Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Prezident bir qrup mədəniyyət xadiminə "Tərəqqi" medalı verib

56
(Yenilənib 14:31 25.05.2019)
Dövlət başçısı yeni sərəncam imzalayıb

BAKI, 25 may — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif edilsinlər:

Bulanova Oksana İqorevna

Əhmədov Ənvər Misir oğlu

Qəniyev Maarif Soltan oğlu

Mustafayev Sabir Məmməd oğlu

Salayev İltifat Saleh oğlu

Talıbzadə Alina Dmitriyevna".

56