CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Emin Ağalarov beynəlxalq festivalda oxuyacaq

© Sputnik / Murad OrujovНародный артист Азербайджана Эмин Агаларов
Народный артист Азербайджана Эмин Агаларов - Sputnik Azərbaycan
Abunə olmaq
Əlli ifaçının iştirak edəcəyi musiqi bayramı 18-21 iyul tarixləri arasında baş tutacaq

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 18 iyun — Sputnik. Azərbaycanın Xalq artisti, bəstəkar-müğənni Emin Ağalarov Latviyada keçiriləcək "Laima Rendezvous Jurmala 2019" beynəlxalq musiqi festivalında iştirak edəcək. Festivalın yaradıcısı və rəhbəri tanınmış müğənni Layma Vaykuledir. 50 ifaçının iştirak edəcəyi musiqi bayramı 18-21 iyul tarixləri arasında baş tutacaq.

Sputnik Azərbaycan-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, festival ərəfəsində Emin Ağalarov və Layma Vaykule birlikdə mətbuat konfransı keçiriblər. Hər iki müğənni "Laima Rendezvous Jurmala 2019" festivalının Bakıda keçiriləcək "JARA 2019" festivalı ilə rəqabət aparmadığını vurğulayıb.

Qeyd edək ki, Laymanın festivalı 2015-ci ildən bu yana hər il "Dzintaru" konsert kompleksində keçirilir. Orada dünyanın tanınmış müğənniləri iştirak edirlər.

Xəbər lenti
0