CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Teatrda "Rampa" paylayacaqlar

© AZƏRTACSumqayıt Dövlət Dram Teatrının binası
Sumqayıt Dövlət Dram Teatrının binası - Sputnik Azərbaycan
Abunə olmaq
Səkkiz nominasiya üzrə təqdim ediləcək mükafatı elə teatrda fəaliyyət göstərən səkkiz nəfərlik münsiflər heyəti "bölüşdürəcək"

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 14 iyul — Sputnik. Sumqayıt teatrının rəhbərliyi tarixində ilk dəfə kollektivdə fərqlənən insanları qiymətləndirmək qərarına gəlib.

YUĞ Dövlət Teatrının binası. Arxiv şəkli - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Həsənağa Turabovun yadigarı evsiz qalıb
 Sputnik Azərbaycan xəbər verir ki, Sumqayıt Dövlət Dram Teatrı yaradıcı və texniki heyəti arasında istedadın və peşəkarlığın qiymətləndirilməsi, peşə stimulunun artırılması, bədii dəyəri ilə fərqlənən tamaşaların teatr ictimaiyyətinə təqdim edilməsi, həmçinin mövsüm ərzində hazırlanmış ən uğurlu səhnə əsərlərinin, ayrı-ayrı ifaçıların və texniki işçilərin mükafatlandırılması məqsədilə "Rampa" Milli Teatr Mükafatı təsis edib.

Rəhbərlik müxtəlif nominasiyalar üzrə tərtib olunan "Rampa" mükafatının kollektivin yaradıcılıq potensialının artmasına, bütün heyət daxilində sağlam və işgüzar ab-havanın yaranmasına təkan verəcəyini düşünür. Bununla bağlı teatrın direktoru Mübariz Həmidovla əlaqə saxladıq. Teatr rəhbəri xəbəri təsdiq edərək bildirdi ki, təltifetmədə pul nəzərdə tutulmasa da, mükafat və diplom təqdim olunacaq. Səkkiz nominasiya üzrə təqdim ediləcək mükafatı elə teatrda fəaliyyət göstərən səkkiz nəfərlik münsiflər heyəti təyin edəcək.

“Günay” teatrı istedadsız uşaqların olmadığını sübut etdi  - Sputnik Azərbaycan
VİDEO
“Günay” teatrı istedadsız uşaqların olmadığını sübut etdi
 Münsiflər heyətinin daxildən olmasının səbəbinə aydınlıq gətirən Həmidov, bunu kənar şəxslərin teatrı daha dərindən tanımaması ilə əlaqələndirdi.

Nominasiyalar münsiflər heyətinin gizli səsverməsi əsasında müəyyən ediləcək. "Ən yaxşı tamaşa", "Mövsümün ən yaxşı xarakterik obraz ifaçısı", "Mövsümün ən məhsuldar aktyoru", "Mövsümün ən məhsuldar aktrisası", "Mövsümün ən yaxşı texniki işçisi", "Mövsümün ən perspektivli aktyoru", "Teatrın dostu", "Mövsümün ən işgüzar və intizamlı əməkdaşı" nominasiyaları üzrə mükafatlandırma iyul ayının ortalarında keçiriləcək. Mükafat ötən mövsümdə fərqlənən teatr əməkdaşlarına verilməklə hər mövsümün sonunda təqdim ediləcək.

Qeyd edək ki, təsis olunan "Rampa" Milli Teatr Mükafatının təqdimetmə mərasimi iyulun 21-nə nəzərdə tutulub.

Xəbər lenti
0