Azərbaycanı Avroviziya-2019 beynəlxalq musiqi yarışında təmsil etmiş müğənni Çingiz Mustafayev

Çingiz Mustafayev Rusiya intellektuallarının gecəsinə rəng qatıb

5585
(Yenilənib 17:40 10.06.2019)
Azərbaycanı "Avroviziya-2019" beynəlxalq musiqi yarışında təmsil etmiş müğənni Çingiz Mustafayev Rusiyanın Birinci kanalında "Çto? Qde? Koqda?" intellektual televiziya oyununun qonağı olub.

BAKI, 10 iyun — Sputnik. Azərbaycanı "Avroviziya-2019" beynəlxalq musiqi yarışında təmsil etmiş müğənni Çingiz Mustafayev Rusiyanın Birinci kanalında "Çto? Qde? Koqda?" (Nə? Harada? Nə vaxt?) intellektual televiziya oyununun qonağı olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, müğənninin iştirak etdiyi proqramın çarxı Birinci kanalın Youtube-dakı rəsmi səhifəsində yayımlanıb. Mustafayev çıxışa başlamazdan qabaq müsahibə verərək bildirib ki, "Çto? Qde? Koqda?" oyununun musiqili qonağıdır və Balaş Qasımova ("Nə? Harada? Nə vaxt?" oyunu üzrə Azərbaycan komandasının kapitanı, İTV-nin baş direktoru) salam göndərir.

O, verilişdə özünün Avroviziya hiti "Truth"u ("Həqiqət") oxuyub.

Çingizin çıxışına videoçarxın 30:00-cu dəqiqəsindən baxmaq olar.

Çingiz Mustafayev "Yeni ulduz" layihəsində (ATV) qalib gələndən sonra populyarlaşıb. O, həmçinin gənc ifaçıların beynəlxalq"Yeni Dalğa" müsabiqəsində, "O səs Türkiyə" və "Ukraynanın səsi" vokal layihələrində də iştirak edib. O, bir sıra musiqi nominasiyalarının laureatı, gənc nəslin ən çox tələb etdiyi ifaçılardan biridir. Müğənni "Avroviziya-2019"-da 8-ci yeri tutub.

5585