Çingiz Mustafayev

Çingiz Mustafayev Almaniyanı silkələdi

705
(Yenilənib 15:10 03.07.2019)
Çingiz Mustafayev Almaniyada keçirilən "UNESCON" beynəlxalq musiqi festivalında öz ifası ilə tamaşaçıları valeh edib

BAKI, 3 iyul — Sputnik. Azərbaycanı "Avroviziya-2019"da təmsil etmiş müğənni Çingiz Mustafayev Almaniyada keçirilən "UNESCON" beynəlxalq musiqi festivalında öz ifası ilə tamaşaçıları valeh edib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Chingiz Mustafayev (@chingizmustafayev)

Sputnik Azərbaycan-ın məlumatına görə, müğənni öz çıxışının çarxını Instagram sosial şəbəkəsindəki səhifəsində yayıb. Mustafayev alman tamaşaçılar üçün özünün “Avroviziya” mahnısı "Truth"u və "Milim" kompozisiyasını ifa edib. Öz çıxışını bitirəndən sonra Çingiz estoniyalı həmkarı, "Avroviziya-2018"də Estoniyanı təmsil edən Elina Neçaeva ilə "Avroviziya-2019"un qalibi Dunkan Lorensonun Arcade kompozisiyasını ifa edib.

Tamaşaçılar azərbaycanlı müğənninin ifasına valeh olublar və onu səhnədən buraxmaq istəməyiblər.

Çingiz Mustafayev "Yeni ulduz" layihəsində (ATV) qalib gələndən sonra populyarlaşıb. O, həmçinin gənc ifaçıların beynəlxalq "Yeni Dalğa" müsabiqəsində, "O səs Türkiyə" və "Ukraynanın səsi" vokal layihələrində də iştirak edib. O, bir sıra musiqi nominasiyalarının laureatı, gənc nəslin ən çox tələb etdiyi ifaçılardan biridir. Müğənni "Avroviziya-2019"-da 8-ci yeri tutub.

705