Təcili tibbi yardım maşını, arxiv şəkli

Vəziyyəti ağırlaşan Xalq artisti əməliyyat olunmayacaq

48
(Yenilənib 20:42 25.06.2019)
Xalq artisti Canəli Əkbərov bir həftədən sonra evə buraxılacaq

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 26 iyun — Sputnik. “Atamın səhhəti ilə bağlı hər şey qaydasındadır. Hazırda təzyiqi də normallaşıb. Yalnız şəkər müəyyən qədər atama əziyyət verir. Adətən son günlərdə şəkəri 280-300 arasında dəyişir”.

Xalq artisti Canəli Əkbərov
Xalq artisti Canəli Əkbərov

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Canəli Əkbərovun oğlu Samir Əkbərov deyib. O, bildirib ki, həkimlərin məsləhəti ilə Canəli Əkbərov bir neçə gündən sonra evə buraxılacaq: “Həkimlər əməliyyatı məsləhət görmədilər. Bu səbəbdən də atam davamlı olaraq müalicə alır. Həkimlər atama bir həftə də xəstəxanada yatmağı məsləhət görüblər. Bir həftədən sonra o evə buraxılacaq”.

Xatırladaq ki, Xalq artisti artıq bir həftədir ki, Mərkəzi Klinik Xəstəxanada müalicə alır. Həkimlər isə ona ürək insultu diaqnozu qoyublar.

48