CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xoşbəxt insanın bədən ölçüləri - Xalq artistimiz qeyri-adi ad günü keçirdi

© Sputnik / Kemale AliyevaЮбилейный концерт народного артиста Ильхама Намика Камала
Юбилейный концерт народного артиста Ильхама Намика Камала - Sputnik Azərbaycan
Abunə olmaq
"Məni Həsən roluna seçdilər, Hüseyn roluna aktyor tapmadılar, dedim, evdə qardaşım var"

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 13 iyun — Sputnik. "Mən nə qədər qoca olsam da, dəyərəm min cavana". "Şöhrət" ordenli Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, professor İlham Namiq Kamal Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 70 illiyinə həsr olunan təntənəli yubiley gecəsini məhz bu sözlərlə açıb.

© Sputnik / Kemale AliyevaXalq artisti İlham Namiq Kamalın yubiley gecəsi
Xoşbəxt insanın bədən ölçüləri - Xalq artistimiz qeyri-adi ad günü keçirdi - Sputnik Azərbaycan
Xalq artisti İlham Namiq Kamalın yubiley gecəsi

Sputnik Azərbaycan-ın məlumatına görə, aktyor ad gününü səhnədə ailəsi, dostları, həmkarları və yaradıcılığının pərəstişkarları ilə birlikdə keçirməyə qərar verib.

Yubiley tədbirinin ssenari müəllifi Qasım Səfəroğlu, quruluşçu rejissoru Cavid İmamverdiyev olub. Rəqslərə quruluşu əməkdar artistlər Zakir və Leyla Ağayevlər veriblər.

Yubilyarı ilk olaraq mədəniyyət nazirinin müavini Vaqif Əliyev təbrik edib. O, Mədəniyyət naziri Əbülfəz Qarayevin Xalq artistinə ünvanlanmış təbrik məktubunu oxuyub. Aktyor xoş sözlərə və təbrikə görə Mədəniyyət Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib.

© Sputnik / Kemale AliyevaXalq artisti İlham Namiq Kamalın yubiley gecəsi
Xoşbəxt insanın bədən ölçüləri - Xalq artistimiz qeyri-adi ad günü keçirdi - Sputnik Azərbaycan
Xalq artisti İlham Namiq Kamalın yubiley gecəsi

Namiq Kamal təbiət etibarilə çox şən insandır, ona görə də yubileyini qeyri-adi keçirmək qərarına gəlib. O, tamaşaçılara öz bədən ölçüləri barədə məlumat verib: boyu - 180 sm, çəkisi - 81 kq, ayaqqabısının ölçüsü - 41, saçı boz, kostyumunun ölçüsü - 52. Onun sözlərinə görə, bu illər ərzində sadəcə zahiri görkəmi və saçının rəngi dəyişib, amma incəsənətə məhəbbəti dəyişməz olaraq qalıb.

Gecə boyu tamaşaçılara səhnədə quraşdırılan böyük ekranda aktyorun iştirak etdiyi film və tamaşalardan fraqmentlər nümayiş etdirilib. Ekranda göstərilən çoxsaylı fotolar arasında balaca oğlanın şəkli peyda olanda aktyor ekrana çevrilərək uşağın şəklinə müraciət edib. Namiq Kamal ona bütün bu illər ərzində hansı uğurlara nail olduğu, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında necə işlədiyi, "İlham" miniatür teatrına necə rəhbərlik etdiyi və hazırki fəaliyyəti barədə danışıb.

© Sputnik / Kemale AliyevaXalq artisti İlham Namiq Kamalın yubiley gecəsi
Xoşbəxt insanın bədən ölçüləri - Xalq artistimiz qeyri-adi ad günü keçirdi - Sputnik Azərbaycan
Xalq artisti İlham Namiq Kamalın yubiley gecəsi

"Onda hələ nə vaxtsa məşhur aktyor olacağımı bilmirdim. Mən həyatda çox şey görmüşəm, çox çətinliklərdən keçmişəm, amma özümü xoşbəxt adam hesab edirəm. Dörd övladım - iki oğlum və iki qızım, üç nəvəm var", - deyən Namiq Kamal sonra səhnəyə qardaşı, Xalq artisti Cəfər Əhmədovu dəvət edib.

Tale elə gətirib ki, hər iki qardaş aktyor olmaq qərarına gəlib, baxmayaraq ki, onların nəslində heç vaxt teatr və kino adamı olmayıb. C.Əhmədovun sözlərinə görə, bir dəfə əməkdar artist Məmmədağa Dadaşov "Pionerlər evi"nə aktyor axtarmaq məqsədilə onların oxuduğu məktəbə gəlib.

"Məni seçdilər və Yusif Əzimzadənin pyesi əsasında hazırlanan "Ana" tamaşasında Həsən rolunu oynamağı tapşırdılar, Hüseyn roluna isə aktyor tapmadılar. Onda dedim ki, mənim evdə qardaşım var, o da aktyor olmaq istəyir. Məhz onda biz ilk dəfə olaraq bir yerdə eyni səhnədə oynadıq. Sonra isə bizim çoxlu birgə tamaşalarımız oldu. Mən hər kəsə İlham Namiq Kamal kimi qardaş və dost arzulayıram", - deyə Əhmədov bildirib.

© Sputnik / Kemale AliyevaXalq artisti İlham Namiq Kamalın yubiley gecəsi
Xalq artisti İlham Namiq Kamalın yubiley gecəsi - Sputnik Azərbaycan
1/10
Xalq artisti İlham Namiq Kamalın yubiley gecəsi
© Sputnik / Kemale AliyevaXalq artisti İlham Namiq Kamalın yubiley gecəsi
Xalq artisti İlham Namiq Kamalın yubiley gecəsi - Sputnik Azərbaycan
2/10

3/10

4/10

5/10

6/10

7/10

8/10

9/10

10/10

Yubilyar tədbirdə həmçinin aparıcı rolunu oynayıb. O özü qonaqları təqdim edib və böyük məmnuniyyətlə onların təbriklərini qəbul edib. Gecədə Azərbaycanın bir çox tanınmış aktyorları çıxış ediblər. Həmçinin həmkarları xalq artistinin də iştirak etdiyi tamaşalardan fraqmentlər nümayiş etdiriblər. O, tamaşaçıları bir dəqiqə belə darıxmağa qoymayıb, öz həyatından gülməli əhvalatlar və lətifələr danışıb. Yubileyi rəqqasların və müğənnilərin iştirakı ilə rəqslər və musiqilər bəzəyib.

Gecənin sonunda İlham Namiq Kamal özü özünə uzun ömür, möhkəm cansağlığı və çoxlu rollar arzulayıb.

Xəbər lenti
0