Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Niderland “Avroviziya-2019”un qalibi oldu

© AFP 2023 / JACK GUEZДункан Лоуренс из Голландии празднует победу на 64-м Конкурсе Песни Евровидение 2019 в Тель-Авиве
Дункан Лоуренс из Голландии празднует победу на 64-м Конкурсе Песни Евровидение 2019 в Тель-Авиве - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanı təmsil edən Çingiz Mustafayev 297 balla 7-ci yeri tutub

BAKI, 18 may – Sputnik. İsrailin paytaxtı Təl-Əviv şəhərində “Avrovizya-2019” Beynəlxalq Mahnı Müsabiqəsi keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, Niderland təmsilçisi Dunkan Lourens “Arcade” mahnısı ilə yarışın qalibi olub.

Lourens 492 bal toplayıb. İkinci yeri 465 balla İsveç təmsilçisi Mahmud tutub. Üçüncü yerdə Rusiya gəlir. Azərbaycanın da münsiflər heyətinin 12 bal verdiyi Rusiya təmsilçisi Sergey Lazerev 369 bal yığa bilib.

Azərbaycanı təmsil edən Çingiz Mustafayev olub. O, “Truth” (“Həqiqət”) mahnısını ifa edib. Çingiz münsiflər heyətinin qiymətləndirməsinə görə 197 bal toplasa da, tamaşaçılar onun ifasini cəmi 100 balla qiymətləndiriblər. Beləliklə, Çingiz 297 balla 7-ci yeri tutub.

© REUTERS / RONEN ZVULUNДункан Лоуренс (Голландия) выступает во время Гранд Финала Конкурса Песни Евровидение 2019 года в Тель-Авиве, Израильъ
Niderland “Avroviziya-2019”un qalibi oldu - Sputnik Azərbaycan
Дункан Лоуренс (Голландия) выступает во время Гранд Финала Конкурса Песни Евровидение 2019 года в Тель-Авиве, Израильъ

İfaçımıza Portuqaliya, Malta, Şimali Makedoniya, San-Marino, Estoniya, Polşa, Norveç, İspaniya, Avstriya, Böyük Britaniya, İtaliya, Albaniya, Macarıstan, Moldova, İrlandiya, Rumıniya, Kipr, Avstraliya, Rusiya, İsveç, Litva, Serbiya, İslandiya, Gürcüstan, Yunanıstan, Latviya, Çexiya, Danimarka, Fransa, Finlandiya, Sloveniya və İsrail ölkələrindən dəstək gəlib.

Qeyd edək ki, İsraildə keçirilən 64-cü “Avroviziya” mahnı müsabiqəsində 41 ölkənin nümayəndələri iştirak edib. Birinci və ikinci yarımfinalda uğurlu nəticə göstərərək finala vəsiqə qazanan 26 ölkə - Malta, Çexiya, Rusiya, Danimarka, San-Marino, Şimali Makedoniya, İsveç, Sloveniya, Kipr, Hollandiya, Yunanıstan, İsrail, Norveç, Böyük Britaniya, İslandiya, Estoniya, Belarus, Azərbaycan, Fransa, İtaliya, Serbiya, İsveçrə, Avstriya, Almaniya, Albaniya və İspaniya nümayəndələri qələbə uğrunda mübarizə aparıb.

Xəbər lenti
0