İçəri şəhər, arxiv şəkli

Məşhur rəssamın evini yardılar Xalça aparıldı

25
(Yenilənib 13:06 03.07.2019)
Hadisə məşhur xalçaçı rəssamın İçərişəhərdə yerləşən ev muzeyində baş verib

BAKI, 3 iyul — Sputnik. Azərbaycanın Xalq rəssamı, professor Kamil Əliyevin ev muzeyindən oğurluq olub.

Sputnik Azərbaycan-ın "Report"a istinadla məlumatına görə, hadisə məşhur xalçaçı rəssamın İçərişəhərdə yerləşən ev muzeyində baş verib.

K.Əliyevin ailəsinin mülkiyyətində olan xalçalardan biri oğurlanıb.

Xalq rəssamı, professor Kamil Əliyev
Xalq rəssamı, professor Kamil Əliyev

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Kamil Əliyev 1921-ci il oktyabrın 22-də İrəvan şəhərində anadan olub. O, Bakı Rəssamlıq Məktəbini bitirib. K.Əliyev 1930-cu illərdə tələbə olarkən "Azərxalça" Birliyində Lətif Kərimov, Qəzənfər Xalıqov, Kazım Kazımzadə və başqa görkəmli sənət adamları ilə birlikdə bacarıqlı ornamental rəssam kimi çalışıb.

O, Bakı Bədii Rəssamlıq Fondunda çalışarkən fil sümüyündən, qızıldan, gümüşdən onlarla orijinal əntiq əşyanın, gümüş dolça, çaydan, armudu stəkan dəstlərinin bədii tərtibatçısı, rəssam - müəllifi kimi özünü təsdiqləyib. Bədii sənət üzrə fəxri fərmanın və respublikanın tətbiqi incəsənət ustası adının (1960) ilk sahibi olub.

K.Əliyev 2005-ci ildə vəfat edib.

25