Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Till Lindemann Bakıda özünə yeni sevgili tapdı

© Sputnik / Екатерина Чеснокова / Mediabanka keçidСолист группы Rammstein Тилль Линдеманн на международном музыкальном фестивале "Жара" в Баку
Солист группы Rammstein Тилль Линдеманн на международном музыкальном фестивале Жара в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
"Rammstein"ın solisti iki il əvvəl Bakıda bir gözələ, indi isə başqasına vurulub

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 28 iyul — Sputnik. Almaniyanın "Rammstein" rok qrupunun vokalçısı Till Lindemann yenidən Bakıya gəlib.

Sputnik Azərbaycan bildirir ki, Lindemann "Jara" beynəlxalq musiqi festivalında yeni eşqə düşüb - ukraynalı şoumen və musiqiçi Aleksey Potapenkonun (Potap) keçmiş xanımı İrina Qorovaya alman ifaçının qəlbini oğurlayıb.

Qorovaya özünün İnstagram səhifəsində üzünü Lindemannın üzünə söykəyib öpürmüş kimi şəklini paylaşıb.

Посмотреть эту публикацию в Instagram

Falling in love with @till_lindemann_official

Публикация от Gorovaya Irina (@gorovaya_irina)

"Till Lindemanna aşiq olmuşam", - Qorovaya şəkli birmənalı olmayan tərzdə şərh edib.

Bu kadr "Jara" beynəlxalq musiqi festivalında çəkilib və sosial şəbəkədə gur reaksiya doğurub.

Xatırladaq ki, "Jara-2017"də Till Lindemann müğənni Svetlana Lobodaya aşiq olmuşdu.

"Jara-2019" festivalı Bakıda iyulun 25-də başlayıb. Sea Breeze turizm-istirahət kompleksində keçirilən festival iyulun 28-dək davam edəcək. Tədbirin açılışı günü orada Filipp Kirkorov, Loboda, Olqa Buzova, Emin Ağalarov, Monatik və başqaları çıxış ediblər.

Сергей Жуков, Анита Цой и Hi-Fi спели для Sputnik Азербайджан - Sputnik Azərbaycan
VİDEO
Rusiyalı ulduzlar Sputnik Azərbaycan-ın oxucuları üçün məxsusi ifa etdilər

İyulun 26-sı festival Qriqori Lepsin və Stas Mixaylovun, eləcə də 30 yaşını qeyd edən "Lübe" qrupunun yaradıcılıq gecəsi ilə başlayıb. Səhnədə Leonid Aqutin, Filipp Kirkorov, Aygün Kazımova, Valeriya, Brilyant Dadaşova, Nigar Camal və başqaları çıxış ediblər.

1990-cı və 2000-ci illərin hitləri şənbə günü, iyulun 17-də səslənib. Konsertdə "Na-na", "Ruki vverx!" qrupları, Layma Vaykule, İqor Nikolayev, Alyona Apina, İrina Dubtsova, Mitya Fomin, Aleksandr Buynov, Emin Ağalarov və digərləri oxuyublar.

Festivalın bağlanışı günü, yəni iyulun 28-də Z nəsli çıxış edəcək, Timatinin konserti olacaq. Burada Qriqori Leps, Svetlana Loboda, Lyubov Uspenskaya, Ciqan və Black star leyblının artistləri dinləyiciləri coşduracaqlar.

Layihənin təşkilatçıları məşhur müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqori Leps, "Russkoye radio"nun və "Zolotoy qrammofon" mükafatının əsasını qoyan Sergey Kojevnikovdur. Festivalda Azərbaycanın, Rusiyanın, Ukraynanın, İtaliyanın, ABŞ-ın və digər ölkələrin estrada ulduzları iştirak edirlər.

Xəbər lenti
0