Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Əməkdar artist ürəyindən əməliyyat olundu

Abunə olmaq
Əməliyyat Bakıda fəaliyyət göstərən özəl klinikalardan birində baş tutub. Hal-hazırda palataya köçürülən aktyorun vəziyyəti stabildir

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 3 iyul — Sputnik. Ötən gün səhhətində ciddi problemlər yaşanan və təcili əməliyyat olunan aktyor Vidadi Həsənovun ürəyinə stend yerləşdirilib. Sputnik Azərbaycan xəbər verir ki, əməliyyat Bakıda fəaliyyət göstərən özəl klinikalardan birində baş tutub.

Народный артист Сафа Мирзагасанов  - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Arzularımı dilə gətirmirəm, baş tutmaya bilər" - 60 yaşlı gənc aktyor

Hal-hazırda palataya köçürülən aktyorun vəziyyəti stabildir. Həkimlər bu gün səhər əməliyyat zamanı qoyulan tikişlərinin söküldüyünü bildiriblər.

Qeyd edək ki, 61 yaşlı Əməkdar artist Vidadi Həsənov Azərbaycanın görkəmli teatr və kino xadimidir. YUĞ Dövlət Teatrı yarandığı vaxtdan bu günədək orada çalışır, həmçinin Mədəniyyət və İncəsənət Universitetinin dosentidir. O, hamı tərəfindən sevilən "Bəyin oğurlanması", "Hökmdarın taleyi", "Fatehlərin divanı", "Qala" və s. filmlərdə müxtəlif səpgili yadda qalan obrazlar yaradıb.

2016-cı ildən "M. Teatr Production"ın bədii rəhbəridir.

Xəbər lenti
0