqlər:
xəstəlik, səhhət, sağlamlıq, aktyor
Azərbaycanlı müğənni Coni (Cahid Hüseynli), arxiv şəkli

Sevgilisindən ayrılan azərbaycanlı müğənniyə qızlar təklif yağdırırlar

32
(Yenilənib 22:16 24.05.2020)
Bu yaxınlarda yeni hitini təqdim edən müğənni Coni (Cahid Hüseynli) sevdiyi qızdan ayrılmasından danışıb

BAKI, 24 may — Sputnik, Kəmalə Əliyeva. Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) öz pərəstişkarı ilə ailə qura bilər. Sputnik Azərbaycan bildirir ki, bu barədə o, Rusiyanın ENERGY radiostansiyasına müsahibəsində deyib.

“Əgər sevsəm, pərəstişkarım olan qızla evlənə bilərəm. Bu barədə bir neçə dəfə demişəm”, - Coni qeyd edib.

Onun sözlərinə görə, mahnılarının çoxunda məhz özünün gerçəkdən hiss etdiyi duyğular barədə oxuyur. Məsələn, sonuncu “Sən qəddarsan” ("Ты беспощадна") hitini də elə sevdiyi qızdan ayrıldıqdan sonra yazıb.

İfaçı müsahibə zamanı qeyd edib ki, hazırda yeni albomunun üzərində işləyir.

Coni dörd yaşı olanda valideynləri ilə birlikdə Azərbaycandan Moskvaya gedib. O, uşaqlıqdan populyar olmağı arzulayıb və nəhayət, bu arzusunu reallaşdıra bilib. Coninin sözlərinə görə, onun məşhurluğunda sosial şəbəkələrin böyük rolu olub. O, Bakıda ilk dəfə "Jara-2019" Beynəlxalq Musiqi Festivalında çıxış edib. Coni digər azərbaycanlı müğənni Elman Zeynalovun yaratdığı "Raava Music" leyblına daxildir.

2019-cu ildə Coni ВКонтакте-nin versiyasına görə “İlin tapıntısı” elan olunub, onun “Xiyaban” (“Аллея”) sinqli isə beşqat platin statusu qazanıb.

32
Əlaqədar
Avroviziyada finala çıxa bilməyən müğənni öz dilimizdə oxumağa keçdi - VİDEO
Üç müğənnimizi bir qız yaman dərdə salıb: "Axı niyə?" – VİDEO
Samirə Əfəndi Səfurə Əlizadənin hitinə ikinci nəfəs verib
Emin Ağalarov boşanır
"Təhminə və Zaur" un altıncı mərtəbəsi
“Miss Millenium” titulunun sahibi Validə Abbasova

Karantindən sonrakı ilk “zaqar” məşhur azərbaycanlı mövsümü Cenevrədə açdı

20
(Yenilənib 18:32 24.05.2020)
Validə Abbasova karantindən sonra Cenevrə gölünün sahilində dincəlməyi qərara alıb. O, katerlə gəzintiyə də çıxıb

BAKI, 24 may — Sputnik, Kəmalə Əliyeva. “Miss Millenium” titulunun sahibi Validə Abbasova yaşadığı Cenevrədə karantinin bitməsini göldə qeyd edib.

Sputnik Azərbaycan bildirir ki, o, istirahət zamanı çəkdirdiyi şəkilləri Instagram səhifəsində paylaşıb. Cenevrənin digər sakinləri kimi o da yay mövsümünü açaraq eyniadlı gölün sahilinə gedib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Valida Abasova Romanova🌹 (@validaabasova)

“Karantindən sonra ilk dəfə günəşlənirəm. Özümü saxlaya bilmədim, göldə gəzintiyə çıxdım”, - Abbasova şəklinin altında yazıb.

Qeyd edək ki, İsveçrə aprelin 27-dən etibarən tədricən karantin rejimindən çıxmağa başlayıb. Orada 30653 adam koronavirusa yoluxub, bunlardan 1904 nəfəri dünyasını dəyişib.

Validə Abbasova Azərbaycanı müxtəlif beynəlxalq gözəllik müsabiqələrində təmsil edib və “Miss  Millenium”dan başqa, The Image of GLOBE Award və Miss Press titullarına da sahibdir. Bundan əlavə, vaxtilə V.Abbasova hər il keçirilən “Miss Azərbaycan” milli müsabiqəsinin direktoru olub. O artıq illərdir ki, model biznesində çalışmır.

20
Əlaqədar
Azərbaycanlılar onlayn-festivalda ruslara böyük həyəcan yaşadıblar
Bakılı qız Rusiya telekanalının realiti-şousunun finalına yüksəldi
Mina Hüseyn: "Abırsız onların özüdür"
Naomi libasını karantinə uyğunlaşdırdı
Emindən ayrılan Alyona Qavrilova əsas suala cavab verdi
Gürcüstanda epdimioloji vəziyyət

Gürcüstanda koronavirusa yoluxanların sayı 733-ə çatıb

0
(Yenilənib 12:07 25.05.2020)
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

BAKI, 25 may — Sputnik. Gürcüstanda koronavirus infeksiyasına yoluxan şəxslərin sayı 733-ə çatıb. Sputnik Gürcüstan xəbər verir ki, bu barədə məlumat stopcov.ge hökumət portalında yerləşdirilib.

Məlumata əsasən, son 24 saat ərzində daha 1 nəfərdə koronavirus aşkarlanıb. Virusa yoluxan şəxslərdən 526-ı sağalıb, 12-si ölüb. Hazırda bu ölkədə 3 076 nəfər karantində, 236 nəfər isə tibb işçilərinin nəzarəti altında saxlanılır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,4 milyonu keçib, 345 mindən çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0