Tovuz rayonunun Alakol kənd sakini Alı Əsgərov

Usta qanının istisi ilə yaranan əsərlər ya "heç 5 min manata da satmaram"

859
(Yenilənib 23:28 25.05.2019)
Alı Əsgərov: "Əl işlərini hazırlayarkən, usta qanının istisini hazırladığı əşyaya hopdurur, ona görə əl işləri onlardan daha gözəl, daha dəyərli olur"

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 26 may — Sputnik. Tovuz rayonunun Alakol kənd sakini Alı Əsgərov incəsənətin ən qədim növlərindən olan bədii oyma sənətini ölkəmizdə yaşadan insanlardandır. 67 yaşlı sənətkar bu sahəni hələ kiçik yaşlarından, ustadı olmadan, ağac üzərində sadə fiqurlar çəkib-oymaqla öyrənib.

Tovuz rayonunun Alakol kənd sakini Alı Əsgərov
© Sputnik / Ilham Mustafa
Tovuz rayonunun Alakol kənd sakini Alı Əsgərov

Sonradan həvəsinin arxasınca gedərək Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə qəbul olub. Heykəltəraşlıq təhsili alan Alı Əsgərov rayona qayıtdıqdan sonra məktəbdə rəsm müəllimi kimi işləməyə başlayıb.

"Kənddə yaşayanda qüvvə çox yerə paylanır, dolanışıq arxasınca qaçmaqdan yaradıcılığa vaxt qalmır" - deyən sənətkar vaxt tapdıqca sevdiyi sənətini davam etdirib.

O, Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində bədii oyma işinin böyük zəhmət, dəqiqlik, incəlik və ən başlıcası rəssamlıq bacarığı tələb etdiyini deyir: "40 ilə yaxındır bu işin incəliklərlə məşğul oluram. Ən çox milli naxışlar olan Buta, Xətai, İsmi, Bulud naxışlarından istifadə edirəm".

Tovuz rayonunun Alakol kənd sakini Alı Əsgərov
© Sputnik / Ilham Mustafa
Tovuz rayonunun Alakol kənd sakini Alı Əsgərov

"Bir işi, haradasa, 7-10 gün müddətində hazırlayıram. Əl işlərimi ən çox suvenir kimi alırlar. Bir əl işi, təxminən, 200-250 manat civarında satılır. Amma elə əl işləri var ki, onları heç 5 min manata da satmaq istəmirəm" - deyə sənətkar məlumat verir.

Alı Əsgərov bu sahəyə marağın olmasına baxmayaraq, texnologiyanın inkişafı ilə bədii oyma sənətinin arxa plana keçməsindən də danışır: "Hazırda kompüter texnologiyaları, sənaye üsulu naxışlar bu sənəti həm keyfiyyətsizləşdirib, həm ucuzlaşdırıb".

  • Tovuz rayonunun Alakol kənd sakini Alı Əsgərov

1 / 7
© Sputnik / Ilham Mustafa
Tovuz rayonunun Alakol kənd sakini Alı Əsgərov

"Amma o işlər nə qədər gözəl görünsə də, əl işinin əvəzini vermir. Onlar proqramlaşdırılaraq konveyer üsulu ilə hazırlanır. Əl işlərini hazırlayarkən isə, usta qanının istisini hazırladığı əşyaya hopdurur. Ona görə əl işləri onlardan daha gözəl, daha dəyərli olur" - müsahibimiz bildirir.

Alı Əsgərov ağac üzərində oyma sənətini inkişaf etdirməklə yanaşı, yeniyetmə və gənclərə də öyrədir. Bu məqsədlə kənddə emalatxana şəraitində kurslar keçirir, onların asudə vaxtlarını daha səmərəli keçirmələri üçün şərait yaradır.

859
Teqlər:
naxış, sənət, oyma, əsər, usta
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət (16)
Əlaqədar
Azərbaycanın yarısında barmaq izləri olan sənətkar vəfat edib
Azərbaycanda Türkiyə təcrübəsi tətbiq edilsin: Həm sənət qazanacaq, həm də dövlət
Sənət məbədinin qapıları arxasında görmədiklərimiz – “Muzkomediya”nın sirri
Sürgünlük həyatında almanlardan öyrəndiyi sənəti yaşadır