CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rok müğənni Bakıda həyatını təhlükəyə atmaqdan çəkinmir

© Sputnik / Kemale AliyevaДиана Арбенина
Диана Арбенина - Sputnik Azərbaycan
Abunə olmaq
"Gələn dəfə festivala yox, elə-belə gəlib sörfinqlə məşğul olmaq lazımdır"

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 27 iyul — Sputnik. Rusiyalı müğənni, "Noçnıye snayperı" (Gecə snayperləri) rok-qrupunun lideri Diana Arbenina Bakıda sörfinqlə məşğul olmaq üçün həyatını riskə atmaqdan çəkinmir. Bu barədə müğənni Sputnik Azərbaycan-a müsahibəsində deyib.

Arbenina deyib ki, çoxdandır Bakıya gəlmirdi və indi Azərbaycanın Xalq artisti Eminin onu "Jara" beynəlxalq musiqi festivalına dəvət etdiyi üçün çox sevinir.

Rusiyalı rokçunun Azərbaycan paytaxtında ən çox xoşuna gələn məkan İçərişəhər olub. Müğənni qədim şəhərin küçələrini qarış-qarış gəzmək fikrindədir, çünki hesab edir ki, İçərişəhər Azərbaycanın koloritini əks etdirir.

"Mən sörfinqlə çoxdandır məşğulam. Mənə dedilər ki, Xəzər dənizi çox "hiyləgər"dir. Mən bu gün sahildə gəzişirdim və fikirləşdim ki, gələn dəfə festivala yox, elə-belə gəlib sörfinqlə məşğul olmaq lazımdır. Risk eləməyə hazıram", - Arbenina deyib.

"Jara-2019" festivalı Bakıda iyulun 25-də başlayıb. Sea Breeze turizm-istirahət kompleksində keçirilən festival iyulun 28-dək davam edəcək. Tədbirin açılışı günü orada Filipp Kirkorov, Loboda, Olqa Buzova, Emin Ağalarov, Monatik və başqaları çıxış ediblər.

Анита Цой - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Məşhur müğənnini "Jara"dan təcili yardım maşını apardı

İyulun 26-sı festival Qriqori Lepsin yaradıcılıq gecəsi ilə başlayıb. Sonra İvanuşki İnternational, Viktoriya Dayneko, "Fabrika", "Qorod 312"nin iştirakı ilə 30 illiyi münasibətilə "Lübe" qrupunun, eləcə də Stas Mixaylovun yaradıcılıq gecələri olacaq. Həmçinin Kirkorov, Alyona Apina, Nataşa Korolyova, Mitya Fomin, "Otpetıye Moşenniki", "Na-na" qrupları və başqaları da dinləyicilərini sevindirəcəklər.

Festivalın bağlanışı bazar günü, iyulun 28-nə təsadüf edir. Həmin gün  Jah Khalib, Lyoşa Svik, Tima Belarusski və Black star leyblının artistləri çıxış edəcəklər.

Layihənin təşkilatçıları məşhur müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqori Leps, "Russkoye radio"nun və "Zolotoy qrammofon" mükafatının əsasını qoyan Sergey Kojevnikovdur.

Xəbər lenti
0