CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

UNESCO-dan Azərbaycana təşəkkür

© AFP 2023 / BERTRAND GUAYUNESCO iclası, arxiv şəkli
UNESCO iclası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
UNESCO-nun Baş direktoru və Dünya İrs Mərkəzinin direktoru Azərbaycan Hökumətinə təşəkkür məktubu göndəriblər

BAKI, 31 iyul — Sputnik. UNESCO-nun Baş direktoru xanım Odre Azuley Azərbaycan Respublikası Hökumətinə Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının keçirilməsi ilə bağlı təşəkkür məktubu göndərib.

Şəki Xan sarayı - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Şəki UNESCO-nun siyahısında: Bu, ölkəyə nə vəd edir?!
 Sputnik Azərbaycan-a Mədəniyyət Nazirliyindən verilən məlumata görə, məktubda ölkəmizin UNESCO-nun bu nüfuzlu tədbirinə yüksək səviyyədə ev sahibliyi etdiyi bildirilir və Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına hazırlıq prosesi, sessiyanın təşkili, iclasların effektiv idarə edilməsinə görə minnətdarlıq ifadə olunur.

Baş direktor Bakıya səfəri zamanı Qobustan qoruğunu ziyarət etməkdən zövq aldığını da xüsusi qeyd edir: “Mən şəxsən Qobustanın timsalında Azərbaycanın zəngin mədəni irsini kəşf etməkdən, Azərbaycan Hökumətinin və Mədəniyyət Nazirliyinin bu məkanın qorunub saxlanılmasında, təbliğində nümayiş etdirdiyi səylərə şahidlik etməkdən xüsusilə məmnun oldum”.

UNESCO-nun Dünya İrs Mərkəzinin direktoru xanım Mextild Rossler də Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası ilə bağlı Azərbaycan Hökumətinə təşəkkür məktubu göndərib. Məktubda ölkəmizin bu mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etməsi təqdir olunur. Qeyd edilir ki, Bakı sessiyasında gündəlikdə duran bir çox məsələlər zamanında və müvəffəqiyyətlə həllini tapıb.

Şəki şəhərində qədim küçələrdən biri. Arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dünya arenasına çıxan Şəki ilə bağlı möhtəşəm plan - Eksklüziv

Xanım Rossler Dünya İrs Mərkəzindəki həmkarları adından iclasların yüksək səviyyəli təşkilinə görə Azərbaycan Hökumətinə, o cümlədən gündəlik planlaşdırmalara birbaşa cəlb olunan, UNESCO katibliyinə hər cür lazımi köməklik göstərən komandaya xüsusi minnətdarlığını ifadə edib: “Biz iclasların keçirildiyi möhtəşəm məkanı, göstərilən peşəkarlığı, heyətin alicənablığını, yüksək səviyyədə təşkil olunan xidməti, iclasların koordinasiyasını həyata keçirən şəxslərin isti münasibətini xüsusi qiymətləndiririk”.

Xəbər lenti
0