Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Uşaq Avroviziyası-2019" keçiriləcək – Amma bizsiz

© The official Junior Eurovision Song Contest websiteПредставительница Азербайджана на "Детском Евровидение 2018" Фидан Гусейнова на первой репетиции конкурса в Минске
Представительница Азербайджана на Детском Евровидение 2018 Фидан Гусейнова на первой репетиции конкурса в Минске - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanla yanaşı 15 ölkə də bu yarışa qatılmaqdan imtina edib. Nəticədə müsabiqəyə yalnız 20 ölkə qatılıb.

BAKI, 3 iyul — Sputnik. Azərbaycan 24 noyabr 2019-cu il tarixində Polşanın Qlivitse şəhərində keçiriləcək 17-ci "Uşaq Avroviziyası-2019" beynəlxalq mahnı yarışında iştirakdan rəsmən imtina edib. Bu barədə Sputnik Azərbaycan-a İctimai televiziyanın mətbuat xidmətindən məlumat veriblər.

Чингиз Мустафаев - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Çingiz: "Azərbaycanlılar və avropalılar məni yenidən "Avroviziya"da görmək istəyirlər"

Bu yarışda iştirakdan Azərbaycandan başqa 15 ölkə imtina edib: Böyük Britaniya, Almaniya, Danimarka, İsrail, İslandiya, Kipr, Moldova, Norveç, Finlandiya, Xorvatiya, Çernoqoriya, Çexiya, İsveçrə, İsveç və Estoniya.

Müsabiqədə cəmi 19 ölkə iştirak edəcək: Avstraliya, Albaniya, Ermənistan, Belarus, Gürcüstan, İrlandiya, İspaniya, İtaliya, Qazaxıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rusiya, Şimali Makedoniya, Serbiya, Ukrayna, Uels və Fransa.

Qeyd edək ki, Azərbaycan bu müsabiqədə üç dəfə iştirak edib. 2012-ci ildə bu yarışda ölkəni Ömər Sultanov və Suada Ələkbərova, 2013-cü ildə Rüstəm Kərimov, 2018-ci ildə isə Fidan Hüseynova təmsil edib.

Xəbər lenti
0