Emin Ağalarov Jara 2018 festivalında

Emin Ağalarovun məşhur layihəsi Dubayda həyata keçiriləcək

3377
(Yenilənib 19:08 13.03.2019)
"Jara" Beynəlxalq Musiqi Festivalı mayın 3-də ilk dəfə Dubayda rusiyalı ulduzların iştirakı ilə keçiriləcək.

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 13 mart — Sputnik. "Jara" Beynəlxalq Musiqi Festivalı mayın 3-də ilk dəfə Dubayda rusiyalı ulduzların iştirakı ilə keçiriləcək.

Посмотреть эту публикацию в Instagram

Публикация от eminofficial (@eminofficial)

Sputnik Azərbaycan-ın məlumatına görə, bu xəbəri Azərbaycanın xalq artisti Emin Ağalarov özünün Instagram sosial şəbəkəsindəki səhifəsində paylaşıb. Festival Rixos Premium hotelində keçiriləcək.

Festivalda Emin Ağalarov, Qriqori Leps, Leonid Aqutin, Olqa Buzova, Aleksey Panayotov, Albina Canabayeva, Slava, Timur Rodriqes, Yulianna Karaulova və bir çox digər ulduzlar iştirak edəcək.

Müğənni hamını Dubayda keçiriləcək festivalı ziyarət etməyə çağırıb.

Xatırladaq ki, Azərbaycanda "Jara" festivalı 25-28 iyul tarixlərində Sea Breeze turizm kompleksində keçiriləcək.

"Jara" Beynəlxalq Musiqi Festivalı 2016-cı ildən başlayaraq Bakıda keçirilir. Layihənin təşkilatçıları məşhur müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqoriy Leps, "Russkiy radio"nun və "Zolotoy qrammofon" mükafatının əsasını qoyan Sergey Kojevnikovdur. Festivalda Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, Amerika və digər ölkələrdən populyar estrada ulduzları çıxış edirlər.

3377