Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Filipp Kirkorov Azərbaycana gəldiyi üçün Aygün Kazımovaya minnətdardır

© Sputnik / Murad OrujovНародный артист России Филипп Киркоров во время пресс-конференции, посвященной открытию международного музыкального фестиваля "Жара"
Народный артист России Филипп Киркоров во время пресс-конференции, посвященной открытию международного музыкального фестиваля Жара - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın xalq artisti: "Emin mənimlə bağlı məsələyə nida işarəsi qoya bildi, düşünürəm ki, Aygünsüz bunu bacarmazdı"

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 25 iyul — Sputnik. Xalq artisti Aygün Kazımova uzun müddət yanlış anlaşılma nəticəsində yaranmış səddi uçurmağa çalışıb ki, Rusiyanın xalq artisti Filipp Kirkorovu Azərbaycana buraxsınlar.

Bunu Rusiyanın pop kralı "Jara" Beynəlxalq Musiqi Festivalının açılışına həsr olunmuş mətbuat konfransında deyib. Müğənnilər artıq on ildən çoxdur ki, dostluq münasibətləri saxlayırlar.

© Sputnik / Murad OrujovRusiyanın xalq artisti Filipp Kirkorov
Filipp Kirkorov Azərbaycana gəldiyi üçün Aygün Kazımovaya minnətdardır - Sputnik Azərbaycan
Rusiyanın xalq artisti Filipp Kirkorov

"Aygün o adamlardandır ki, uzun müddət məni Azərbaycana buraxmaları üçün əziyyət sərf edib. Burada siyasi səbəblərdən mənim konsertimi ləğv eləmişdilər. O, tez-tez Moskvaya gəlirdi, biz hətta birlikdə çıxış edirdik. Emin mənimlə bağlı məsələyə nida işarəsi qoya bildi və məni sevimli Azərbaycanıma buraxdılar. Düşünürəm ki, Aygünsüz bunu etmək ona çətin olardı" - deyə Kirkorov etiraf edib.

Müğənni sonsuz dərəcədə şad və xoşbəxtdir ki, illər keçəndən sonra yenidən Aygün Kazımova ilə birgə səhnəni bölüşür. Onlar iyulun 26-da festivalın səhnəsində "Calma" mahnısını oxuyacaqlar.

"Bizim Aygünlə birgə layihəmiz kommersiya yox, dostluq xarakteri daşıyır. O, çox istedadlı müğənnidir. Düşünürəm ki, onu çoxdan "Avroviziyaya" göndərmək lazım idi. Ola bilsin, hələ hər şey qabaqdadır. O, çox gözəl görünür" - deyə Kirkorov bildirib.

Xəbər lenti
0