CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı aktrisanın göydə çantasını yardılar

Abunə olmaq
Polislər oğruların şəbəkə şəklində fəaliyyət göstərdikləri qənaətindədirlər

BAKI, 5 iyul — Sputnik. "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-İstanbul reysində oğurluq hadisəsi baş verib. Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, Türkiyədə fəaliyyət göstərən aktrisa, Əməkdar İncəsənət Xadimi Məlahət Abbasovanın çantasından 1000 ABŞ dolları oğurlanıb.

Əlləri qandallanmış şəxs, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda "səliqəli" oğru saxlanılıb

M.Abbasova açıqlamasında bildirib ki, təyyarəyə minməzdən əvvəl pul çantasında olub: "Mən Bakıda təyyarəyə mindim, sonra çantamı başımın üzərindəki dolaba qoydum. Uçuş müddətində yatmışam və heç nədən xəbərim olmayıb. İstanbulda təyyarədən endikdən sonra pulumun oğurlandığını bildim".

Aktrisa faktla bağlı İstanbul Hava Limanındakı təhlükəsizlik orqanlarının əməkdaşlarını məlumatlandırıb: "Onlar son bir ay ərzində AZAL-ın həyata keçirdiyi aviareyslərdə oğurluq hadisəsi ilə bağlı bir neçə müraciətin daxil olduğunu bildirdilər. Eyni zamanda, sonuncu dəfə on gün əvvəl bir xanımın çantasından xəstəxanaya ödəmək üçün gətirdiyi 18000 ABŞ dollarının oğurlandığını söylədilər. Həmin qadın hava limanını ağlayaraq tərk edib".

Азербайджанская актриса Несрин Джавадзаде  - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Məşhur filmdə baş rol azərbaycanlı aktrisaya tapşırıldı

"Polislər təyyarələrin içində kameralar olmadığı üçün oğurluq hadisəsini törədənlərin tapılmasının qeyri-mümkün olduğunu deyərək, yalnız şübhələndiyim biri varsa, məsələnin hüquqi müstəvidə araşdırılması üçün kömək edə biləcəklərini vurğuladılar. Onlar oğruların şəbəkə şəklində fəaliyyət göstərdikləri qənaətindədir", - o qeyd edib.

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat katibi Paşa Kəsəmənski "Report"un sorğusuna cavab olaraq bildirib ki, oğurluq hadisəsi ilə əlaqədar araşdırma aparılır: "Məsələ ilə bağlı həmin aviareysin baş bələdçisi dindirilməlidir. Bundan sonra hadisə ilə əlaqədar ətraflı məlumat veriləcək".

O, təyyarənin salonunda kameraların olmadığını da vurğulayıb.

Xəbər lenti
0