Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Avroviziya"da finala çıxa bilməyən müğənnimiz bu dəfə "Yeni dalğa"nı fəth etməyi düşünür

© Sputnik / Kemale AliyevaАйсель Мамедова
Айсель Мамедова - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanlı müğənni Aysel Məmmədova gənc ifaçıların "Novaya volna-2019" beynəlxalq müsabiqəsinə öz mahnısı ilə qatılacaq.

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 25 iyun — Sputnik. Azərbaycanlı müğənni Aysel Məmmədova gənc ifaçıların "Novaya volna-2019" (Yeni dalğa-2019) beynəlxalq müsabiqəsində müəllifi olduğu "Paytaxtın işıqları" mahnısını təqdim etmək niyyətindədir.

Hazırda müğənni ürəklə öz çıxışına hazırlaşır. Məmmədovanın Sputnik Azərbaycan-a verdiyi açıqlamaya görə, o, müsabiqədə ölkəmizi layiqincə təmsil etmək istəyir.

"Mən "Yeni dalğa"da "Paytaxtın işıqları" adlı mahnımı rus dilində təqdim edəcəyəm. Mahnının sözlərini və musiqisini özüm yazmışam. Trekin prodüsseri Fidan Alivadır. Biz onunla birlikdə bir neçə layihə üzərində, eləcə də yaxın zamanlarda buraxmağı düşündüyüm ikinci albomum üzərində işləyirik", - Məmmədova deyib.

Müğənni 25-28 iyul tarixlərində Bakıda keçiriləcək "Jara-2019" beynəlxalq musiqi festivalında çıxış edəcək, 24-29 avqust tarixlərində isə "Yeni dalğa" müsabiqəsində iştirak etmək üçün Rusiyanın kurort şəhəri olan Soçiyə yollanacaq. Bütün bunlarla yanaşı, müğənni yeni layihələr üzərində işləyəcək.

"Yaxın vaxtlarda rus dilində daha bir mahnım çıxacaq. O, qeyri-adi janrda olacaq. Hələlik bu stildə heç oxumamışam, mənim üçün bu, indi maraqlıdır. Hazırda əsas rusdilli treklər üzərində fikrimi cəmləşdirmişəm. Ola bilsin ki, hətta Rusiya şou-biznesinə daxil oldum" - Məmmədova deyib.

Aysel Məmmədova 1989-cu ildə Bakıda anadan olub. Uşaqlıqdan musiqiyə böyük maraq bəsləyib. Bir sıra beynəlxalq musiqi və caz festivallarının iştirakçısıdır. Müğənni həmçinin rusiyalı estrada ulduzları ilə birlikdə Bakıda keçirilən "Jara" festivalında da iştirak edib. O, "Avroviziya-2018" müsabiqəsində X my heart mahnısı ilə Azərbaycanı təmsil etsə də, finala çıxa bilməyib. Hazırda Məmmdova solo karyerasını davam etdirir.

Xəbər lenti
0