İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Prezident mədəniyyət incəsənət xadimlərinə fərdi təqaüd ayırdı SİYAHI

221
(Yenilənib 18:41 10.05.2019)
Təqaüd alacaq şəxslərin arasında məşhur xadimlərin adları var

BAKI, 10 may — Sputnik. Prezident İlham Əliyev Azərbaycan mədəniyyət və incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamla Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Prezidentin fərdi təqaüdü verilir:

Abdullayev Ağasəlim Sahib oğlu

Ağamalızadə Müzəffər Məmməd İbrahim oğlu

İslamzadə Akif Qədir oğlu

Quliyeva Səidə Əbülfəz qızı

Mütəllimova Firəngiz Bəhər qızı

Nərimanova Zemfira Əli qızı

Rəhimli İlham Əziz oğlu.

221
Səmra Rəhimli, arxiv şəkli

Azərbaycanlı müğənni həyatdan tez getmiş reperlərə yeni trek həsr edib

4
(Yenilənib 19:54 10.07.2020)
Səmra Rəhimli həyatdan tez getmiş reperlərin xatirəsinə həsr olunmuş "Göz" adlı kompozisiyasının onlayn təqdimatını keçirib, tezliklə hip-hop albomunu da təqdim edəcək.

 

BAKI, 10 iyul — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı müğənni Səmra Rəhimli yeni hip-hop albomundan "Göz" adlı kompozisiyasının onlayn təqdimatını keçirib.

İfaçı Sputnik Azərbaycan-a bildirib ki, mahnı həyatdan tez getmiş reperlərin xatirəsinə həsr olunub.

Layihənin prodüseri müğənninin anası İlahə Baxşıyeva olub. Bu kompozisiyanı yazdırmağa onu 20 yaşında qətlə yetirilmiş amerikalı reper XXXTENTACİON-ın (Jasey Duane Ricardo Onfray) "Moonlight" ("Ay işığı") adlı məşhur hiti ilhamlandırıb.

"Mən artıq bir ildir ki, albom üzərində çalışıram. Onun yerli şou-biznesdə analoqu yoxdur, çünki bu, Azərbaycanda ilk qadın hip-hop albomudur. Bura on trek daxil olacaq. Bu albomun üzərində gənc reper və musiqiçilərdən ibarət tam bir qrup işləyir: sözlərin müəllifi Clavis və OD, musiqinin müəllifi OD, aranjman Clavis, miks və masterinq isə Drek-dir", – deyə Rəhimli qeyd edib.

Qız etiraf edib ki, hip-hop həmişə onu cəlb edib. O, hətta məktəb illərində ingilis dilində rep oxuyur, populyar reperləri dinləyirmiş. Rəhimli həmişə Azərbaycan dilində rep kompozisiyası ifa etmək istəyib.

"İllər sonra mən sevimli hip-hopuma qayıtdım və bizimlə eyni dalğada olan insanları tapmazdan əvvəl anamla bu işə çox vaxt sərf etdik. Armas sinqlinin uğur qazanmasından sonra biz bu istiqamətdə işləri davam etdirməyə qərar verdik - yeni trekləri yazmağa başladıq və bir vaxt ayıldıq ki, artıq bütöv bir albom üçün material yığılıb", - deyə müğənni etiraf edib.

Səmra Rəhimli 19 oktyabr 1994-cü ildə Bakıda anadan olub. "O Səs Türkiyə" və "Səs Azərbaycan" layihələrinin iştirakçısı olan Səmra 2016-cı ildə Stokholm şəhərində keçirilən 61-ci "Avroviziya" Mahnı Müsabiqəsində Azərbaycanı "Miracle" mahnısı ilə təmsil edib. O, "Avroviziya-2016"nın final mərhələsində 17-ci yerdə qərarlaşıb.

Hazırda müğənni çıxış etməyə və yeni layihələr üzərində işləməyə davam edir.

4
Əlaqədar
Müğənni Bəxtiyarın keçmiş həyat yoldaşı onun koronavirusa yoluxduğuna inanmır
Azərbaycanlı müğənni ukraynalı opera müğənnisinə klip çəkib
Santa-Barbarada olmuşam! Tanınmış azərbaycanlı müğənnidən fərqli paylaşım
Hamının kefi qalxacaq! Dilarə Kazımova yay hitini təqdim edib
Ulduzlarımız karantində Bakıdan Türkiyəyə qaçırlar
Antalya, arxiv şəkli

Ulduzlarımız karantində Bakıdan Türkiyəyə qaçırlar

1684
(Yenilənib 15:54 09.07.2020)
Müğənnilər Tunar Rəhmanoğlu, Səbinə Selcan və prodüser Tarix Əliyev yay mövsümünün qonşu ölkədə keçirilməsi fürsətini fövtə vermədilər

BAKI, 9 iyul  - Sputnik, Kəmalə Əliyeva. Sən demə, Azərbaycanın Xalq artisti Miri Yusif karantin rejimində  Bakıdan qaçıb xüsusi reyslə Türkiyəyə istirahətə yollanaraq sosial şəbəkə istifadəçiləri tərəfindən sərt tənqidlərə məruz qalan tək məşhur deyilmiş.

Sputnik Azərbaycan-ın araşdırmasına görə, Miri Yusifin ardınca Bakı-İstanbul-Bakı xüsusi reysindən istifadə edərək, qonşu ölkəyə daha bir neçə azərbaycanlı ulduz uçub.

Azərbaycanda iyulun sonuna kimi sərt karantin rejimi hökm sürəcək. Bu müddətdə çimərliklər və istirahət zonaları qapalı olacaq. Yerli məşhurlar bu vəziyyəti fürsətə çevirərək yayın qalan hissəsini səmərəli keçirmək üçün Türkiyəyə qaçıblar.

Ulduzlar istirahət zamanı çəkilmiş şəkillərini həvəslə "Instagram"-da paylaşaraq sərt karantinin qaydalarına uymaq məcburiyyətində qalan imkansız təbəqənin həsəd və hiddətinə səbəb olurlar.

Belə ki, Türkiyədə məşhur olan müğənni Günelin ifaçı qardaşı Tunar Rəhmanoğlu öz doğum gününü ailəsi ilə birlikdə qardaş ölkədə qeyd etmək qərarına gəlib.

Onun ardınca məşhur qalmaqallı prodüser Tarix (Tolik) Əliyev Bakıdan köçüb. Dediyinə görə, yarım ilə yaxındır ki, koronavirusa görə heç yerə gedə bilməyib.

"Hava limanında həmişə sıxlıq olur, bu dəfə isə hər yer boş idi. Bütün bunlar koronavirusa görədir. Ümid edək ki, tezliklə hər şey dəyişəcək", - Əliyev qeyd edib.

Müğənni Səbinə Selcan da Türkiyəyə istirahətə yola düşüb. O, artıq evdə otura bilməyəcəyini etiraf edib, buna görə vəziyyəti dəyişdirməyə qərar verib.

View this post on Instagram

A post shared by SabinaSelcan (@sabinaselcan) on

"Əgər harasa uçmaq imkanı varsa, bundan istifadə etmək lazımdır. Allaha şükür ki, İstanbula uçuşlar açıldı. Oradan Türkiyənin digər şəhərlərinə də gedəcəyəm", - deyə müğənni bildirib.

İyun ayından başlayaraq qarşılıqlı razılıq əsasında "Azərbaycan Hava Yolları" və "Türkiyə Hava Yolları" şirkətləri həftədə dörd dəfə müntəzəm olaraq Bakı-İstanbul-Bakı xüsusi reyslərini təşkil edirlər.

Nazirlər Kabinetinin qərarı ilə 20 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Lənkəran, Mingəçevir, Yevlax, Cəlilabad, Gəncə, Masallı, Abşeron, Goranboy, Göygöl, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında ciddi karantin rejimi fəaliyyət göstərəcək. Qeyd olunan şəhər və rayonlarda bütün iş, xidmət və ticarət sahələrində fəaliyyət, həmçinin ictimai nəqliyyat və avtomobillərin hərəkəti dayandırılıb. Göstərilən şəhər və rayonlarda fəaliyyətinin davam etdirilməsinə icazə verilən sahələrdə çalışan şəxslərin və nəqliyyatın hərəkətinə icaze.e-gov.az.portalında müvafiq icazə alındıqdan sonra yol verilir.

1684
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Azərbaycanlı müğənni ukraynalı opera müğənnisinə klip çəkib
Santa-Barbarada olmuşam! Tanınmış azərbaycanlı müğənnidən fərqli paylaşım
Məşhur bakılı: "Koronavirus mənə də çatıb" - VİDEO
Hamının kefi qalxacaq! Dilarə Kazımova yay hitini təqdim edib
Nadir səs tembrinə sahib olan azərbaycanlı müğənni imicini kökündən dəyişib