Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanın tanınmış aktrisası övladlığa uşaq götürəcək

© Facebook / melahat.abbasova.7Azərbaycanın tanınmış siması, Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova
Azərbaycanın tanınmış siması, Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyədə yaşayan tanınmış aktrisa Məlahət Abbasova övladlığa uşaq götürmək üçün müraciət edib

BAKI, 16 may — Sputnik. Azərbaycanın tanınmış siması, Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova övladlığa uşaq götürmək üçün müraciət edib. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu haqda aktrisa “Facebook” statusunda yazıb. O bildirib ki, bununla bağlı olaraq etdiyi müraciətə görə təsdiq cavabı alıb:

“Uzun müddətdir ki, kimsəsiz bir qız uşağını övladlığa götürərək ona analıq etmək istəyirdim. Artıq bununla bağlı olaraq sənədlərim hazırlanıb. Mənə 3 həftəlik sınaq müddəti verirlər. Ümid edirəm ki, bu müddətdə də heç bir problem çıxmaz. Əsas olan odur ki, övladlarım da buna razılıq veriblər. Həyata bir övlad qazandırmaq, onun yaralarını sarmaq, onlara dəstək olmaq, məncə, ən böyük savabdır” – deyə aktrisa bildirib.

Xəbər lenti
0