Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı uğurla başa çatıb

Türk xalqları Şəkidə birləşdi

41
(Yenilənib 00:32 10.07.2019)
Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi keçirilib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 4 iyul — Sputnik Mədəniyyət Nazirliyinin dəstəyi, Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 29-da başlanan Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı uğurla başa çatıb.

Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı uğurla başa çatıb
© Sputnik / Shahperi Abbasova
Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı uğurla başa çatıb

Beş gün davam edən festival çərçivəsində musiqisevərlər, şəhərin qonaqları, yerli sakinlər Rusiya, Macarıstan və Qazaxıstandan gəlmiş musiqi qruplarının, həmçinin Azərbaycanın tanınmış teatr və musiqi kollektivlərinin çıxışlarını izləyiblər.

Ötən gün “Marxal” istirahət kompleksinin Yay Teatrında festivalın təntənəli bağlanış mərasimi olub. Tədbirdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, həmçinin TÜRKSOY-un rəsmiləri, musiqisevərlər, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Bağlanış mərasimində TÜRKSOY ölkələrindən olan musiqiçilərin iştirakı ilə Qazaxıstan estrada-simfonik orkestri konsert proqramı ilə çıxış edib. Dirijor Qazaxıstanın Əməkdar artisti Kanat Axmetovdur.

Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı uğurla başa çatıb
© Sputnik / Shahperi Abbasova
Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı uğurla başa çatıb

Konsertdə orkestrin solistləri Qazaxıstanın Əməkdar incəsənət xadimi Janılsın Xasanova, dombra ifaçısı Akılbek Bektaşov, kobız ifaçıları Aksamal Kanatkaliyeva, Ernar Ömirəli, Qırğızıstandan Aksaibek Mukambet Uulu, Türkiyədən Yılmaz Demirtaş, Azərbaycandann Rüstəm Müslümov və Ərəstun Quliyevin təqdim etdikləri musiqi nömrələri, xalq və bəstəkar mahnıları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Konsert proqramı başa çatdıqdan sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalının keçirilməsində əməyi olan bütün qurumlara, xüsusilə festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, UNESCO-nun “Sülh artisti” Firəngiz Əlizadəyə, festivalın bağlanış konsertinin təşkilinə göstərdiyi dəstəyə görə TÜRKSOY-un baş katibi Düsen Kaseinova minnətdarlığını bildirib.

  • Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı uğurla başa çatıb
    Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı uğurla başa çatıb
    © Sputnik / Shahperi Abbasova
  • Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı uğurla başa çatıb
    Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı uğurla başa çatıb
    © Sputnik / Shahperi Abbasova
  • Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı uğurla başa çatıb
    Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı uğurla başa çatıb
    © Sputnik / Shahperi Abbasova
  • Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı uğurla başa çatıb
    Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı uğurla başa çatıb
    © Sputnik / Shahperi Abbasova
  • Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı uğurla başa çatıb
    Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı uğurla başa çatıb
    © Sputnik / Shahperi Abbasova
1 / 5
© Sputnik / Shahperi Abbasova
Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı uğurla başa çatıb

Qazaxıstan estrada-simfonik orkestrinin dirijoru Kanat Axmetova, həmçinin Firəngiz Əlizadə və Düsen Kaseinova şəhər icra hakimiyyəti adından festivalın rəmzi simvolu təqdim olunub.

Festivalın bağlanış mərasimi atəşfəşanlıqla başa çatıb.

41