Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Valeri Meladze azərbaycanlı opera müğənnisinə inanılmaz sürpriz edib

© Sputnik / Maksim Blinov / Mediabanka keçidRusiyanın əməkdar artisti Valeri Meladze
Rusiyanın əməkdar artisti Valeri Meladze - Sputnik Azərbaycan
Abunə olmaq
Meladze Vyanaya mayın 3-də keçiriləcək solo konsertindən bir gün əvvəl gedib ki, Eyvazovun ad günü məclisində iştirak eləsin

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 4 may — Sputnik. Rusiyanın əməkdar artisti Valeri Meladze Azərbaycanın xalq artisti Yusif Eyvazova ad günündə sürpriz edib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Yusif Eyvazov Tenor Official (@yusif_eyvazov_official)

Sputnik Azərbaycan xəbər verir ki, azərbaycanlı vokalist özünün Instagram sosial şəbəkəsindəki səhifəsində həmkarına sürprizə görə təşəkkür etdiyi videoçarxı yayımlayıb. Meladze Vyanaya mayın 3-də keçiriləcək solo konsertindən bir gün əvvəl gedib ki, Eyvazovun ad günü məclisində iştirak eləsin.

Eyvazov öz hesabında "Valeri Meladze tərəfindən ad günümə belə bir xoş sürpriz edildi. Valerinin Vyanada Stadthalle-dakı konsertini qaçırmayın. Biz ora gedirik" - yazıb.

Mayın 2-də Yusif Eyvazovun 42 yaşı tamam olub. Yusif Eyvazov bir sıra beynəlxalq müsabiqələrin laureatı və qalibidir. Onun qazandığı mükafatlar arasında Gianandrea Gavazzeni (dünya şöhrətli italyan dirijoru, pianoçusu, bəstəkarı, musiqi tənqidçisi və yazıçısı — red.) fəxri medalı da var. O, Milanın "La Skala" operasının və Monte-Karlonun "Kral" operasının kollektivləri ilə birlikdə dünya səhnələrində çıxış edir. O, Rusiya tarixinin ən istedadlı opera müğənnilərindən biri olan Anna Netrebkonun həyat yoldaşıdır.

Xəbər lenti
0