Elman Zeynalov

Azərbaycanlı müğənni nirvana mərhələsinə çatıb - Video

436
(Yenilənib 20:10 01.08.2019)
Sumqayıtlı oğlan öz həyat hekayəsini anlatdı, hamının ruhuna toxundu

BAKI, 1 avqust — Sputnik. "Novaya Fabrika zvyozd" (Yeni ulduz fabriki) musiqi layihəsinin finalçısı Elman Zeynalov öz həyat hekayəsini anlatdığı yeni "Nirvana" mahnısı ilə rusiyalı pərəstişkarlarının ruhuna toxunub.

Sputnik Azərbaycan-ın məlumatına görə, yeni kompozisiya müğənninin "Youtube" sosial şəbəkəsindəki səhifəsində təqdim edilib. Mahnının sözlərini ifaçı özü yazıb, özü də onu aranjman edib.

"Bu, sadəcə mahnı deyil, mənim haqqımda hekayədir", - Zeynalov hazırladığı çarxda deyib.

Mahnının sözləri və musiqisi rusiyalı pərəstişkarların ruhuna toxunub. Onu dinləyən hər kəs öz şərhində müğənnini dəstəkləyib və yeni mahnıya valeh olduğunu ifadə edib.

Rusiyadakı azərbaycanlı müğənnilər danışdılar: Bir-birimizə dəstək veririk>>

Elman Zeynalov Sumqayıtda doğulub, sonra isə ailəsi ilə birlikdə Rostova köçüb. Rusiyanın Muz-TV musiqi kanalında yayımlanan "Novaya Fabrika zvyozd" Elmanı bütün dünyada məşhurlaşdırıb. O, Ani Lorak, Qriqori Leps, Ciqan və digər ulduzlarla yaddaqalan duetlər ifa edib. Hazırda Zeynalov Azərbaycanın xalq artisti Emin Ağalarovun yaratdığı "Zhara Music" musiqi leyblının heyətinə daxildir.

436
Teqlər:
mahnı, müğənni