Bakı

Bakı mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməyə hazırlaşır

140
(Yenilənib 14:58 01.05.2019)
İki gün ərzində paytaxtımızda müasir dünyanı narahat edən aktual məsələlər müzakirə mövzusu olacaq

BAKI, 1 may — Sputnik. Mayın 2-3-də Bakıda "Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq" şüarı altında 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə mayın 1-də Bakı Konqres Mərkəzində Forumla bağlı təşkil olunan mətbuat konfransında Mədəniyyət Nazirliyinin aparat rəhbərinin müavini Vasif Eyvazzadə açıqlama verib. 

Onun sözlərinə görə, forumda 105-dən çox ölkə və 35-dən çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmilərinin iştirakı ilə 21-dən çox tədbir keçiriləcək. Tədbir BMT tərəfindən təşkilatın rəsmi internet səhifəsi üzərindən canlı yayımlanacaq. Tədbirin təşkilatçıları Azərbaycan hökuməti və Mədəniyyət Nazirliyi, tərəfdaşları isə UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-dur.

Eyvazzadə bildirib ki, 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən "Bakı prosesi" 10 il ərzində müxtəlif qitələrdə yaşayan fərqli etnik, mədəni, dini və linqvistik mənsubiyyəti olan ayrı-ayrı insanlar və qruplar arasında qarşılıqlı anlayış və hörmət çərçivəsində səmimiyyət və qarşılıqlı hörmətə əsaslanan fikir mübadiləsi üçün pozitiv platforma yarada bilib: "Ötən müddət ərzində forumun coğrafiyası çox genişlənib. Nəticədə tədbirə qoşulan qurumların sayı xeyli artıb. Budəfəki foruma Latın Amerikası ölkələrindən tutmuş, Səudiyyə Ərəbistanı, Kolumbiya, Böyük Britaniya, Peru kimi dövlətlərin təmsilçiləri qatılacaq".

"5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində insan həmrəyliyini yaratmaq və müxtəlif icmalarda zorakılığa və ayrı-seçkiliyə qarşı mübarizədə yerli insanlara kömək etmək üçün (praktiki strategiya kimi) mədəniyyətlərarası dialoqun mühüm rolu öyrəniləcək. Forum 3 istiqamətdə davam edəcək. Belə ki, forum çərçivəsində mədəniyyətlərarası dialoq və insan ləyaqətini təbliğ etməklə inklüziv və davamlı cəmiyyətlərin qurulmasında dövlət, özəl və üçüncü sektoru təmsil edən təşkilatlar üçün ümumi yol xəritəsini hazırlamaq məqsədilə digər maraqlı tərəflərlə yanaşı, həm də siyasi, iqtisadi, maliyyə, hərbi, humanitar və sosial təşkilatlar arasında tərəfdaşlığın formalaşdırılması üçün beynəlxalq təşkilatların və nazirlərin 2-ci yüksək səviyyəli görüşü keçiriləcək" - o vurğulayıb.

"Eyni zamanda 2 gün ərzində "Akademik Forum: dinlərarası dialoq və dini müxtəlifliyin idarə olunması", "Müxtəlifliyin idarə olunması: çoxsəviyyəli və çoxtərəfli əməkdaşlıq", "Qlobal vətəndaşlıq təhsili: sülh mədəniyyətinin aşılanması", "Sülh naminə çoxtərəflilik və diplomatiya", "Türkdilli ölkələr arasında dialoqun qurulmasında Böyük İpək Yolunun rolu" və digər mövzularda plenar sessiya və aralıq sessiyalar keçiriləcək. Həmçinin tədbir günlərində qonaqlar üçün sərgilər açılacaq, musiqili proqramlar təşkil ediləcək" - nazirlik rəsmisi əlavə edib.

Mətbuat konfransında çıxış edən Koventri Universitetinin Sülh, Etimad və Sosial Münasibətlər Mərkəzinin direktoru Maykl Hardi, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin Qlobal Təhsil Proqramının meneceri Migel Silva, UNESCO-nun Mədəniyyətlərarası Dialoq bölməsinin rəhbəri Ann-Belinda Preys və ISESCO-nun xoşməramlı səfiri, İtaliya İslam Dini Cəmiyyətinin prezidenti Yahya Pallavicini "Bakı prosesi"nin əhəmiyyətini yüksək qiymətləndirərək Azərbaycan hökumətinə belə bir forumun təşkilinə görə minnətdarlıqlarını bildiriblər. 

Diqqətə çatdırılıb ki, iki gün ərzində Bakıda müasir dünyanı narahat edən aktual məsələlər müzakirə mövzusu olacaq. Forumda üç əsas – "Müxtəlifliyin idarə olunması: çoxsəviyyəli və çoxtərəfli əməkdaşlıq", "Sülh naminə gənclər: şiddətli ekstrimizmə qarşı əks qüvvənin formalaşdırılması" və "Miqrasiya, yerdəyişmə və insan təhlükəsizliyi" mövzularında plenar sessiyalar keçiriləcək. Xüsusi olaraq vurğulanıb ki, dünyada sülh və bərabərliyin, qarşılıqlı etimadın və anlaşmanın əldə olunmasında bu forum böyük əhəmiyyət kəsb edir.

Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Forumda Qana Respublikasının xarici işlər naziri Şirli Botçvey, Uruqvayın xarici işlər naziri Rodolfo Nin Novoa, Qambiyanın xarici işlər naziri Mamadou Tanqara, Monteneqronun mədəniyyət naziri Aleksandar Boqdanoviç, Mali Respublikasının mədəniyyət naziri Ramatulaye Diallo, Əlcəzairin mədəniyyət naziri Meriem Merdaci, İran İslam Respublikasının mədəniyyət və islam əlaqələri üzrə naziri Abuzər İbrahimi Torkaman, Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Azamat Zhamankulov, Küveyt Dövlətinin informasiya və gənclərlə iş naziri Mohammad Naser Abdullahı Aljabri, Monteneqronun daxili işlər naziri Mevludin Nuhociç və Myanmanın təhsil naziri Myo Thein Gyi iştirak edəcək.

140
Teqlər:
nümayəndə, ölkə, mədəniyyət, forum, Bakı
Əlaqədar
Yeni Bakı-Moskva dialoqu: 9-cu ikitərəfli Regionlararası Forumun yekunlarına doğru
Rusiya və Avropa arasında yeni dialoqu zəruri edən səbəblər var
Rəssamın rəngləri və fırçaları, arxiv şəkli

Adi karandaşla canlı kimi görünən qəhrəmanlarımız: bunlar 14 yaşlı uşağın əl işidir - FOTO

17
(Yenilənib 23:32 16.01.2021)
Yardımlıdan olan yeniyetmə Vətən müharibəsi şəhidlərinin portretlərini sadə karandaşla yaradır. O inanır ki, gələcəkdə məşhur fırça ustası olacaq

BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.

© Photo : Courtesy of Samed Iskenderli
Səməd İskəndərli

Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın. 

Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq. 

17
Teqlər:
Yardımlı, yeniyetmə, rəssam, Qarabağ
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət
Astarada həsir toxuyanlar

Qədimdən gələn ənənə: bir həsir, bir Məmmədnəsir olsaq da... - FOTO

25
(Yenilənib 20:42 16.01.2021)
Əvvəllər soyuducu olmayanda insanlar bütün qidalarını həsir zənbildə saxlayırdılar. Zənbil bütün qidaları keyfiyyətini pozmadan saxlaya bilir. İndi isə həsir başqa bir ehtiyaca görə mazata minib

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 16 yanvar — Sputnik. Azərbaycanda bu ildən polietilen torbaların satışı qadağan edilir.

Yenidən dədə-babalarımızın daim istifadə etdiyi, qiyməti ucuz, keyfiyyəti yüksək, qamışdan hazırlanmış həsir zənbillər dəbə düşəcək.

  • Astarada həsir toxuyanlar
    © Sputnik / Irade JELIL
  • Astarada həsir toxuyanlar
    © Sputnik / Irade JELIL
  • Qamışdan həsir və zənbil toxuyan Rüfət Rzayev
    © Sputnik / Irade JELIL
1 / 3
© Sputnik / Irade JELIL
Astarada həsir toxuyanlar

Yadıma gəlir, hələ uşaq olanda Bakı kəndlərində bir çox evlərdə bu zənbillərdən istifadə edilirdi.

Evin kişisi bazarlığa gedəndə zənbili əlinə alıb, yola düşərdi.

Həsir zənbillərin istifadəsinə "Şərikli çörək", "Bizim Cəbiş müəllim" kimi filmlərdə də rast gəlmişik.

Ancaq müasirləşən dünyada həsir zənbillər tarixə qovuşmuşdu. Hamı onun sağlamlıq üçün təhlükəsiz, istifadə üçün uzunömürlü olduğunu belə unutmuşdu.

Həsir zənbillərin müxtəlif formalarından sadəcə dəb üçün istifadə edilirdi.

© Sputnik / Irade JELIL
Qamışdan həsir və zənbil toxuyan Rüfət Rzayev

Azərbaycanda həsir zənbillər cənub bölgəsində, xüsusilə də Astara rayonunda toxunsa da, alıcıları az idi. Düzdür, ABAD bu sənətkralara bacardığı qədər şərait yaratsa da, qeyd etdiyimiz kimi onların işinə o qədər də dəyər verən yox idi.

Sputnik Azərbaycan həsir zənbil toxuyan sənətkarla görüşmək üçün Astara rayonunun Kakalos kəndinə üz tutub.

Qamışdan həsir və zənbil toxuyan Rüfət Rzayev Kakalos kənd Mədəniyyət evində metodist vəzifəsində çalışır. Bakıdan gələcəyimizi bilib, havanın yağışlı olmasına baxmayaraq, bizi həyətdə gözləyən, mehriban, səmimi, ürəkləri sözlə dolu olan sənətkarlarla görüşüb, işləri ilə tanış oluruq.

İlk həmsöhbətimiz, Kakalos kəndinin canlı tarixi Fərbiyə Şabanova olur (onun haqqında digər yazıda ətraflı danışacağıq). F.Şabanova bizə kəndin tarixindən danışır. Tarix muzeyi ilə, gördüyü işlərlə tanış edir.

© Sputnik / Irade JELIL
Həsir

Həsir və zənbillərin ustası Rüfət Rzayev isə bizə bu sənət haqqında məlumat verir. Onun sözlərinə görə, müasir dünya həsir zənbilləri qəbul etməsə də, bu sənətlə də maraqlananlar az olmayıb.

R.Rzayev özü 1995-ci ildən bu işlə məşğul olur. Deyir ki, iş çətin olsa da, gətirdiyi gəlir o qədər də çox olmur:

"Əvvəllər soyuducu olmayanda insanlar bütün qidalarını zənbildə saxlayırdılar. Yəni zənbillər bütün qidaları keyfiyyətini pozmadan saxlaya bilir. Zənbillər qamışdan hörülür. Qamış isə iki cür olur. Onlar "lığ" və "püzə" adlanır. Əsasən onları may ayında toplayırıq. Sonra quruduruq və həsir, zənbil, asılqan, süfrə, ayaqaltı və s. hörürük".

R.Rzayevin sözlərinə görə, zənbillər ölçülərinə görə müxtəlif qiymətlərə satılır. Kiçik ölçülü zənbillər 3, böyüklər isə 10-15 manata satılır.

Həsir zənbil ustası deyir ki, cənub bölgəsi qış aylarında nəmişlik, rütubət olduğu üçün xüsusi qamışdan hazırlanmış həsir döşəməyə salınır. Bu isə rütubətin qarşısını alır.

"Zənbil keşidən toxunur. Televizora baxa-baxa keşini toxuyuram. 5-6 metr hazırlayıram. Sonra zənbili toxumaq asan olur. Məsələn, bir balaca zənbili bir saata toxuya bilirəm. Böyük zənbillər isə bir günə hazır olur", - deyən R Rzayev bildirir ki, gənclər qamış toxuculuğuna maraq göstərirlər, amma qazanclı olmadığı üçün çoxu bu işlə məşğul olmur.

© Sputnik / Irade JELIL
Qamışdan həsir və zənbil toxuyan Rüfət Rzayev

Ustanın sözlərinə görə, həsir palazların toxunması bir qədər çox zaman alır. Məsələn 1,5 metrlik həsirlər 2-3 günə başa gəlir və müxtəlif qiymətlərə satılır.

Rüfət Rzayev, demək olar ki, bu sənətin ustadıdır. O, mədəniyyət evində təkcə həsirçiliklə məşğul olmur, bəzən tamaşalarda da rol alır. Dediyinə görə, onun tamaşaları əsasən talış dilində olur və bu tamaşalara talışlar çox maraqla baxırlar.

Ömrünün 68-ci ilini yaşayan Rüfət Rzayev bundan sonra yaşayacağı həyatı öz sənətinə həsr edəcəyini deyir.

25
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət