Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Ulduzlar hamıdan əvvəl "Jara" filmini izləyiblər

© © Press service EminЗакрытый премьерный показ самой звездной комедии года – "Жара!"
Закрытый премьерный показ самой звездной комедии года – Жара! - Sputnik Azərbaycan
Abunə olmaq
Cəmi bir neçə gün ərzində onlarla ulduzun iştirakı ilə inanılmaz film çəkilib

BAKI, 27 iyul — Sputnik. Bakıda "Jara" adlı yeni komediya filminin ilk nümayişi baş tutub. Sputnik Azərbaycan xəbər verir ki, "Cinemaplus" kinoteatrında keçirilmiş nümayişdə ulduzlar da iştirak edib.

Filmə hamıdan əvvəl baxanlar sırasında Emin Ağalarov və oğlu Əli, Filip Kirkorov və uşaqları Alla-Viktoriya və Martin, Denis Klyaver, Anita Tsoy, Vadim Vernik, Məhəmməd Murtazaliyev, Aygün Kazımova, eləcə də "Zhara Music" leyblının baş prodüseri Bahh Tee və artistlər EL'MAN, Zomb və Ellai olublar.

© © Press service EminBakıda "Jara" adlı yeni komediya filminin ilk nümayişi baş tutub
Bakıda Jara adlı yeni komediya filminin ilk nümayişi baş tutub - Sputnik Azərbaycan
1/4
Bakıda "Jara" adlı yeni komediya filminin ilk nümayişi baş tutub
© © Press service EminBakıda "Jara" adlı yeni komediya filminin ilk nümayişi baş tutub
Bakıda Jara adlı yeni komediya filminin ilk nümayişi baş tutub - Sputnik Azərbaycan
2/4

3/4

4/4

"Bu cür lirik komediya ideyası çoxdan mövcud idi. Hər bir musiqi festivalı yüzlərlə artistin gəldiyi və teleefirdə görünməyən burulğanlı səhnəarxası həyatın qaynadığı geniş miqyaslı bir hadisədir. Biz məhz bu haqda yalnız aktyorların yox, həm də əsl ulduzların iştirakı ilə bədii romantik əhvalat çəkmək qərarına gəldik" - Emin Ağalarov filmin premyerasında deyib.

İdeya müəllifi və prodüser Timur Cəfərov da tədbirdə çıxış edib. Qeyd edək ki, o, "Team Films" kinoşirkətinin çəkiliş qrupuna başçılıq edib. Yaradıcı qrupa, həmçinin rejissor Dunya Lisova, bədii rəhbər Maksim Alipçenko və quruluşçu operator Vasili Rıjov daxil olub.

Filmin çəkilişi 2018-ci ilin iyulunda Bakıda keçirilmiş "Jara" beynəlxalq musiqi festivalı çərçivəsində baş tutub. Çəkiliş üçün bu cür yer və vaxt seçimi filmin müəlliflərinə imkan verib ki, bir neçə gün ərzində Rusiya və Azərbaycanın bütün əsas ulduzlarını bir yerə yığsınlar. Buna görə də iddia etmək olar ki, filmdə rekord sayda ulduz çəkilib.

Лейла Алиева с сыном на красной дорожке фестиваля Жара, день второй - Sputnik Azərbaycan
FOTO
"Jara" festivalının ikinci gününün yekunları fotolarda

Çəkilişlərdə Filip Kirkorov, Nikolay Baskov, Qriqori Leps, Ani Lorak, EMIN, Valeriya, İosif Priqojin, Timati, Yeqor Krid və digərləri iştirak edib.

Filmin süjeti Rusiya estradasının ulduzları ilə dolu təyyarədə başlayır. Onlar Bakıda keçirilən "Jara" festivalına uçurlar. Onların arasında Daşa Steklova adlı qız da var. O, filmin qəhrəmanı və "Jara" festivalının ulduzu olaraq tədbiri öz şousu ilə bağlayan artistdir. Onun rolunu Diana Pojarskaya ifa edir. Qeyd edək ki, Pojarskaya "Otel Eleon" seriyalında, eləcə də Emin Ağalarovun "İnanılmaz" və "Wicked Game" mahnılarına çəkilmiş kliplərdə rol alıb.

Filmdə Bakıya gələn Daşanı festivalın digər ulduz iştirakçıları ilə birlikdə çoxsaylı macəralar gözləyir.

Film sentyabrın 5-də ekranlara çıxacaq.

Xəbər lenti
0