M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası

Qazaxıstanın Mezzo musiqi qrupu Bakıda konsert verdi

15
(Yenilənib 20:16 11.04.2019)
Qazaxıstanın Azərbaycandakı Səfiri cənab Beybit İsabayev çıxışda qrup barədə məlumat verib

BAKI, 12 aprel — Sputnik. Aprelin 10-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qazaxıstanın Mezzo musiqi qrupunun solo konserti baş tutub.

Sputnik Azərbaycan xəbər verir ki, tədbir, Qazaxıstanın Birinci Prezidenti N.Nazarbayevin 2017-ci ilin aprel ayında Bakıya etdiyi səfər zamanı iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsi barədə əldə olunmuş razılıq və Qazaxıstanda gənclər ili çərçivəsində Qazaxıstanın Azərbaycandakı Səfirliyi tərəfindən təşkil olunub.

Konsertə Azərbaycanın Milli Məclis üzvləri, xarici ölkələrin diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərləri, mədəniyyət xadimləri, gənclər və Azərbaycan paytaxtının qonaqları qatılıblar.

Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev çıxışda qrup barədə məlumat verib və qeyd edib ki, tədbir iki ölkə arasında mədəni əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsi baxımında əhəmiyyətli təkan verəcək.

Azərbaycanlı tamaşaçılar istedadlı solistləri çox isti qarşılayıblar. Qazaxıstanlı müğənniləri dünya neoklassikanın hitlərini, məşhur Azərbaycan və qazax mahnılarını ifa ediblər. Konsert tamaşaçıların gurultulu alqışlarla tamamlanıb.

Konsertdən öncə qrup "106FM" radiosunun "Şəhər uşaqları" verilişinin qonağı olub və öz musiqisi, yaradıcılığı, Azərbaycana səfər barədə təəssüratları barədə danışıblar.

Eyni zamanda Qazaxıstandan olan qrup Fəxri Xiyabanı ziyarət edib və dünya şöhrətli müğənni, Azərbaycanın Xalq Artisti Müslüm Maqomayevin qəbrinin üzərinə güllər qoyub.

15